ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV

 


       Müasir qloballaşma əsrində, rəqəm texnologiyalarının yüksək inkişaf etdiyi bir şəraitdə mədəni irsin min illərin süzgəcindən keçib gəlmiş nümunələrindən, o cümlədən folklordan kommersiya məqsədli müxtəlif istifadə halları da çoxalır. Bu cür istifadə hallarında həmin folklor nümunələrini yaratmış xalqların mənəvi və iqtisadi maraqlarının nəzərə alınması çox vacibdir. Digər tərəfdən, həmin nümunələrdən düzgün olmayan istifadə halları da istisna deyildir. Üstəlik, qeyri qanuni istifadə ilə yanaşı, folklorun təhrif olunması, bir sıra hallarda özgəninkiləşdirilməsi faktları da məlumdur. Bütün bunlar beynəlxalq cəmiyyət qarşısında folklor nümunələrinin qorunması sisteminin və hüquqi qorunma məkanının yaradılması məsələsinin həlli vəzifəsini qoymuşdur.

       Uzun illər folklor nümunələrinə yalnız şifahi xalq yaradıcılığı nümunələri kimi baxılmışdır. Azərbaycan folklorşünaslığında da bu cür yanaşma meyli üstünlük təşkil etmişdir. Lakin son dövrlərdə folklora xalq yaradıcılığının daha geniş sahələrini, o cümlədən söz sənəti, musiqi və xalq sənətkarlığı nümunələrini əhatə edən əqli mülkiyyətin bir növü kimi baxılması tendensiyası artmaqdadır və həmin tendensiyanın davamı olaraq, folklor nümunələrinin qorunub saxlanması, istifadəsi, hüquqi qorunması və müdafiəsinin təmin olunması ilə əlaqədar yaranan qarşılıqlı münasibətlərin tənzimlənməsi məsələləri də aktual müzakirə obyektinə çevrilmişdir.

       Qeyd etmək lazımdır ki, əksər ölkələrdə, o cümlədən Azərbaycanda xalq yaradıcılığı nümunələri ümumi varidat kimi, milli-mədəni sərvət kimi qəbul edilir. Bu səbəbdən son dövrlərə qədər əksər ölkələrin qanunvericilik aktlarında folklorun hüquqi qorunması və istifadəsinə aid müddəalar mövcud olmamışdır. Buna baxmayaraq folklor nümunələrinin qorunmasına dair istər müxtəlif ölkələr səviyyəsində, istərsə də beynəlxalq səviyyədə müəyyən səylər göstərilmişdir.

       Bu məsələnin vacibliyi o dərəcədə artmışdır ki, BMT-nin iki böyük təşkilatı- Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və YUNESKO xeyli müddətdir bununla bağlı müzakirələr keçirir, milli təcrübələri ümumiləşdirir və folklor nümunələrinin qorunmasını təmin edəcək beynəlxalq alətin qəbul edilməsinə hazırlıq görürlər.

       Qeyd etmək vacibdir ki, mədəni irsin qorunub saxlanması ilə bağlı YUNESKO-nun istiqaməti daha çox folklorun müəyyən edilməsinə, eyniləşdirilməsinə, sənədləşdirilməsinə, yayılmasına və s. məsələlərə yönəldilmişdir. Məsələn, 1989-cu ildə qəbul edilmiş YUNESKO-nun «Folklorun qorunmasına aid tövsiyələr»ində folklorun təsnifatı və qorunub saxlanmasının əsas istiqamətləri göstərilmiş və bu sənəddə yuxarıda göstərdiyimiz məsələlər əsas yeri tutmuşdur.

       ÜƏMT isə mədəni irsin obyektlərinə əqli mülkiyyət növü kimi status verilməklə hüquqi qorunmasının təmin edilməsi üçün hüquqi məkanın və mexanizmin (hüquqi qorunma) yaradılmasını rəhbər tutur. ÜƏMT hələ Stokholmda keçirilən Diplomatik Konfransda «Ədəbi və bədii əsərlərin qorunması haqqında» Bern Konvensiyasının 15(4) maddəsində dəyişiklik apararaq, müəllif əsərləri ilə bərabər folklor əsərlərinin qorunması üçün müəyyən şərait yaratmışdı. 1982-ci ildə ildə ÜƏMT-nin təklif etdiyi «Folklorun qeyri-qanuni istifadəsi ilə bağlı» nümunəvi model və 1985-ci ildə YUNESKO ilə birgə hazırladığı «Folklorun qeyri-qanuni istifadədən və digər zərərli hərəkətlərdən qorunması»na dair milli qanunvericiliklər üçün nümunəvi müddəalar bu sahədə irəliyə doğru atılmış çox iri addımlar idi. Bir sıra Afrika və Latın Amerikası dövlətlərinin öz müəllif-hüquq qanunvericiliyinə folkloru qorumaq haqqında müəyyən bəndləri daxil etmələrinə baxmayaraq, folklorun müəllif-hüquq qanunvericiliyi çərçivəsin də qorunmasının mümkün olmaması səbəbindən bütün bu səylər arzu olunan nəticələri vermədi.

        1992-ci ildən etibarən mütəxəssislər belə qənaətə gəldilər ki, müəlliflik hüququ folkloru qorumağa uyğunlaşmır və xüsusi qorunmaya («sui-generis») ehtiyac vardır. Bu nəticə bir sıra beynəlxalq forumlarda da təsdiq edildi. YUNESKO və ÜƏMT tərəfindən, xüsusən Doktor Kamil Idrisin ÜƏMT-nin Baş Direktoru seçilməsindən sonra (1996-cı il) bu sahə yeni impuls aldı. ÜƏMT-nin genetik resurslar, ənənəvi biliklər və folklor üzrə xüsusi daimi Hökumətlərarası Komitəsi yaradıldı. 2001-2002-ci illərdə folklorun hüquqi qorunması ilə bağlı 3 xüsusi ekspert iclasları keçirildi və nəticədə «Folklorun hüquqi qorunması haqqında» təkmilləşdirilmiş milli qanunvericilik modeli hazırlandı, yeni Beynəlxalq Konvensiyanın mətni müzakirəyə təqdim edildi. Bununla yanaşı, YUNESKO-nun son illərdə qeyri maddi mədəni irsin qorunub saxlanması üzrə (folklor nümunələri daxil olmaqla) keçirdiyi müzakirələrdə verilən tövsiyələr milli və beynəlxalq səviyyədə qanunvericiliyə təsirini göstərmişdir. Təbii ki, aparılan müzakirələrin nəticələri zəngin folklor ənənələrinə malik olan Azərbaycan üçün də dərin əhəmiyyətə malikdir və bu səbəbdən son illərdəki müzakirələrdə Azərbaycan nümayəndələri də fəal iştirak etmişlər.

       Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biri kimi formalaşdırılmış «milli mənəvi dəyərləri qoruyub saxlamaq» müddəası bizi mədəni irsimizə arxalanmağa, həmçinin maddi-mənəvi sərvətlərimizi, o cümlədən folklor nümunələrimizi qorumaq üçün lazımi işləri görməyə səfərbər edir. Bu prinsip Azərbaycançılıq məfkurəsini formalaşdıran öz müstəsna əhəmiyyəti ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasında, folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericilik bazasının yaranmasında əvəzsizdir.

       Nəzərə almalıyıq ki, ermənilər tərəfindən xalqımızın zəngin mədəni irsi mənimsənilir, təhrif olunur, bir sözlə mədəni təcavüzə məruz qalır. Belə şəraitdə mədəni irsimizin tərkib hissəsi olan, millətimizin fərdiliyindən, bənzərsizliyindən xəbər verən və xalqımızın özünü təsdiqetmə aləti kimi çıxış edən folklor nümunələri qorunmalıdır. Folklorun qorunması canlı ənənənin, mədəni varisliyin qorunması ilə yanaşı və onun kulturoloji rolu ilə bərabər, son araşdırmalara əsasən böyük sosial-iqtisadi əhəmiyyət daşıyır. Milli Məclisin mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsinə dair bəyanatı, cənab Ilham Əliyevin və onun rəhbərliyi altında Azərbaycan Parlament Nümayəndə heyətinin tərkibindəki millət vəkillərimizin Avropa Şurası Parlamentindəki çıxışları bu cür qanunvericiliyin yaradılmasına böyük stimul və tövsiyə verir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page