ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV

 




       Şübhəsiz, folklor nümunələrimiz təcrid olunmuş, qapalı şəkildə qala bilməz və o daim digər dövlətlərə məxsus folklor nümunələri ilə yanaşı istifadə olunmalı, lakin bununla birlikdə bu nümunələrin hüquqi qorunmasına təminat yaradılmalıdır. Buna görə də bu sahədə hazırlanan hər hansı qanunun mətnində xarici dövlətlərin folklor nümunələrinə münasibət bildirilməsi də aktual məsələdir. Bu cür nümunələrə qəbul ediləcək qanunla təqdim edilən hüquqi qorunma Azərbaycanın və maraqlı tərəfin ikitərəfili və çoxtərəfili müqavilələri əsasında milli rejim səviyyəsində təmin olunmalıdır.

       Bununla birlikdə, folklor nümunələrinin qorunması və müdafiəsinin hüquqi mexanizmi yaradılarkən, bu sahədə aparılan dövlət siyasətinə və bu siyasətin həyata keçirilməsini təmin edəcək xüsusi səlahiyyətli dövlət orqanının fəaliyyətinə də əhəmiyyətli yer verilməsi vacibdir. Bu sahədə aparılan dövlət siyasətinin istiqamətləri müəyyən edilərkən hüquqi qorunma yolu ilə folklor nümunələrinin qorunub saxlanması, inkişafı və gələcək nəsillərə çatdırılması, qanunvericilik bazasının yaradılması və inkişafı, xarici ölkələrdə folklor nümunələrinin hüquqi qorunmasını həyata keçirməyə imkan verən beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və s. məsələlərin nəzərə alınması çox vacibdir. Qeyd etmək lazımdır ki, ÜƏMT-nın Nümunəvi Qanun modelində tövsiyə etdiyi səlahiyyətli orqanın funksiyaları sırasında qeyri-ənənəvi və adidənkənar istifadə zamanı onlara icazənin verilməsini nəzərdə tutan müddəadan fərqli olaraq, hazırki reallıqda belə icazənin nəzərdə tutulması problemi mütəx əssislər arasında birmənalı şəkildə qarşılanmır və gələcək müzakirələrin obyektinə çevrilə bilər. Əvəzində isə səlahiyyətli orqanın digər vəzifələrlə bərabər, folklor nümunələrinin istifadəsi ilə bağlı istənilən qanun pozuntuları hallarında dövlətin maraqlarını təmsil etməsində yekdil baxış olmalıdır. Əks halda onun fəaliyyətinin səmərəsindən danışmağa dəyməz

       Bununla bərabər, folklor nümunələrinə dövlətin qorunmasını həyata keçirdiyi xalq varidatı, onun mədəni mülkiyyəti kimi baxılmalı, bu sahədə fəaliyyət göstərən səlahiyyətli orqanın işinin səmərəsinin artırılması məqsədi ilə onun məhkəməyə iddia ərizəsi verdiyi hallarda rüsumdan azad edilməsi, eyni zamanda, folklor nümunələri istifadə edilərkən mövcud hüquqi normaların pozulmasına aparan hər hansı hərəkətin dayandırılmasını tələb etmək ixtiyarının verilməsi məsələlərinin həlli də vacibdir. Onu da qeyd etmək vacibdir ki, folklorun hüquqi qorunması və qorunub saxlanması ilə bağlı hazırlanan qanunlarda folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırılan iddia ərizələri əsasında hüquq pozucusundan tutulan məbləğlərin Dövlət büdcəsinə köçürülməsi və intellektual mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, müəllif hüququ sahəsində dövlət siyasətinin təmin edilməsi məq sədlərinə və folklor nümunələrinin hüquqi qorunması işinin təşkilinə yönəldilməsi nəzərdə tutulmalıdır.

       Yuxarıda qeyd olunduğu kimi, hazırda folklor nümunələrinin qorunması ilə bağlı beynəlxalq qorunma alətinin olmamasını, lakin bu nümunələrin hüquqi qorunmasını təmin edən beynəlxalq müqavilənin zəruriliyi nəzərə alınaraq, hazırda belə bir sənəd layihəsinin hazırlanması üzrə intensiv iş aparılır, bu məsələ üzrə ÜƏMT-nin xüsusi Hökumətlərarası Komitəsində hökumət ekspertləri səviyyəsində fəal müzakirələr və regional müşavirələr keçirilir, bu sahədəki milli təcrübələr ümumiləşdirilir. Folklor nümunələrinin hüquqi qorunması üçün baza rolunu oynayacaq həmin Beynəlxalq müqavilənin layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir və artıq ÜƏMT-nin 2002-ci ilin ortalarında keçirilən Hökumətlərarası Komitəsində onun son mətni müzakirə olunmuşdur. Beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan folklor nümunələrinin xaricdə hüquqi qorunması Azərbaycan dövlətinin müvafiq beynəlxalq çoxtərəfli konvensiyada iştirakı ilə bağlıdır. Belə konvensiyanın mətni Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və YUNESKO tərəfindən birgə hazırlanmış və dövlətlərə təqdim edilmişdir. Konvensiyanın adı aşağıdakı kimidir: «Folklor nümunələrinin qeyri-qanuni istifadədən və digər zərərli hərəkətlərdən qorunması haqqında». Həmin konvensiya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2003-cü ildə keçirilməsi planlaşdırılan Diplomatik Konfransında qəbul edilməlidir. Bu gün müzakirə edilən yuxarıda qeyd etdiyimiz hüquqi qorunma mexanizmi də tam şəkildə beynəlxalq konvensiyada nəzərdə tutulan mexanizmə uyğundur. Beynəlxalq konvensiyanın müddəalarına uyğun olaraq, Azərbaycan folklorunun xaricdə hər hansı kommersiya məqsədli istifadəsi Azərbaycan tərəfinin xüsusi icazəsi əsasında aparılmalı, o cümlədən istifadəyə görə haqq da ödənilməlidir və beləliklə, Azərbaycan xalqının mənəvi haqları ilə yanaşı, iqtisadi maraqları da nəzərə alınacaq.

       Hazırda bu sahədə iş davam etdirilir və əlamətdar haldır ki, folklor nümunələrinin istər qorunub saxlanması, istərsə də hüquqi qorunmasının təmin edilməsi üçün hüquqi məkanın yaradılması istiqamətində Azərbaycanda da fəal iş aparılır, qanunvericilik layihələri müzakirə olunur. Bu sahədə aparılan iş zamanı yeni yaradılacaq qanunvericiliyin nəyə xidmət edəcəyi müəyyənləşdirilir və əsasən aşağıdakıları əhatə edir:

       Birincisi, folklor nümunələrinə əqli mülkiyyətin xüsusi növü kimi baxıla bilər (və əqli mülkiyyətin qeyri-ənənəvi növü kimi təsdiq edilə bilər).

       Ikincisi, folklor nümunələrinin hüquqi qorunması haqqında hazırlanan qanun layihəsi əqli mülkiyyətə aid bütün qanunlara münasibətdə öz təbii məxsusluğuna görə müəlliflik hüququ qanununa oxşar ola bilər.

       Üçüncüsü, folklor nümunələrinin hüquqi qorunması haqqında qanunun qəbul edilməsi ilk dəfə olaraq bu nümunələrin qeyri-qanuni istifadəsinə və digər zərərli hərəkətlərə qarşı çıxış edər və beləliklə, hüquqi qorunmanın təməl daşını, qorunma məkanını yaradardı.

       Dördüncüsü, Qanun layihəsi üçün təklif olunan hüquqi mexanizm kifayət qədər dürüst olmalı və beynəlxalq təşkilatların tövsiyələrindən yalnız onunla fərqlənə bilər ki, burada heç bir dövlət idarəsi tərəfindən folklorun istifadəsilə bağlı, o cümlədən qeyri-ənənəvi və adi kontekstdə xüsusi icazə verilməsi tələb olunmur. Bu məsələ istifadəçi təşkilatlar qarşısında açıq, şəffaf surətdə imperativ şəkildə irəli sürülə bilərr.

       Nəhayət, beşincisi, bu qanun layihəsi qeyri-qanuni istifadəyə və digər zərərli hərəkətlərə qarşı çıxış etməklə, yəni bir tərəfdən ənənəvi istifadə üsullarından kənar istifadə zamanı folklorun qorunmasına müəyyən tələblər irəli sürməklə və digər tərəfdən onun mənbəyini təhrif etməmək tələbi ilə müxtəlif zərərli hərəkətlərdən qorunmanı təmin etməklə bərabər, folklorun qorunub saxlanması haqqında digər qanunların müddəaları, o cümlədən folklorun müəyyən edilməsi, toplanması, sistemləşdirilməsi, arxivlərdə saxlanması, gələcək nəsillərə çatdırılması ilə vəhdət təşkil etməli, birgə işləməlidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page