ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


       Inqilabi mövqe tərəfdarları qəti əqidədə idilər ki, kütlələrin zövqünü dəyişdirmək olar və bu çox lazımdır. Buna görə də köhnə mahnılar yeni mübariz mahnılarla sıxışdırılıb çıxarılmalıdır. Bunun üçün polyak himnləri - «Varşavyanka», «Qəzəblənin, tiranlar», «Qırmızı bayraq» nümunə göstərilirdi. Bu himnlər bolşeviklərin mövqeyindən arzuolunmaz motivlərdən azad idilər, onlarda ifrat dərəcədə təsiredici enerji, qələbəyə inam meyli və ləngimədən inqilabi fəaliyyətə çağırışlar ifadə tapmışdır. Lenin Rusiya üçün belə mahnıların yaradılması zərurətini israrla tələb edirdi. Nəticədə bir-birinin ardınca bu üç himnin rus versiyası yaradılır. Yeni tipli, major ladında ilk orijinal mahnı - «Cəsarətlə, ayaqlaşın, yoldaşlar» (1897) mahnısı meydana gəlir. 1902-ci ildə fransız «Beynəlmiləl»-i siyasi həyata daxil olur. Məlum olduğu kimi, bu mahnı kommunist partiyalarının ümumi himni olmuşdur. Bu beş himn-mahnı sosial-demokratların və kommunistlərəin XX əsrin ilk mübarizə illərində rep ertuarının özəyini təşkil edirdi. Onların mətn məzmununda və tematikasında eyni motivlər estetikləşdirilmişdir.

       Bu zaman həyatın total surətdə inqilabiləşməsini, köhnənin məhv edilməsini, yeni sosialist nizamı qurulmasını məqsəd və ideala çevirən kommunistlər hətta musiqidə soz mətnlərində məqsədyönlü mövzuların planlaşdırılmasını da önəmli etmişlər. Musiqi yaradıcılığında sosial-siyasi sifariş reallığı təkamül tapırdı. Bu prosesə daxil edilən və yuxarı instansiyalardan total surətdə nəzarət altına alınmaq vərdişi yaradılırdı, tədricən yaradıcılıq sahəsi idarə olunmaq məcrasına salınırdı. Bu totalitar mədəniyyət meyarı sənət arbitirlərinin siyasi dəst-xəttinə çevrilir, gələcək qeyri-liberal pafosun genezisinin ilkin əsasını qoyurdu. Meydana atılan mövzuların ideoloji-siyasi düzümünə diqqət yetirək.

       Bu dövrdə ilk aparıcı mövzulardan biri – mövcud olan dünya nizamını dağıtmaq haqqında həyəcan çağırışı idi.Bu məqsədə, bu çağrışa adekvat mahnılar meydana gəlmişdir: « Qanlı döyüşə … marş, marş irəli, Əməkçi xalq!», « məhv olsun tiranlar, məhv olsun zəncirlər!.. Biz dünyaya yeni yol göstərəcəyik…».

       Ikinci mövzu zora söykənən dünyanın mənfurluğu, onun göz yaşlarına və cəlladların, tüfeylilərin və tiranların mövcudluğuna bais olması idi. Bu mövzu birincini gücləndirirdi. Üçüncü mövzu kəskin surətdə ikinciyə kontrast, əks olaraq mübarizənin son məqsədini – yeni gözəl dünyanın cazibədarlığı, azadlıq səltənətini vəd edirdi. Bu dünyanın sahibi, ağası əmək və əməkçi olacaqdır. Dördüncü mövzu proletar döyüşçülərinin avtoportretinə həsr olunmuşdur: əməkçi xalqın övladları ağır həyat keçirsələr də, titanlara xas olan ruh yüksəkliyinin, öz məqsədinə çatmaq yolunda qətilik göstərməyin nümunəsi kimi təsvir və təfsirə gətirilmişdir. Bu aspektdə müsbət qəhrəman modeli önəmli sayılmışdır. Nəhayət, mərkəzdən təşkil olunan və idarə edilən yaradıcılıq plan-dəstxətlərdə bolşeviklərin «kim bizimlə deyil, o bizim rəqibimizdir, düşmənimizdir» kimi prinsipinə söykənən intiqam, qisas və qanlı mübarizlik, barışmazlıq motivləri xüsusi istiqamət kəsb etmişdir. Bu səpkili mahnı-şüar larda radikallıq ifadə olunurdu: «xalqı qanına qəltan edən taxt-tacı düşmənlərimizin al-qanına boyayaq… Bütün çar-plutokratlara intiqam və ölüm…», «Ayıb olsun, qorxu olsun, ölüm olsun sizə tiranlar…».

       Tədqiqatçılar göstərirlər ki, bu axırıncı sətir-şüarlar bolşeviklərə çox böyük təsir etmiş və buna görə də onlar bu pafosu tez-tez təkrar etmişlər.

       Kütləni öz totalitar mübarizə dairəsinə salmağa səy göstərən bolşeviklər heç də mahnı və himnlərin ideyasını başa salmaq, aşılamaq qayğısına qalmır, əksinə, onların düzgünlüyünə, səhvsiz olmasına inam təlqin edirdilər. Məsələn, onlar təbliğ edirdilər ki, «Küçələrə çıxın… Mübariz mahnılarınızı gur səslə oxuyun…». Təlqin edilirdi ki, qoy mahnılar hərbi şimşək kimi gurultuları ilə havanı silkələsin və bütün cəlladlar və zalımları titrətməyə gətirsin». Bu mahnılar başqalarını qorxutmaqla onun ifaçılarını qətiyyətsizlik və qorxu emosiyasından uzaqlaşdırırdı. «Fəhlə Marselyozası» bu məramla ifa edilirdi. O, köhnə dünyadan qurtulmaq fəlsəfəsinə xidmət edirdi.

       Keçən əsrin böyük rus yazıçılarından Ivan Bunin, demək olar ki, ilk dəfə inqilabi-totalitar poeziyaya aydın və ayıq gözlə baxmışdır. 1919-cu ilin yazında Odessada onun əlinə belə bir toplu düşmüşdür: «Zəhmət adamının xalq kitabxanası. Xalqın qəzəb mahnıları. Odessa, 1917». Bu mahnı toplusundakı «Fəhlə Marselyozası», «Varşavyanka» və başqa bu tipli mahnılardan yazdığı bəzi sətirləri gündəliyinə köçürür və onlara belə bir şərh verir: «… bütün hamısı kinlə, son dərəcədə qanla yoğrulmuş, ürəkbulandıracaq qədər yalandır, bayağıdır, ağlagəlməz dərəcədə miskindir… Ilahi, bu niyə belə olmuşdur! Oğlan və qızların bütöv nəsilləri üzərində necə də dəhşətli qeyri-təbii bir iş aparılmışdır».

       Ivan Bunindən sonra müasir böyük rus yazıçısı Aleksandr Soljenitsın «Oktyabrın onaltısı» adlı məqaləsində qorxunun mahnı vasitəsilə sıxışdırılıb aradan götürülməsinin çox təsirli mənzərəsini vermişdir. O, təsvir edir ki, polis qarşısında özünü itirmiş nümayişçilər kütləsi «Fəhlə Marselyozası» oxumaqla dərhal başqa övqat alır, süvari mühafizə dəstəsini əzirdi. Mahnının seçimi təsadüfi deyildir: «Köhnə dünyadan əl çəkək» - nifrət, qəzəb, gərginlik, intiqama çağırış ehtirasına görə rus inqilabi himnoqrafiyasında özünəməxsus layiqli birinci üeri tuturdu. Himnin nifrətlə dolu çağırışlarına diqqət yetirək: «Ayağa qalxaq, qardaşlar, hər yerdə dərhal… Oğrulara, itlərə-varlılara ölüm! Və qəddar vampirlərə ölüm! Vur, onları məhv et, yaramaz məlunları öldür!» Öz rəqiblərini düşmənə çevirən, məşhur «kim bizimlə deyil, o, düşmənimizdir» prinsipini həyat devizi etmiş bolşevizmin qeyri-liberal, totalitar mövqeyinin incəsənət sahəsində reallaşdırılması siyasəti idealoji müba rizənin aparıcı xəttinə çevrilməkdə idi. Xatırladaq ki, proletar yazıçısı kimi təsnif edilən M.Qorkinin «Ana» əsərində olduğu kimi, həyatın bütün sahələrinə qabaqcadan planlaşdırılmış modellər vermək utopizm əlaməti olsa da, idealoji təəssübün təsirinə ən az məruz qalan musiqi mündərəcəsinə, melodiya konteksinə də paternalistcəsinə nüfuz etmək amili ciddi nəzarətə alınmaqda idi. Bu baxımdan proqram musiqiyə, mətn zəminində yazılan musiqiyə xüsusi əhəmiyyət verilirdi. V.Leninin anlamında bu yolda sözü və onu estetik sintezə gətirən mahnının əvəzi yox idi.

       Belə bir fakta diqqət yetirək. 1919-cu ildə Kiyev teatrında qırmızı qvardiyaçılar qarşısında şairlər çıxış edirdilər. Onlara siyasi yönəltmə verilmişdir ki, «şerlərdə əsasən yeni arsenaldan tanış sözlər eşidilməlidir». N.Mandelştam yazır ki, şair Valya Steniç Sovnarkomun (xalq komissarları sovetinin) iclası haqqında şerini oxuyanda zal xüsusi məmnunluqla, qeyri-adi xoşbəxtlik nidaları ilə guruldadı. Şair zamanın nəbzini bir anda tutaraq, onun tarixi iç məqamını kəskin ifadədə vurğuladı: kütlə oxunan şerin mənasını deyil, onun ayrı-ayrı sözlərini, nidalarını, səslərini, xüsusi ilə Sovnarkom sözünü qırmızı parça kimi qəbul etdi. Kütləni belə bir reaksiyaya hazırlaya bilmişlər.

       V.Frumkin doğru olaraq belə bir qənaətə gəlir ki, nəğmə deklamasiyadan daha çox qətiyyətlidir, çünki, o, şerin qavranılmasına daha güclü təsir edir. Belə ki, musiqi sözü xüsusi emosional atmosfera ilə çulğalayır, estetikləşdirir, ülviləşdirir. Mahiyyətcə inqilabi mahnıların quru, yöndəmsiz, müxtəlif üslublu mətni yalnız nəğmədə bədii ətə-qana dolur. Əslində bu sintezdə söz bərabər emosional təsir kəsb etsə də, mahnının fövqündə nə isə bir ümumi, iradi pafos ucalır və bu qətiyyəti artırır, bu pafosun mayasında qısa şüar frazaları, ifadələri sayrışır və onlar əqlə deyil, hissə yönəldilmiş olur.

       Totalitar idealogiyanın yaratdığı mədəniyyət çərçivəsində bir parodoksal vəziyyətin mövcudluğunu asanlıqla görmək olar: idealogiya ilə doğulmuş və ona xidmətə yönəldilmiş siyasi-totalitar musiqi əslində ideya ilə o qədər də daxili əlaqədə olmur. Bu incə ambivalentlik, ikili xarakter kütləvi ifaçı və dinləyiciyə incəliklə və həm də mürəkkəbliklə təqdim edilir. Burada fikrin dəqiq formulə edilməsindən daha çox, qeyri-müəyyənlik üstünlükdə olur. Tədqiqatçılar düzgün deyirlər ki, mahnı bir edealoji cəbhədən digərinə köçə bilir. Məsələn, sovet dövrünün «Gənc qvardiya» (sözlərin A.Bezımenskinindir) mahnısının melodiyası Berlin kommunistləri tərəfindən istifadə edilmiş, sonralar isə dəyişdirilmədən faşist dəstələrinin nümayişləri də oxunmuşdur. Tədqiqatçı Y. Şkvoretski özünün «təsirli mövzu» adlı məqaləsində yazır ki, sonralar bu mövzu variasiyalar kəsb etdi: «Əvvəllər biz marksistlər, qırmızı front və sosial demokratlar idik, bu gün biz nasional-sosialistlərik…».

       Xatırladaq ki, görkəmli kinorejissor M.Rommun «Adi faşizm» sənədli filmində nasist himnləri «Qırmızı Veddinq» və «Zavodlar, ayağa qalxın» melodiyalarının oxşarı, ekizləri idi. Onlarda Hans Eyslerin təmiz izi vardır: eyni üslub, eyni ton, eyni emosiya tipi, eyni qəhrəmanlıq jesti və böyük iradi istiqamət.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page