ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


       Instrumental giriş bitir və xanəndə aşağıdakı şer parçasını «Mayə» avazı üstündə oxuyur:

       Atıb imzasını hər kəs varağa
       Əyləşir sakitcə keçib yerinə
       Eynəkli cənabla, təsbehli ağa
       Qalxıb əl də verir bir-birinə.

       Qoyulan şərtlərə razıyam deyə
       Tərəflər qol çəkdi müqaviləyə
       Tərəflər kim idi? Hər ikisi yad!
       Yadlarmı edəcək bu xalqa imdad?

       Musiqi səsləndikcə yarı qaranlıq vəziyyətdə iki əlin bir-birini sıxdığı və Araz çayı boyu əvvəlcə xəritədə, sonra isə Araz çayı ətrafında məftilli sərhədlər göstərilir. Bərdaştda göstərilən sevgililərdən qızlar və oğlanlar sərhəddin müxtəlif tərəflərindən intizarla bir-birinə baxırlar.

       ÜŞŞAQ – (Bu şöbəni xanəndə saz (tənbur) və balabanın müşaiətilə oxuyur).

       Bundan sonra xanəndə «Üç şərqi» parçasını oxuyur:
       Mən sənə həmişə «Buyur» – demişdim.
       Mən səndən haqqımı istəməmişdim.
       Bir işıq görüncə üfüqdə birdən,
       Səndən iynə gözü haqq istədim mən.

       Sən dedim: – De görək haqq nə deməkdir?
       Mənə bol pambığın, neftin gərəkdir.
       Dedim: – Tələbinlə buz kimi donmuş
       Köhnə yaraları gizildədirsən.
        «Gülüstan» paktında məhkum olunmuş
       Haqqını sən indi tələb edirsən?
       Dedim: – Günahımı başa sal mənə,
       Dedin: – Anlamadın məni sən yenə.
       Bilmədin, günahın bir deyil, mindir,
       Amma ən böyüyü gözəlliyindir.

       Bunun ardınca «Üşşaq» şöbəsini xanındə bu misralarla davam etdirir:
       Qoy əysin başını vüqarlı dağlar,
       Matəmi başladı böyük bir elin!
       Mərsiyə söyləsin axar bulaqlar,
       Ağılar çağırsın bu gün qız-gəlin!

       HÜSEYNI – Xanəndə balaban və dəmkəşin muşaiyətilə aşağıdakı sətrləri «Hüseyni» avazları üstündə davam etdirir:

Göy də guruldamış, deyirlər onun
Çölləri, düzləri buludlar sarmış
O göy gurultusu ulu Babəkin
Ruhuymuş, hönkürüb fəryad qoparmış!

Gülüstan kəndinin gül çiçəkləri
Bir günün içində soldu, saraldı.
Gülüstan bağlandı o gündən bəri,
Bu kəndin adında bir ləkə qaldı!

       RƏNG – Burada zəncirlənmiş xalq obrazı rəqs vasitəsilə verilir. Melodiya xor vasitəsilə sözsüz inilti kimi səslənir.

       VILAYƏTI – Bu şöbə «Neylərdin ilahi» qəzəli üstündə ifa olunur (Xanəndə tar və balaban müşaiətilə oxuyur).

Məzlumların göz yaşı dərya olaçaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olar el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, –
Bilməm belə dövranları neylərdin, ilahi?!

       Vilayəti təsnifi – Bu təsnifi kişi xoru çalğı alətləri ansamblının müşaiətilə oxuyur. Melodiya eyni zamanda rəqslə müşaiyət olunur. Bunun üçün aşağıdakı misralardan istifadə edilir:

1

Araz gəldi, yan axdı
Dibində min can axdı.
Vətən sarı baxanda
Ürəyimdən qan axdı.

Nəqarat: – Dağların sinəsi nə?
Gün qalxıb sinəsinə
Aləmə sığmaz başım
Sığıbdır sinəsinə

2

Əziziyəm gül oldum
Yandım, axır kül oldum.
Bir dilbilməz quş idim,
Oxudum, bülbül oldu.

Nəqarat.

       Təsnif ifa olunanda sahil boyu qara çərşab geymiş anaların əlləri sərhəddə uzanmış halda göstərilir.

       DILKEŞ – (Balaban, ud, tar, kamança və ney alətlərinin instrumenttal ifasında verilir).

       Elin varı-dövləti, musiqi alətləri, misgərlik-zərgərlik işləri göstərilir. Bunun önündə Qoca aşağıda verilən şer parçasını oxuyur:

Iki əsrə yaxın Babək, Cavad xan,
Hərdən təəssüflə qalxdı məzardan,
Tanıya bilmədi millətimizi.
Gördülər dağ düzə, göy yerə enmiş,
Onlardan kölələr, qullar törənmiş,
Onlar inanmadı, biz bir ərik,
O qoç igidlərdən törənənlərik.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page