ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


Birinci məqalə

        Lap qədim, antik zamanlardan müasir dövrə qədər dünyada demokratiya ilə avtoritarizm və onun müxtəlif formaları arasında şiddətli mübarizə getmişdir. Avtoritarizmin ən qüdrətli fenomeni əsasən XX əsrdə tamamilə formalaşmış totalitarizm olmuşdur. Fəlsəfi–politoloji və tarixi-elmi ədəbiyyatda bu ictimai-siyasi total formanın əsasən ümumi və fərqli, spesifik iki variantda mövcud olduğu göstərilir: kommunizm və faşizm. Hər iki variantın ümumi cəhəti ondan ibarət olmuşdur ki, onların qərarlaşdığı ölkələrdə (keçmiş SSRI, Almaniya, Italiya, Ispaniya, Portuqaliya, Çin və s. rejimlərində) həyatın istisnasız olaraq bütün sahələrinin – iqtisadiyyatın, siyasətin, elmin, incəsənətin, mülki mövcudluq sferalarının və sairənin bir mərkəzdən planlı surətdə idarə olunması və nəzarətdə saxlanması «qanunauyğunluq» amili səviyyəsinə gətirilmişdir. Bu tənzimləmə prosesində hər bir dövlətin hadisələri və problemləri yuxarıların ideoloji məqsədləri baxımından həll etməsi – etatizm mövqeyi idarəetmə məd əniyyətinə çevrilmişdir. Bu total mədəniyyətin meyarları çərçivəsində aşağıların, ayrı-ayrı fərdlərin təşəbbüskarlığı, liberal-demokratik mövqeyi rədd olunmuş və ya qəbul edilməsi yalnız rəsmi mövqe ilə assonans, uyğunluq zəminində mümkün olmuşdur. Totalitarizm spesifikasına daxil olan birpartiyalılıq sisteminin hokmranlığı bu prosesdə əvəzedilməz rol daşımışdır.

       Həyatın bütün sahələrinə nəzarət totalitar dövlət sistemində özünəməxsus siyasi-hərbi mexanizm və funksiya kəsb etmiş, necə deyərlər, «möhkəm əl» konsepsiyasını irəli atmış və onu qərarlaşdırmışdır. Cəmiyyətin bu sistemdə mövcudluğu və inkişafı təzahürlərindən tarixən ən az mükəmməli və buna görə də daha çox səbatsızı faşizm olmuşdur. Çünki totalitarizmin bu forması sırf milli-sosial (nasional-sosializm) zəminində formalaşma yolu tutmuş və bununla da bərqərar olduğu ölkənin milli ideyasını – milli özlük, milli mənlik şüurunu, onun bütün komponentlərini - irqi xüsusiyyətlərini, dilini, tarixini, sosial-psixoloji mentallığını, bir sözlə, mədəniyyətini başqa xalqların analoji varlığına qarşı qoymuşdur. Məhz bu antitarixi məqsəd faşizmi milli ideyadan çıxarıb milli ideologiyaya çevirmək cəhdində olmuşdur. Bu cür neqativ millətçilik qeyri-tarixi fenomen olan şovinizm, öz milli mövcudluğunu başqalarına qarşı qoymaq dəst-xətti yaratmışdır. Lakin bu dəst-xətt tarixi iflasa məhkumdur. O, təbii-tarixi pr osesin məntiqinə adekvat olmadığı üçün tarix səhnəsindən asanlıqla kənarlaşdırıldı. Faşizm müvəqqəti, efemer qrup ideologiyası oldu, lakin italyan, alman, ispan, portuqal xalqının milli ideologiyası olmadı. Ola da bilməzdi. Çünki o, dünyanın əsas müasir inkişaf tendensiyası olan liberal-demokratik dəyərləri tərəfindən tarixi təkzibini tapdı. Bolqar filosofu, Bolqarıstanın eks-prezidenti Jelyü Jelevin fikrincə, totalitarizm mədəniyyətindən demokratik mədəniyyətə uğurlu keçid ölkə xalqının siyasi mədəniyyətindən, onun əxlaqi əsaslarından çox asılıdır. Kütlələrin siyasi mədəniyyəti nə qədər yüksək olarsa, totalitar, hərbi-polis diktaturasından demokratiyaya keçid şansı bir o qədər uğurlu olar. Filosof doğru olaraq qeyd edir ki, totalitarizmdən demokratiyaya keçid üçün totalitar siyasi sisteimi dağıtmaqdan başqa yol yoxdur.

       Marksistlər tarixdə ilk olaraq totalitar rejim, totalitar dövlət – birpartiyalı dövlət sistemi yaratmışlar. Bunun üçün ya başqa siyasi partiyaları güc, zor vasitəsilə məhv etmək, ya da onların fəaliyyətlərini heçə endirmək siyasəti totalitar ideologiyada əsas aparıcı istiqamətlərdən olmuşdur. Bununla da totalitarizmin sovet variantında qərarlaşmış ideologiya çərçivəsində həyatın bütün sahələrinə müdaxilə və onların etatizm, partokrat meyarları ilə idarəsi o dövr üçün qanunauyğun bir şəklə salınmışdır. Təbiidir ki, bu tarixi sindrom incəsənət-ədəbiyyat, musiqi, teatr və s. sahələrdən də yan keçməmişdir. Bu totalitar qayğını musiqi sahəsində reallaşdırmaq çox çətinliklərlə üzləşmişdir. Digər sənət sferalarından fərqli olaraq musiqi arealında ideoloji-siyasi istiqamətləri bərqərar etmək, bu sahənin yaradıcı kredosunu bövlətin siyasi mənafeyinə uyğunlaşdırmaq, əslində ona tabe etmək sənətkarların liberal-fərdi sərbəstliyini məhdudlaşdırmaq deməkdir. Belə bir mədəniyyət siyasəti musiqinin idraki-qen osioloji və aksioloji mahiyyəti ilə uzlaşmır. Çoxdan məlumdur ki, musiqi sahəsi qeyri-siyasi (apolitik) yaradıcılıq işidir. Bu sferada simfonik musiqi xüsusilə özünəməxsusluğu, spesifikliyi ilə seçilir. Əgər senzura baxımından totalitar rejimlərin mövcud olduğu dövlətlərdə, əlalxüsus Sovet Ittifaqında hər hansı sənət sahəsində, məsələn, opera teatrlarında çox tamaşalar qadağaya məruz qalırdısa, simfoniyalara münasibətdə bu tabu yox dərəcəsində olmuşdur. Hətta sovet senzurası tarixində mövcud olmuş bir siyasi adət – bədnam «nəzarətə gəlməyən gizli məna» axtarmaq adəti çərçivəsində bu müşkül işi görmək imkan xaricində idi. Lakin bu proqram musiqisinə və xüsusilə, siyasi mahnı yaradıcılığına totalitar-partokrat instansiyaların müdaxiləsinin həddi-hüdudu yox idi. Bu totalitar müdaxilə heç də təsadüfi olmamış, adda-budda siyasi yanaşmalar şəklində yox, əksinə etatizm-dövlət səviyyəsində paternalist sistem kimi formalaşmışdır. Əlbəttə, bu amilin siyasi genezisi olmuş və proses kimi sovet reallığında öz varisliyini saxlamışdır.

TOTALITAR-SIYASI MAHNILARIN GENEZISI>

       Bu məqalənin yazılmasına mənəvi təkan və impuls verən metodoloji baxımdan köhnə irsə münasibət üçün çox böyük əhəmiyyət daşıyan bir yazı olmuşdur: «Məslək texnologiyası. Siyasi mahnı haqqında, qeydlər». Yazı 1974-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayan, simfonizm haqqında poeziya və musiqinin qarışıqlı əlaqəsi haqqında, rəsmi senzura altına düşməyən Sovet mahnıları haqqında məqalə və kitabların müəllifi, musiqişünas Vladimir Frumkinə məxsusdur. O, «Bulat Okucava, 65 mahnı» (1980) və «Bulat Okucava, mahnılar» (1986) kitablarının da müəllifidir. V. Frumkin «Amerikanın səsi» radiostansiyasında musiqi verilişlərinin aparıcısı kimi dünyada məşhurdur. Musiqişünas belə bir həqiqi qənaətə gəlmişdir ki, incəsənətin insanların emosiyasına təsir etməklə onlarda əqidə yaratmaq, məslək formalaşdırmaq sahəsində «qırmızılar» (söhbət bolşeviklərdən gedir) öz rəqiblərindən çox irəli getmişlər. Bu bacarıq, bu siyasi qabiliyyət xarizmatik partiya və sonralar dövlət lideri olan Leninlə şüurlu surətdə yerinə yetiri lən xüsusi bir missiyaya çevrilmişdir. Belə bir sosial-psixoloji cəhəti nəzərə almaq da bolşeviklərin siyasi dəst-xətti olmuşdur ki, qara camaatın, qara kütlənin şüuruna təsir etmək yolu yalnız onun təhtəlşüurundan, qeyri-ixtiyari anlama dərəcəsindən keçir: nə nəzəriyyə, nə ideya öz-özlüyündə kütlələrin malı olmur, əksinə, mifikləşdirilmiş, bədii fantaziya ilə yoğrulmuş ideya insanların emosiyalarını oyada bilər, onların xəyalını və inamını yönəldə bilər. Məhz bu cür ünsiyyət dili yalnız musiqi və sözün sintezini özündə ehtiva edən mahnıya xasdır. Təsadüfi deyildir ki, mahnını, xüsusilə siyasi-ritorik məzmunlu himnləri bolşevik ovqatlı şair «bizim silahımız – bizim mahnılarımızdır» aforizmi ilə militaristcəsinə səciyyələndirmişdir. Doğrudan da mahnı, xüsusilə siyasi-kütləvi mahnılar belə bir mövqe üçün, bu cür siyasi dil üçün ideal modeldir. Bu baxımdan xüsusilə musiqinin söz üzərində üstünlüyü ifadə tapan mahnılar daha təsirli, daha hərəkətli olmuşdur: çünki onlarda, tədqiqatçı A. Soxor demişkən, «kütlələrə bilavasitə emosianal təsirin böyük gücü» təmin olunur.

       Öz inqilabi-totalitar niyyətlərini, həyatın bütün sahələrini bir ideologiyaya yönəltmək cəhdlərini məhz musiqinin ecazkar estetik təsiri ilə reallaşdırmaq hətta sosial-demokratların və sonralar kommunistlərin Oktyabr çevrilişinə qədər fəaliyyətləri üçün də səciyyəvi olmuşdur. Başqalarını siyasi-emosianal əhval-ruhiyyəli mahnılarla şirnikləndirən rus inqilabının rəhbərləri özləri bu ovqata sadiq qalaraq hər yerdə-həbsxanada, mühacirətdə, vətəndə, sürgündə və gizli fəaliyyət yerlərində nümunə göstərir, mahnılar oxuyurdular. Musiqişünas tədqiqatçı P. Lepeşinski yazırdı ki, təkcə sıravilər deyil, həm də kütlələrin avanqardları inqilabi enerjisini həyacanlandırmağın lokal mənbəyinə kəskin ehtiyac duyurdular. Mahnı onlar üçün güclü estetik stimulyator olur, mahnı onların ruhunu yüksəldir, axıra qədər getmək qətiyyətini və iradəsini möhkəmləndirirdi. Bolşeviklərin liderləri hansı mahnının partiya üçün gərəkli və yaxud gərəksiz olmasına çox böyük ideoloji-siyasi əhəmiyyət verirdilər. Onlar xüsusi siyas i utilitarlıqla, proqmatikliklə sərfəli mahnıların kütlələrə təlqin edilməsinə canfəşanlıqla cəhd göstərirdilər. Çox səciyyəvi haldır ki, hələ 1904-1907-ci illərdə partiya mətbuatı 50-yə qədər inqilabi mahnını çap etmişdir. Onlardan çoxu dəfələrlə təkrar-təkrar bir neçə min tirajla dərc olunmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page