ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 


       Onların dediyi «dövr-zaman» isə 15 respublikanın hamısı üçün eyni olub. Elə isə niyə Orta Asiya, Zaqafqaziyanın digər respublikalarında vəziyyət bu dərəcədə ifrat şəklə düşməyib?

       Əlbəttə, Bakı həmişə beynəlmiləl şəhər olub və bununla da biz fəxr etmişik. Biz həmişə şəhər nəqliyyatında, başqa ictimai yerlərdə rusca danışmağı adət etmişik və bu adəti hələ də axıradək tərgitməmişik. Masamızın ətrafında bir nəfər belə özgə millətin nümayəndəsi olubsa, onun anladığı dildə danışmışıq. Bu təbiidir. Mədəni insan mütləq belə hərəkət etməlidir. Lakin şahidi olduğum 50-80-ci illərdə konservatoriyanın və ya onun nəzdində olan Bülbül adına musiqi məktəbinin qapısından içəri girən zaman, az qala, özünü başqa bir şəhərdə hiss edirdin. Məktəbin əsas musiqi fənləri üzrə proqramlarda da Azərbaycan dilinə və musiqisinə yer verilmirdi. Məsələn, məktəbin musiqi ədəbiyyatı üzrə tədris proqramı belə qurulmuşdu: inqilabi mahnılar, rus xalq mahnıları, kütləvi sovet mahnıları… Azərbaycan xalq mahnılarına isə növbə çatmırdı. Təkcə 11-ci sinfin aprelin sonunadək davam edən yarımilliyində Ü.Hacıbəyovun, Q.Qarayevin və F.Əmirovun yaradıcılığı tələsik nəzərdən keçir ilirdi1. Əlbəttə, bu işdə məktəbin müdiriyyətini günahlandırmaq olmazdı, proqram mərkəzdən göndərilirdi. Mövcud tədris proqramları, eləcə də musiqişünaslıq terminlərimizin vəziyyəti barədə 1989-cu ildə «Kommunist» qəzetinə bir məqalə yazdım: «Azərbaycan dili – Azərbaycan musiqisi». Məqalədə digər vacib məsələlər də qaldırılmışdı. Belə ki, konservatoriyada gələcəyin musiqişünaslarına, bəstəkarlarına və ifaçılarına Azərbaycan ədəbiyyatı keçilmirdi, müğənni və xanəndələrə poeziyamızın nəzəri əsasları, o cümlədən əruz vəzni barədə bəsid məlumat belə verilmirdi. Məqalə çıxandan sonra məni hamı təbrik etdi, «çox aktual məsələ qaldırmısan» – dedi. Lakin bundan sonra heç bir şey dəyişmədi, hər şey köhnə yerində qaldı.

       Yalnız müstəqillik yoluna qədəm qoyandan sonra musiqi təhsili sistemimizdə arzu olan dəyişikliklər həyata keçirildi.

       Məlum məsələdir ki, musiqişünaslıq terminlərini hərə öz duyumuna, dünya görüşünə görə formalaşdıra bilməz. Bəlkə elə bunun nəticəsidir ki, Ə.Bədəlbəylinin lüğəti tədrisə yalnız qismən daxil edilib. Mövcud olan terminlər sırasını tamamilə dağıtmaq və təzə sözlər, ifadələr yaradaraq yenidən qurmaq günbəgün davam edən tədris prosesilə uyuşdurula bilməz. Terminoloji dilin sistemləşdirilməsi prosesi, zənnimizcə, tədricən aparılmalıdır. Bəzən o qədər də dürüst olmayan, lakin istifadədə olan terminləri təkmilləşdirmək, dəyişmək məqsədəuyğun sayılmır.

       Musiqi terminləri mümkün qədər yarandığı dildə – yəni, əsasən, italyan dilində saxlanılmalıdır. Musiqinin vahid not sistemi olduğu kimi terminoloji dili də bütün dünyada anlaşılmalıdır. Şəhərimizdə gözəl musiqi kollektivləri – simfonik, kamera orkestrləri vardır. Vahid terminoloji dil həmin kollektivlərə dəvət olunmuş musiqiçilər, o cümlədən dirijorlarla ünsiyyət vasitəsi ola bilər. Lakin təəssüf ki, bir sıra musiqi terminləri, çalğı alətlərinin adı rus dilinə tərcümə edildikdən sonra dilimizə düşüb.

       Peşəkar musiqi sənətinə aid terminlərin orijinaldan birbaşa deyil rus dilindən tərcümə edilməsi bəzi hallarda sözlərin və ya ifadələrin təhrifinə səbəb olur. Bir halda belə təhriflər əlifba fərqlərindən irəli gəlir. Digər halda isə tərcümə nəticəsində söz iki və daha artıq məna verə bildiyi üçün cüzi dəyişdirilir. Məsələn, qoboy kimi tanıdığımız alətin italyan dilində tələffüzü oboydur. Onu rus dilində məlum sözdən seçmək üçün əvvəlinə “q” hərfini əlavə ediblər. Musiqişünaslarımız isə hər hansı bir sözü rus dilindən azərbaycan dilinə çevirən zaman bəzən orijinalı nəzərə almayıb, mexaniki olaraq «h» kimi yazırlar. Nəticədə qoboy – hoboya çevrilib.

       Başqa bir nümunə: bütün dünyada violino deyilən musiqi aləti, rus dilində skripka adlanır. Belə gözəl, ecazkar səsi olan alətin nəvasını qapı cırıltısına bənzətmək rəvamıdır? Axı Üzeyir bəy məqalələrində bu aləti violon adlandırırdı. Bütün dünyada Şərqdə və Qərbdə ona violino deyildiyi halda biz niyə skripka deyirik?

       Truba, rus dilində boru mənasında işlədilməklə yanaşı, eyni zamanda, məlum nəfəs alətinin də adını daşıyır. Bu ad estetik nöqteyi-nəzərdən nə dərəcədə məqsədəuyğundur? Ona bütün dünyada verilmiş trompet adını biz də deyə bilmərikmi? Belə nümunələri çox göstərmək olar.

       Xalq çalğı alətlərində də vəziyyət qənaətbəxş deyil. Balaman alətinə kimi balaban, kimi (bədhaq qonşularımız) duduk deyir. Hətta gözümüzün qarşısında Yenok Kaçarov adlı birisi «Şkola duduka» adlı kitab nəşr etdirib, onun əsasında balalarımızla dərs keçib. Biz isə susmuşuq. Əzizim balamanı, Asta çal balamanı, Hamının balası gəldi Bəs mənim balam hanı.

        Bu bayatının özü belə alətin balaban deyil, balaman adlandığını sübut edir. Və ya başqa bir nümunə: bütün Şərq aləminin qanun dediyi bir aləti bizlər hələ də Kanon adlandırırıq. Kanon sözü isə tamam başqa məna verən musiqi terminidir.

        Zənnimizcə, terminlərin sistemləşdirilməsi bir adamın işi deyil. Bunun üçün musiqi təhsilinin bütün pillələrində çalışan ixtisaslı müəllimlərdən ibarət daimi komissiya fəaliyyət göstərməlidir. Bu sahədə türk musiqişünaslarının təcrübəsindən də istifadə etmək olar. Onlar italyan dilində olmayan terminlərin böyük qismini türkcəyə tərcümə etmiş və bununla da problemi xeyli sadələşdirmişlər (məsələn; tetraxord – dördlü, pentaxord – beşli, triol – üçləmə, kvartol – dördləmə…). Əlbəttə türkcəyə tərcümə edilmiş terminləri, olduğu kimi, Azərbaycan musiqisinə tətbiq etmək olmaz. Yuxarıda qeyd etdiyimiz kimi, terminoloji dilin qurulmasında kəskin dəyişikliklərə yol vermək olmaz. Lakin ayrı-ayrı sözlərdən və ya söz birləşmələrindən istifadə etmək mümkündür. Məsələn, «dlitelnost not» anlamı Azərbaycan dilinə notun uzunluğu kimi tərcümə edilir. Türk dilində isə həmin ifadə notların sürə dəyəri adlanır. Bu ifadə, zənnimizcə, daha dəqiqdir. Başqa bir nümunə: Obraşeni e (Dominant septakkord və ya üçsəsli) dilimizə dönmə kimi tərcümə olunur. Lakin türk dilində bu ifadəyə çevrim deyilir. Dominant septakkordun çevrimləri ifadəsi də zənnimizcə daha dəqiq və dolğundur. Belə terminlər türk musiqişünaslıq elmində az deyil.

       Ustadımız Üzeyir Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları» adlı fundamental tədqiqat əsərində, eləcə də, elmi-publisistik məqalələrində şifahi ənənəli musiqimizin terminoloji dilini yaratmış, əsərlərində qoyduğu problemlərin həlli yolunda qarşıya çıxan proseslərə dürüst adlar vermiş, onları sistemləşdirmişdir.

       Lakin təəssüf ki, Avropa musiqi nəzəriyyəsinin tədrisində belə sistemləşdirilmiş terminoloji dil hələ də müəyyənləşdirilməyib. Musiqişünaslıq elmimizin bu mühüm sahəsində çalışmaq öz sözünü demək hər bir musiqişünas üçün böyük şərəfdir. Unutmamalıyıq ki, bu işi biz, Azərbaycan musiqişünaslarından başqa heç kəs etməyəcək.



ƏDƏBIYYAT

1. Ə.Bədəlbəyli. Izahlı monoqrafik musiqi lüğəti. Bakı, Elm, 1969, 445 s.

2. Ədalət naminə onu da qeyd etmək lazımdır ki, məktəbin direktoru N.Əliverdibəyovun səyi nəticəsində Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» təlimi «Azərbaycan ladları» adı ilə 11-ci sinfin tədris planına daxil edilmişdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page