ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN-FRANSA MƏDƏNI
ƏLAQƏLƏRI INKIŞAF EDIR

.
TOTALITAR MƏDƏNIYYƏT VƏ MUSIQI
Şahnəzər HÜSEYNLI,
Nərgiz KƏRIMOVA

«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV

AZƏRBAYCAN MILLI ADƏT
VƏ ƏNƏNƏLƏRININ BƏDII-ESTETIK MAHIYYƏTI

Ilqar HÜSEYNOV
LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA

 


       Lirik xalq mahnılarının tarixi mündəricəsində bu tipik xüsusiyyət getdikcə universal xarakter daşıyır. Utilitarlıqdan, mülki-məişət koloritində, sosial-tipik xəttdən getdikcə uzaqlaşıb sırf mənəvi, bədii və estetik mündəricəyə doğru gedən bu pafos, demək olar ki, lirik folkloru inkişaf etmiş bütün xalqların yaradıcılığına xas olan universal lirik qəhrəman tipini hazırlamışdır.Burada nisbətən sosial-psixoloji məqamların getdikcə azalan ifadəsi əvəzinə tədricən güclənən bədiilik və estetiklik artır, onların konkret ifadə tərzinin ünsürləri kimi çıxış edən milli-məhəlli metaforalar, metonimiyalar və başqa ifadə vasitələri və formaları məhəbbət hisslərini spesifik, özünəməxsus estetik çalarlarla dinləyiciyə təqdim edir. Çünki xalq poeziyasının çox mühüm tərkib hissəsi olan lirik mahnı səslə, avazla, melodiya ilə oxunur. Lirik mahnıların daxili məzmununda qəhrəmanın özünütəsdiqi təbii-mənəvi hal alır və onun sosial problemlərə müstəqil vətəndaş kimi mövqeyi ifadəsini tapı r. Bu mündəricə çərçivəsində qadın üçün sevgi zəminində nigah müəyyən dövrlərdə artıq mənəvi azadlığın xoşbəxt perspektivi olur. Buna görə də məhəbbət onun həyatında şəxsiyyət kimi varlığının təsdiqi formasına, insana içtimai mahiyyətinin bədii-estetik ifadəsinə, təzahürünə çevrilir. Lirik qəhrəman məhz bu şəxsi müstəqilliyini, fərdi mövcudluğunu qorumaq xatirinə hər cür şücaətə əl atır, və bu xüsusiyytlərlə yaşayır. Elə həmin məqamlarda qəhrəmanın məhəbbəti lirikləşir və estetikləşir. Şəxsi amil, fərdi önəmlik həyatı həmişə mövcud olmuşdur. Bu tarixi-təkamül baxımından ayrı cür də ola bilməz. Çünki cəmiyyətin özü praktiki olaraq ayrı-ayrı fərdlərdən təşkil olunur. Sosioloji baxımdan bu, şəxsi, fərdi olan içtimai əhəmiyyət və funksiya daşıyır. Lakin cəmiyyətin inkişafında , xüsusilə mənəvi tərəqqisində onun mühüm amilinə zamanca tez çevrilmir, cəmiyyətin artmaqla olan differensiyası şəraitində getdikcə aparıcı funksiya kəsb edir. Məhz belə tarixi- təkamül gedişində bu şəxsi, fərdi olan, və onun mühüm daxi li-mənəvi aləmi, zövqü estetik səciyyə və qiymətin predmetinə çevrilir və məhz bu səpkidə ona uyğun olan sənət növünün, formasının inkişafını şərtləndirir.1 Lirik xalq mahnılarının bu zəmində inkişafı və formalaşması bütün xalqlarda, demək olar ki, gec-tez eyni mərhələdən, lakin yaradıcılıq xüsusiyyətlərinə görə müxtəlif səviyyələrdən keçir. Müəyyən mənada bu təkamül mərhələsi universal xarakter alsa da, hər bir xalqın, hər bir millətin estetik simasını, bədii varlığını ifadə edir. Belə bir şərtlənmə şəraitində xalq bizim qarşımızda, böyük rus bəstəkarı M.P.Musorqski demişkən, «Vahid ideya ilə ilhamlanan böyük şəxsiyyət kimi» dayanmış olur.

       Hər bir xalqın mənəvi inkişafının müəyyən dövrlərində bu şərtləndirici amil aparıcı olsa da, biz belə fikirdəyik ki, cəmiyyətin təkamülü ümumi qedişində insan sərbəstliyi, onun təşəbbüskarlığı, bir sözlə, fərdi amil həmişə ümumini, bütövü zənginləşdirmiş olur. Məhz buna görə də hər bir xalqda fərdin sərbəstlik, azadlıq dərəcəsi onun mənəvi inkişafının aparıcı, müəyyənedici amilinə çevrilir. Bu inkişaf təmayülü getdikcə güclənir və bu səpkidə fərdin emosional həyatı onun mənəvi aləminin lirik zəmininin təkamülünə xidmət edir. Belə bir şəraitdə fərd ilə cəmiyyət, mənəvi şəxsiyyət ilə xalq arasında ziddiyyət, təzad əsasən yox dərəcəsində olur. Çünki fərdin bədii və estetik zövqü getdikcə ümuminin, kollektivin, cəmiyyətin mənəvi tərəqqisinə böyük təsir göstərir. Bu baxımdan biz K.S.Davletovun belə bir fikri ilə razılaşmırıq ki, gələcəkdə mahnı yaradıcılığının inkişafı kollektiv zövqün inkişafından asılı olacaq, güya bu dövrdən xüsusilə sinifsiz, kommunist cəmiy yətlərində bu amil aparıcı olacaqdır2. Başqa sözlə, folklorda ümumxalq lirikasının fərdi, individual xüsusiyyətlər üzərində üstünlük təşkil etməsi haqqında fikirlər müasir mənəvi tərəqqinin aparıcı xəttini təşkil edə bilməz. Təsadüfi deyildir ki, demokratik cəmiyyətlərdə liberal, sərbəst, azad zövqün məhsulu olan lirik mahnılar, xüsusilə məhəbbət mahnılarının təsir dairəsi, arealı genişlənir. Deməli, folklorda ümumxalq, ümummilli lirika heç də insan şəxsinin mənəvi inkişafının individual zəifliyi zəminində deyil, əksinə bədii-estetik planda şərtləndirici, aparıcı xüsusiyyətlərinə söykənir və bu amil mahnıların məzmununda öz inikasını tapır. Buradan da belə məntiqi nəticəyə gəlmək olar ki, emosional-lirik estetik təsir tədricən epik estetik təsirdən güclü funksiya daşımağa başlayır. Buna bariz misal kimi son zamanlar epik dastanlardan differensiallaşdırılıb, ayrılıb müstəqil şəkildə ifa, oxunma həyatı keçirən mahnıları göstərə bilərik. Bu gün «Koroglu», «Qaçaq Nəbi» və s. epik məzmunlu dastanlardakı epik-l irik və sırf lirik mahnılar ayrıca bədii estetik fakt kimi yaşayır.

QEYDLƏR

1. Bax: K.S.Davletov. Folğklor kak vid isskustva, M. «Nauka». 1960, str 273-274.

2. Yenə orada, səh. 277.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page