ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


       Hər ilin 22 martında Şir bürcü zenitdə, maral-ökuz bürcü isə ondan eyni müəyyən məsafədə durduğu vaxtda münəccimlər əkinə başlamağı məsləhət görürlər.

       Ekranda Zikkurat göstərilir.

       Diktor: – Bu vaxt Şumer kahinləri Zikkurat adlanan məbədin son 3-cü mərtəbəsindən başı insan formalı şir heykəlini 1-ci mərtəbəyə endirir və bu zaman adamlar əkinlə və səməni ilə əlaqədar mətnləri muğam avazları tərzində oxuyurdular:

       Səməni
       Al məni
       Hər yazda
       Sən, yada
       Sal məni.

       Səməni, saxla məni,
       Ildə göyərdərəm səni.
       Səməni, sazana gəlmişəm,
       Uzana-uzana gəlmişəm.

       Səməni
       Al məni
       Hər yazda
       Sən, yada
       Sal məni.

       Bu avazlar ifa olunduqda səməninin önündə əkinçilərin yerə toxum səpmələri, qadınların səməni bişirmələri və suvan həlvası göstərilir.

       Ekranda 7 mərtəbəli Nabonid Zikkuratının təsviri.

       Diktor: – Eramızdan əvvəl 1-ci minillikdə artıq 7 mərtəbəli Nabonid Zikkuratı mövcud idi. Bu dövr antoqonist siniflərin yaranması Azərbaycanda atəşpərəstlik dövrünə təsadüf edir. Atəşpərəstlərin müqəddəs kitablarının küliyyatı olan Avestanın əsas hissəsini eramızdan əvvəl 6-cı əsrdə dini fəaliyyət göstərmiş atəşpərəstlərin peyğəmbəri midiyalı, azərbaycanlı Zərdüşt yaratmışdır. Bu din sonradan Iranda, Yaxın Şərqdə, Hindistanda geniş yayılır. Bu dövrdə yaxın Şərqdə atəşpərəstlik abidələri çox geniş miqyasda fəaliyyət göstərir.

       Zərdüştün təsviri, Avesta kitabələrinin təsviri göstərilir.

       Diktor: – Belə məbədlərdən Azərbaycanda «Qız Qlası»nı göstərmək olar.

        «Qız Qalası» göstərilir.

       Ekranda hava, torpaq, od və su göstərilir.

       Diktor: – Hava, torpaq, od və suyu müqəddəs hesab edən atəşpərəstliyin göy Allahı baş allah Hörmüzd badxah ruh hesab edilən Əhrimənə qarşı mübarizə aparırdı. Bu obrazlar Avestada olan «Yəşt»lərə – yəni allahlar haqqında poemalara daxil idi ki, onları da atəşpərəst kahinlər qurban vermə və digər dini ayinlərdər xor və solo şəklində oxuyurdular. Çox güman ki, bu musiqi nümunələri muğam sənətinin ilkin variantları, formaları maqlar, kahinlər tərəfindən araşdırılır, yaradılırdı.

       Deyilən ayin səhnələşdirilmiş formada göstərilir:

       Qurban gətirmiş atəşpərəstlər su başında çala qazıyır və qurbanlıq heyvanın qanı bütövlükdə buraya tökülürdü. Kahinlər bir parça qurbanlıq əti mərsim kolu və ya dəfnə budağın üstünə qoyur, çubuqları ətə toxunduraraq və qurban quyruğunu od üstündə tüçtülədərək sehrkarlıq duasını xor və solo şəklində oxuyurlar:

       Odla müqəddəsdir yaratlığı ehtiras,
       Odla müqəddəsdir surulərə hamiliyi,
       Odla müqəddəsdir evə, mülkə hamiliyi,
       Odla müqəddəsdir var-yoxa hamiliyi,
       Odla müqəddəsdir ölkəyə hamiliyi.

       Ekranda atəşpərəstlik məbədlərinin dağıdılması göstərilir. Onları yeni məscidlərin təsviri əvəz edir. Bu məqsədlə Türkiyədə məşhur Ələsəfi məscidi, Iraqda Soltan Məcid məscidi göstərilir.

       Diktor: – 7-ci əsrdə Azərbaycanda ərəb istilası, Islam ideologiyası şaman və atəşpərəstlik mədəniyyətini tənəzzülə uğratsa da islam mədəniyyəti bu yerlərdə öz binasını qədim, yerli mədəniyyətlər üzərində qurmağa başlayırlar. Onlar muğamlardan islam dininin təbliğində, müsəlman dini mərasimlərində istifadə etməyə başlayırlar.

       Məsciddə azan verən, mərsiyyəxanlar, qəbristanlıqda fatehə, quran oxuyan mollalar təsvir olunur.

       Təsvir dəyişir. Ekranda Sufi dərvişlər ekstaz vəziyyətdə təsvir olunurlar. Meyxana ritmi üstündə muğam melodiyası tədricən yuxarı qalxır və sufilərin rəqsi təsvir olunur.

       Diktor: – 8-ci əsrdən Azərbaycanda islam ehkamlarına qarşı kəskin mövqe tutan sufi dini-fəlsəfi cərəyan yaranmağa başlayır. Sufi-dərvişlər sufi ədəbiyyatını, sufi musiqisini təbliğ edir-şaman dünya görüşlərinin izləri hiss olunan yeni sufi mədəniyyəti yaradırdılar. Azərbaydcanda ərəb istilası dövrü və bu dövrdə fəaliyyət göstərən Sufizm, hürufizm dini-fəlsəfi cərəyanların mubarizəsi, çox güman ki, muğam musiqi sənətinin inkişafına və onun bütöv Şərq aləminin musiqi mədəniyyətinə – musiqi dünya görüşünə çevrilməsinə gətirib çıxarmışdı. 11-ci əsrdə Iranda yaranmış və sonradan ətraf ölkələrə, o cümlədən Azərbaycana yayılmış «Maqam» nəzəriyyəsinin əsasını əxlaqi kamillik yolunda insanın keçirdiyi ruhi, psixoloji vəziyyətlərini təmsil edən ideya əks edir. Sufi terminlərinə görə kamillik uğrunda tədricən və ardıcıl surətdə keçilən pillələr ayrı-ayrılıqda «maqam» – dayanacaq, bir sıra «mağam»lardan ibarət «yol» isə «Maqamat» adlanır.

       Ekranda yuxarıdakı fikirlə əlaqədar belə sxem tədriclə verilir.

       Diktor: – Varlığın başlanğıc və sonu bir nöqtədə birləşməlidir kimi panteist, yəni allahı təbiətlə eyniləşdirən sufi-dini-fəlsəfi cərəyanın varlıq haqqındakı əsas prinsipi özünü bütün muğam şöbələrində və ümumiyyətlə muğam kompozisiyalarının strukturunda qabarıq şəkildə göstərir.

        (Sufizm fəlsəfəsilə əlaqədar ekranda bir nöqtədən başlayıb həmin nöqtədə bitən çevrələr göstərilir).

       Diktor: – Qədim dövrlərdə ortaya çıxmış ilk muğam musiqi formaları orta əsr azərbaycanlı musiqiçilərdən Əddülhəsən Bəhmənyar ibn-Mərzban (1066-cı ildə vəfat edib). Səfiəddin Əbdülmömin Bin Yusif Fəxir əl-Urməvi (1216-1293), Əbdülqədir Maraq (1353-1435) və digərləri tərəfindən təkmilləşdirilir, bu sahədə ciddi elmi axtarışlar aparılır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page