ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV

 


       Mövcud praktikaya uyğun olaraq, folklor nümunələrindən ənənəvi istifadə – folklor nümunələrindən onun təbii mahiyyət, məzmun və forma xüsusiyyətləri saxlanmaqla cəmiyyətin uzunmüddətli təcrübəsinə əsaslanan istifadə, folklor nümunələrindən adi istifadə isə- folklor nümunələrindən cəmiyyətin gündəlik təcrübəsinə uyğun istifadə hesab edilir.

       Qeyd etmək vacibdir ki, folklorun qorunub saxlanan ənənəvi mədəni irsin mövcud adət - ənənələrə uyğun formalarda fasiləsiz istifadəsi, onun daim təkrarlanmaqla təkmilləşdirilməsi ilə birbaşa bağlı olması səbəbindən qadağan edilmir. Tamamilə aydındır ki, folklorun dəyişdirilməsi və ya yenidən işlənməsinin yolverilməzliyi barədə qəti tələb qoyulması onun təbii təkamülü qarşısında qarşısıalınmaz maneələr qoyar və gündəlik həyatımızın bir hissəsi olan folkloru tətbiqedilməz nümunələrə çevirərdi. Bununla birlikdə, cəmiyyətdə folklorun istifadəsi ilə bağlı ümumqəbul edilmiş istifadə tələblərinin yerinə yetirilməsinin mütləq xarakter daşımadığı məqamlar da nəzərə alınmalıdır.

       Söhbət folklor nümunələrinin təhsil məqsədləri üçün, orijinal müəllif (lər) əsərində istifadənin məqsədinə müvafiq həcmdə illüstrasiya formasında istifadəsi, həmçinin folklor nümunələrinin orijinal müəllif (müəlliflər) əsərlərinin yaradılması üçün istifadəsi hallarından gedir. Ilk iki istisnanın məqsədləri aydındır, sonuncu istisnanın məqsədi isə folklordan qidalanan fərdi yaradıcılığın inkişafına mane olmamaqdır. Bununla bərabər, istisnalara fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadəsi, həmçinin tamaşaçı üçün daim sərbəst giriş olan yerlərdə qoyulan, özündə xalq yaradıcılığı nümunələrini saxlayan obyektlərdən bu nümunələrin təsvirinin fotoqrafiya, film və ya televiziya verilişinə daxil edilməklə istifadə halları da aid edilməlidir.

       Artıq qeyd etdiyimiz kimi, folklor nümunələrinin istifadəsi ilə əlaqədar müəyyən mümkün hüquq pozuntularına, yəni bu nümunələrin adi və ənənəvidənkənar istifadəsi zamanı onların məqsəd, təyinat və formasının zərər vurulmaqla dəyişdirilməsinə folklor nümunələrinin qeyri-qanuni istifadəsi kimi baxılmalıdır.

       Dərc olunmuş bütün əsərlərdə və folklor nümunələrinin bütün kütləvi ifa və bildiriş hallarında onun mənbəyinin, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adının və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının mütləq dürüst qaydada göstərilməməsi, həmçinin folklor nümunəsinin istənilən istifadəsi zamanı onu təhrif edən və bununla xalqın mədəni maraqlarına dolayısı və ya birbaşa zərər vuran istənilən istifadə halları da hüquq pozuntuları sırasına daxil edilməlidir.

       Burada «təhrif» termini özündə istənilən pozulma hallarını, yəni işıq üzü görmüş hər hansı xalq yaradıcılığı nümunəsinə vurulmuş zərəri özündə əks etdirir. Bu cür pozuntuların hər biri mövcud hüquq pozuntularının təbiəti nəzərə alınmaqla hərəkətlərin qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsi əsasında təsnif olunmalı və gələcəkdə müxtəlif cəza sanksiyaları müəyyən olunarkən nəzərə alınmalıdır, eyni zamanda müəllif-hüquq qanunvericiliyinin analogiyası üzrə folklor nümunələrinin qeyri-qanuni istifadəsi və ona zərər vuran digər hərəkətlərə qarşı müdafiə tədbirləri kimi mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.

       Buradan görünür ki, folklor nümunələrindən istifadə zamanı yol verilən pozuculuq hərəkətinin cinayət əməli kimi qiymətləndirildiyi hallarda Cinayət Məcəlləsində nəzərdə tutulacaq sanksiyalara müəlliflik hüququ və əlaqəli hüquqlara aid pozuntulara dair sanksiyaların analogiyası üzrə baxılması daha məqbul variant hesab edilir. Analoji fikir, həmçinin Inzibati Xətalar Məcəlləsinə də aiddir. Bununla belə, nəzərdə tutulacaq əsas sanksiyaların cərimələrdən və azadlıqdan məhrum edilmə cəzasından ibarət olması bu sahədə müdafiə tədbirlərinin səmərəsini daha da artırardı. Bu sanksiyaların hansının tətbiq edilməsi isə hüquq pozuntularının təbiətindən, ölkədə mövcud oxşar hüquq pozuntularına qarşı mövcud qanunvericilik aktlarında nəzərdə tutulmuş müddəalardan asılıdır. Lakin hüquq pozuntularına görə bu cür sanksiyaların tətbiqi mülki məsuliyyəti istisna etməməlidir.

       Müəllif-hüquq qanunvericiliyinin normalarına əsasən, mülki-hüquqi müdafiə vasitələrinin tətbiqi zamanı dəyən ziyanın ödənilməsi üzrə ümumi vasitələrdən başqa, pozucu tərəfindən qeyri-qanuni əldə edilmiş gəlirin götürülməsi və ya şərti maliyyə vahidinin 100 mislindən 50 min mislinədək həcmdə cərimənin ödənilməsi sanksiyasının tətbiqi də nəzərdə tutulur. Hesab edirik ki, bu model folklor nümunələrinin istifadəsi zamanı qanun pozuntusu hallarında tətbiq edilə bilər. Həmçinin qanunvericiliklə kontrafakt nüsxələrin aşkar edilib götürülmə normasının müəyyən edilməsi də bu gün çox vacib əhəmiyyət daşıyan məsələlərdəndir və zamanın tələbidir.

       Folklor nümunələrinin hüquqi qorunması haqqında danışarkən bir vacib cəhəti də qeyd etmək lazımdır ki, onların müəyyən hissəsinin müəllif-hüquq qanunvericiliyi çərçivəsində, o cümlədən əlaqəli hüquqlar vasitəsi ilə qorunması mümkündür. Bu cür qorunma folklor nümunələrinin ifa edilməsi zamanı ifaçıların əlaqəli hüquqlarının qorunması altında təqdim edilə bilər. Eyni sözləri fonoqramların və yayım təşkilatları verilişlərinin qorunması halları haqqında da söyləmək olar.

       Bununla birlikdə, qeyri-maddi mədəni irsin bir hissəsi olan folklorun hüquqi qorunması və bundan tamamilə fərqli olan folklor nümunələrinin qorunub saxlanması haqqında ayrıca xüsusi milli qanunların qəbul edilməsi məqsədəuyğundur və beynəlxalq ictimaiyyət də bu istiqamədə müzakirələr aparır.

       Deyilən mülahizənin həm də vacib beynəlxalq aspekti vardır. Roma Konvensiyasında (1961) folklor nümunələrindən istifadə etmiş ifaçıların hüquqlarının qorunması haqqında ayrıca müddəa yoxdur və qorunma yalnız əsərlərin ifasına aid edilmişdir. ÜƏMT-nin «Fonoqramlar və ifalar haqqında» Müqaviləsi isə folklor nümunələrinin beynəlxalq qorunmasının ifalar vasitəsilə təmin olunması imkanını nəzərdə tutur. Bu bizim üçün maddi-mənəvi sərvətlərimizin ermənilər tərəfindən oğurlaması və özününküləşdirilməsi ənənəsinin mövcudluğu, eləcə də folklor nümunələrinin qorunması haqqında ayrıca xüsusi beynəlxalq müqavilənin olmadığı bir şəraitdə son dərəcə əhəmiyyətlidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page