ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV

 


       Buna görə də, folklor nümunələrinin ölkə ərazisində qanunauyğun istifadəsi məsələlərini tənzimləmək məqsədi ilə bu nümunələrin hüquqi qorunması haqqında qanunvericilik aktının qəbul edilməsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edərdi. Müəyyən edilən hüquqi qorunmanın başlıca məqsədi isə folklor nümunələrinin qeyri-qanuni istifadəsinə və ona zərər vuran digər hərəkətlərə qarşı yönəldilərdi.

       Bu məqalədə folklor nümunələrinə əqli mülkiyyətin bir növü kimi baxılaraq, daha çox folklor nümunələrinin istifadəsi ilə bağlı qanunvericilik aktlarında nəzərə alınmasını vacib hesab etdiyimiz normalar şərh edilir. Qeyd etmək lazımdır ki, folklor nümunələrinin qorunub saxlanması hüquqi qorunma ilə müqayisədə daha geniş anlayışdır və özündə folklorun müəyyən edilməsini, toplanmasını, sistemləşdirilməsini, arxivlərdə saxlanmasını, gələcək nəsillərə çatdırılmasını və başqa işləri nəzərdə tutur. Folklorun hüquqi qorunmasının təmin edilməsi isə bu nümunələrin qeyri-qanuni istifadədən və digər zərərli hərəkətlərdən qorunmasının təmin edilməsi üçün hüquqi baza yaradılmasını nəzərdə tutur.

       Beləliklə, beynəlxalq təcrübəyə və BMT institutlarının tövsiyələrinə əsaslanaraq, folklor nümunələrinin qorunmasını qanunvericilik mənasında iki istiqamətdə təşkil etmək məqsədəuyğun olardı. Bir tərəfdən, YUNESKO-ya əaslanaraq qeyri maddi mədəni irsin qorunub saxlanması şərti adı altında qanunvericilik müddəaları işlənə bilər. Belə qanun layihəsinin əsas müddəalarının aşağıdakılardan ibarət olması məqsədəuyğundur:

       - Folklor nümunələrinin toplanması, qeydə alınması və milli siyahılar vasitəsilə sistemləşdirilməsi və sənədləşdirilməsi məsələləri;

       - Folklor nümunələrinin saxlanması problemləri, onların geniş təbliğinə və yayılmasına yönəldilmiş addımlar;

       - Folklor nümunələrinin bərpası və dirçəlişi məsələləri və s.

       Qaldırılan problemlərin müsbət həlli məqsədi ilə bir sıra təşkilati, inzibati, maliyyə və texniki tədbirlərin həyata keçirilməsi nəzərə alınmalıdır. Bunların bir neçəsini sadalamaq olar. Ilk növbədə qeyri-maddi mədəni irsimizin qeydə alınması və sənədləşdirilməsi ilə bağlı milli mərkəzlərin yaradılması və sistemləşdirilmiş siyahıların YUNESKO-ya təqdim edilməsi təxirəsalınmaz vəzifə kimi qoyulmalıdır. Bundan savayı, izahat və təbliğat məqsədilə qeyri-maddi mədəni irsə aid geniş maarifçilik və məlumatlanma proqramlarının həyata keçirilməsi, folklor nümunələrinin nəşri, lentlərə, kompakt-kassetlərə və disklərə yazılması və rəqəm texnologiyalarına əsaslanan digər vasitələrdən istifadə etməklə nüsxələrin istehsalı nəzərdə tutulmalıdır.

       Mədəni irsimizin gənc nəslə çatdırılması üzrə xüsusi təhsil proqramlarının yaradılması və tədris prosesində istifadəsi tədbirlərinin həyata keçirilməsi də nəzərdən qaçmamalıdır. Nəhayət, qeyri-maddi mədəni irsin idarəçiliyi ilə bağlı mütəxəssislər hazırlayan milli təşkilat və mərkəzlərin inkişafı, bu sahədə elmi tədqiqat və araşdırmaları aparan idarələrə yardım səylərinin də nəzərdə tutulması və s. işlərin görülməsi vacibdir.

       Bir sözlə, bunların folklor nümunələrinin qorunub saxlanması probleminin həllinə xidmət edəcəyi şübhəsizdir.

       Digər istiqamət isə, folklor nümunələrinin qorunması və müdafiəsinin əqli mülkiyyətin qorunması haqqında, ilk növbədə müəllif- hüquq qanunvericiliyinin prinsipləri əsasında, lakin xüsusi növ qanunvericiliklə həyata keçirilməsi də məqsədəuyğun olardı. Bununla folklor nümunələrinin əqli mülkiyyətin qeyri-ənənəvi növü kimi qorunması və bu məqsədlə xüsusi hüquq-mühafizə məkanının yaradılmasının vacibliyi bir daha vurğulanardı. Belə qanunvericilik bazası folklor nümunələrinin qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qorunması üçün əsas kimi çıxış edər və həmin hüquqi ad altında verilə bilərdi. Bu istiqamət əqli mülkiyyət istiqaməti kimi bizə daha yaxın olduğuna görə bunun üzərində daha geniş dayanmağı məqsədəuyğun hesab etmişik. Əlbəttə, qəbul ediləcək qanunvericilik aktlarında əqli-mülkiyyət üzrə digər qanunlar vasitəsi ilə və ya Azərbaycanın iştirakçısı olduğu əqli mülkiyyət üzrə Beynəlxalq müqavilələrlə həyata keçirilən istənilən qorunmanı məhdudl aşdıran və ya istisna edən normaların nəzərdə tutulmasına yol vermək olmaz. Bununla birlikdə, müəyyən edilən hüquqi qorunma mexanizmi folklor nümunələrinin normal istifadəsinə maneə kimi də çıxış etməməlidir.

        Folklor nümunələrinin hüquqi qorunmasının mexanizmi hazırlanarkən nəzərə alınmasını vacib saydığımız 4 vacib prinsipin şərhini bir qədər ətraflı vermək lazımdır:

       1. Folkloru mədəni irsin çox əhəmiyyətli hissəsi kimi ənənəvi əqli mülkiyyət obyektlərinin qorunma analogiyası prinsipinə uyğun olaraq xüsusi hüquqi qorunma məkanının yaradılması yolu ilə qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qorumaq;

       2. Folklor nümunələrinin qeyri- qanuni istifadədən qorunması və müdafiəsi ilə folklorun sərbəst, onun gələcək inkişafının və yayılmasının hər cür stimullaşdırılması arasındakı zəruri balansın saxlanmasını təmin etmək. Özü də bu halda yaradılmış müdafiə sistemi folklorun inkişafına maneə kimi çıxış etməməlidir.

       3. Folklorun yeni yaradılmış qorunma və müdafiə sistemi praktiki, səmərəli və işlək olmalı, heç vəchlə reallıqda işləməyə qadir olmayan sərt, xəyali tələblərə əsaslanmamalıdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page