ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


       Ekranda adları çəkilən musiqiçilərin obrazları göstərilir.

       Diktor: – Beləliklə bu dövrdə «Andaluzadan Çinə kimi və Afrikadan tutmuş Qafqaza kimi» nəhəng bir musiqi «binasının» arxitekturası yüksəlmişdi.

       Ekranda adı çəkilən yerlər xəritədə göstərilir.

       Diktor: – Əbdülqadir Marağı bu binanı belə təsvir edirdi: 12 sütunlu, altı günbəzli başı göyləri dələn əzəmətli tikili. Sütunlar – on iki muğamlar: – Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, Isfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. Günbəzlər. 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyyə, Güvəştdən ibarətdir.

       Ekranda 12 sütun, 6 gümbəzin şəkli göstərilir və bunların üstündə muğam adları yazılır. Teymurləngin dağıdıcı hucumları ekranda göstərilir.

       Diktor: – 14-cu əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişiklər, yəni Azərbaycana Teymurləngin dağıdıcı hücumları, bu möhtəşəm Musiqi «binasının» divarlarının çatlamasına və sonralar isə büsbütün uçub dağılmasına səbəb olmuşdur.

       Multiplikasiya vasitəsilə «Muğam evi»nin zəlzələ nəticəsində dağılaraq qaranlığa qərq olur və zülmətdən yeni parlaq, şəffaf, rənglərdən ibarət muğam məbədi qurulur.

       Diktor: – Yaxın Şərq xalqları ucub dağılmış bu «Musiqi binasının» qiymətli «parçalarından» istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı ilə hər bir xalq ayrılıqda özünə məxsus səçiyyəvi üslubda yeni «musiqi barigahı» tikmişlər. 15-16-cı əsrlərdə bu janrın iri kompozisiyalı muğam dəsgahlarına çevrilməsi üçün cəhdlər göstərilirdi.

       Şah Ismayıl Xətainin surəti Təbriz miniatürlərinin, xalçaların təsviri göstərilir.

       Diktor: – 16-18-ci əsrlərdə sufilərin fəlsəfi-etik təliminin Azərbaycan incəsənətinə böyük təsiri Azərbaycan dövlətinin başçısı Şah Ismayıl Xətainin sufi fəlsəfəsini dövlətin rəsmi ideologiyası kimi qəbul etməyinin nəticəsində olmuşdur. Məhz bu ideologiyanın əsasında muğam nəzəriyyəsi də inkişaf edir və yayılır.

       Sufizm fəlsəfəsi konsepsiyasının muğam konsepsiyası ilə tam uyğunluğunu nəzərdən keçirək:

       Ekranda Şaman, Şumer, Kahin obrazı və çevrənin bir nöqtədən başlayıb kulminasiyaya qalxması, sonra enmə insan həyatı, dairəsi göstərilir.

       Diktor: – Beləliklə, muasir muğam kompozisiyasının əsasını şaman, Şumer, daha sonrakı atışpərəst kahinlərin yaradıcılığının və sufi fəlsəfəsini məğzini təşkil edən həyatın bir nöqtədən başlayıb tədricən pillə-pillə inkişaf etdirib kulminasiyaya çatdırılması, «Zil» adlanan bu kulminasiyada insanın ilahi ilə qovuşması, məhz bundan sonra tədricən əvvəlki vəziyyətə qayıtması təşkil edir.

       Ekranda alov görünür. Alovun içindən «Rast» sözü hərfləri qığılcımlar saçaraq görünməyə başlayır. «Rast» yazılan filmin titri «Dəraməd» üstündə gedir. Nurani qoca «Qobustan» qayalıqları arasında peyda olur və «Muğam» haqqında şeri «Dəramədin» «Rast» sözü qurtarandan sonrakı musiqi parçası fonunda intonasiya ilə, aram-aram söyləyir:

       Daş ürüklərdə yanıb daşları sındırdı muğam,
       Haqqa düşmən olanı haqqı tanıtdırdı muğam.
       Onun hər guşəsi bir xatirə, bir canlı kitab.
       Keçilən yolları hərdən bizə andırdı muğam.

       Şer səsləndikcə Azərbaycanın qalaları, mənzərələri və ara bir qədim xəritələr göstərilir.

       Sözlərin axırında Qoca «Qobustan» qayalıqları arasında tədricən qeyb olur.

       BƏRDAŞT (Novruzi Rəvəndə) (Bu şöbəni tar, kamança və balabanın müşaiəti ilə xanəndə oxuyur).

       Çəmənlik, bulaqların şırıltılı qaynaması, bülbüllərin oxuması, çeyranların ayaq saxlayıb nəyə isə qulaq asması kadrları bir-birini əvəz edir. Ekranda sevişən iki göyərcin göstərilir. Göyərçinlər oğlan və qıza çevrilirlər. Araz və Kür göstərilir. Panorama yenidən Araz çayına qayıdır. El-oba Novruz bayramına hazırlaşır. Oğlanlar Arazın o tayındakı sevgililərin bu taya və əksinə keçirtməyə-toy mərasimlərinə hazırlıq görürlər. Baharla əlaqədar qəzəl «bərdaşt» üstündə xanəndə tərəfindən ifa edilir.

       Bahar oldu, gəl, ey dilbər,
               tamaşa qıl bu gülzarə,
       Buraxdı qonçələr pərdə bşarət
        bülbüli-zarə,
       Şəqayiq pərdədən çıxdı, boyandı
        bağ ilə bostan,
       Irişdi gülşənin hüsnü, boyandı
        rəngi əzharə.

       Bu qəzəllə bərabər novruz mövzusunda digər qəzəl də istifadə oluna bilər:

       Bahar oldu və açıldı, üzündən pərdə gülzarın,

       Irişdi qönçənin dövrü, zamanı qalmadı xarın.
       Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı,
       Ki, mənzuri yenə güldür, çəməndə bülbüli-zarın.

       Axşam düşməyə başlayır. Göydə Zöhrə və Mərrix ulduzlarının bir-birilə sevişməsi-şüalanması göstərilir.

       MAYYƏ – (Bu şöbəni tar və balabanın müşaiətilə xanəndə oxuyur).

       Axşamdır. Tədricən Ay işıq saçır və ulduzlar sayrışırlar. Ara bir ulduzların düşməsi (sönməsi) göstərilir. Nurani qoca ocaq qarşısında oturub nə isə düşünür. Mayənin instrumental hissəsi çalınır. Qoca sakit və düşüncəli musiqinin təranələri fonunda öz daxilində bu şeri səsləndirir:

       Bir aqilin hikmətli məsləhətləridir rast.
       Tarix danışan köhnə rəvayətləridir rast.
       Aqil danışır, canlı misallar çəkir hərdən,
       Bir taleyin ibrətli həkayətləridir rast.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page