ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI ƏLAQƏLƏRI INKIŞAF EDIR
.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI, Nərgiz KƏRIMOVA
«RAST» musiqili-bədii filminin ssenarisi
Rauf NAĞIYEV, Oqtay RƏCƏBOV
AZƏRBAYCAN MILLI ADƏT VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI
Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA
|
|
Qobustan qayalıqları görünür. «Qaval daş» və Qobustan böyük daş qayalıqları üzərindəki rəqs rəsmləri göstərilir. Qərinələrdən gələn səslər akkord kimi orqan alətində səslənir, qaval daşda isə insan-musiqiçi çalır. Bu səslər bir-birinə qarışır, qayalara-kosmosa doğru yönəlir və geri qayıdır. Bu fonun önündə kosmosdan exo şəklində bir səs gəlir:
Səs: – Ey canlı və düşüncəli insanlar! Mən sizi yaratdım, sizə gözəl təbiət, uca dağlar, sulu çaylar, dənizlər, meşələr, bulaqlar və od bəxş etdim. Indi isə «qəlbiniz və ruhunuz üçün» Avazlar göndərirəm. «Yeddi müğam», «Yeddi səyyarə», «Yeddi rəng», «Yeddi səs», Bu rəqəmi yadda saxlayın! Yeddi-müqəddəs rəqəmdir! Göyün yeddi qatından göndərdiyim avazları qoruyun, təkmilləşdirin və gələcək nəslə çatdırın!
Səs yoxa çıxır, ekranda Qobustan qayalıqları tədricən alovla əvəz olunur və «Əsrlərin səsi» sözü alovdan yaranır.
Ekranda Misir piramidaları görünür və piramidaların əzəmətli görünüşü ərəb evlərindən birinə keçir.
Evdə Pifaqor və onun qulu qara ərəb Əbu Salik (Busəlik) oturublar. Əbu Salik ud alətində nə isə çalır. Pifaqor isə ona diqqətlə qulaq asır. Musiqi bitir, Pifaqor ayağa qalxaraq deyir:
– Mən Misirdə dərs aldığım müddətdə çox şey öyrəndim. Bu bilikləri mən yunan torpağına aparıb xalqıma çatdıracağam. Çaldığın musiqi aləti necə adlanır və sənnə ifa edirdin?
Əbu Salik: – Ağa Pifaqoz, bu alətə ud deyirlər, ifa etdiyim isə yeni əsərimdir. Biz Misirlilər buna təqsim deyirik.
Pifaqor: – Ey mənim qulum, bu əsəri sənin adına uyğun olaraq «Busəllik» adlandıraq» «Əbu Salik-Busəlik». Çox yaxşı səslənir. Mən musiqinin yeddi səsini icad etdim. Bu işdə mənə bazarda bir daşın o birisinə dəyməsi kömək etdi. Bütün bunlar üçün mən öz yuxuma minnətdaram. Mənə yuxuda bir ağ paltarlı qoca dedi ki, «dur və bazara get. Orada sənə hikmətli sirrlərdən biri əyan olaçaq. Bir bax, biz yunanlar hələ səsləri icad edən vaxtdan çox-çox əvvəl siz ərəblər təqsimlər yaratmışsınız.
Ekranda diktorun deyəcəyi mətn belə bir sxemin üstündə səslənir.
Bu səslər və rənğlər göstərilən musiqi alətlərinin ifasında – rənglərlə əvvəlcə ayrı-ayrı, sonra isə qammavari tez-tez yuxarı və aşağı çalınır.
Diktor: – Avropa musiqişünaslarına görə qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirdilər. Şərq alimləri isə hələ eramızdan əvvəl 1-ci minillikdə öz musiqi kəşflərini planetlərlə belə əlaqələndirmişlər.
DO – Yupiter – Zirəfkənd
RE – Saturn – Rəhavi
MI – Ay – Nəva
FA – Merkuri – Busəlik
SOL – Venera – Rast
LYA – Günəş – Əraq
SI – Mars – Üşşaq.
Kadrlara uyğun muğamlardan epizodlar səslənir.
Səslərə uyğun planetlərin hərəkətləri göstərilir.
Diktor: – Muğam, Makam, Makom, mukam, Raqa, Dəstgah, Təqsim-Allah, Nildən Qanqa kimi yayılmış bu musiqi necə də ecazkar şəkildə insanların qəlbində özünə yer tapır! Canlı bir orqanizmə bənzəyən bu musiqi nümunələrinin adları müxtəlif olsa da kökləri demək olar ki, eyni bulaqdan su içmiş və yalnız Şərq-Müsəlman xalqlarına məxsusdurlar.
Ekranda Yer kürəsi qlobus kimi göstərilir.
Təqsim. Makam. Dəstgah. Muğam. Mukam. Makom. Raqa.
Misir. Ərəbistan Iran. Azərbaycan. Türkmən. Özbək. Hindistan.
Türkiyə Uyğur. Tacik.
Ekranda yenə Kosmos, Yer, Qobustan qayalıqlarındakı təsvirlər göstərilir. Orqan alətinin akkord müşaiəti önündə diktor danışır.
Diktor: – Muğam nə vaxt və kim tərəfindən yaradılıb? Bunun üçün qədim Azərbaydcan mədəniyyətinin inkişaf mərhələlərini nəzərdən keçirək.
Qobustan qayaları, mağaralar göstərilir. Maral dərisi geymiş, başında maral buynuzları, əlində zınqırovlu dəf və xoruz olan şaman təsvir olunur.
Diktor: – Hələ eramızdan əvvəl XII-II minilliklərdə, yəni ibtidai icma quruluşu və onun dağıldığı dövrdə Azərbaycanda animistik əqidəyə, yəni, ruhların ölməzliyinə inam çox qüvvətli idi. Ruhlarla icma adamları arasında rabitəçi olan xadimlərə, o zaman şaman deyirdilər: Türk xalqları arasında onlar Kam da adlanırdılar.
Şaman qəbilənin bütün dərdi-sərini öz boynuna götürürdü: adamların sağlamlığı üçün bədxah ruhlarla mubarizə aparır; mal-qaranın qorunması üçün düşmən qüvvələrlə tək başına vuruşurdu.
Şer və nağıl deyən, akrobatik tryuklar və rəqs edən, zınqırovlu dəfdə çalıb oxuyan qədim şaman mədəniyyətində muğamlarımızın ən dərin köklərinin, ritmlərinin, qarışığ-cingiltili zəngülələrinin izlərinə rast gəlirik.
Şamanlardan ayin zamanı ekstaz-yüksək dərəcədə vəcdə gəlmə mərhələsində şamanın ruhu əcdadının ruhu ilə qovuşur.
(Şamanla əlaqədar təsvir bir aktyor vasitəsilə əyani olaraq göstərilir. Bu səhnə zərb alətinin muşaiyətilə olur).
Şaman yataqda uzanmış xəstənin ətrafında yavaş-yavaş dövr edir və ara bir əlindəki zınqırovu dəfə maral ayağı ilə zərbələr endirir. Bu vaxt şaman dodağı altında nə isə pıçıldayır, gah üfürür, gah dəfi göyə doğru qaldıraraq ona zərbələr endirir. zərbələrin sürəti getdikcə artır və çox güclü emosional vəziyyətdə-şaman ekstaz halında olduqda ağzı köpüklənir, onun daxilində yığılıb qalmış enerji muğamı xatırladan qırıq-qırıq zəngülələrlə şamandan çıxır.
Diktor: – Zəngulələrin çıxması ilə şaman tədricən sakitləşir, qavala vurulan zərbələr seyrəkləşir və o yerə yıxılır. Şamanın ekstaz vəziyyətdə oxuduğu muğamvari zəngulələr sonrakı minilliklərdə formalaşmış muğam dəsgahlarında öz əksini tapır.
Ekranda qədim kahin təsvir olunur. O teleskopla göyü müşahidə edir. Şir və Maral-Ögüz bürcləri göstərilir.
Diktor: – Eramızdan əvvəl 4-cü minillikdə Iraqda Dəclə və Fərat çayları arasındakı bataqlıqları qurudaraq özlərinə məskən salmış türk tayfaları-Şumerlər göy cisimlərini müşahidə etməklə yerdə əkin vaxtını müəyyənləşdirirdilər.
|