ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 


       Segah ladına əsaslanan IV pərdədən «Məcnunun şikayəti»ndə də melodiya ladın pillələri üzrə hərəkət edir. Do diyez tonikalı segah ladının II pilləsi – əsas ton (lya), IV pilləsi – tonika (do diyez) və VI pilləsi (mi) əsas tonu kvintası melodiyanın istinad pillələridir. Melodiya VII pillədən başlanır VI pilləyə istinad edir və tonikada bitir. Kadensiya isə IV və II pillələr üzərində qurulur. Nümunə 4

       Qeyd etmək lazımdır ki, segah ladına əsaslanan melodiyalarda II-IV-VI pillələr əsas istinad pillələri kimi çıxış edərək, qanunauyğun bir hal alır. Bu pillələrin harmonik birləşməsi quruluş cəhətdən major üçsəslisinə uyğun gəldiyinə görə bəstəkar həmin melodiyaları majorda harmonizə edir. Beləliklə, segah ladının II pilləsi – əsas tonu major tonikası kimi qəbul olunur. Melodiyada isə segahın tonikası IV pillə majorun III pilləsi olur. Nəzərdən keçirdiyimiz melodiyalardan göründüyü kimi, segah ladı böyük tersiya aşağı yerləşən major tonallığı ilə qovuşma nöqtələrinə malik olur. Məsələn, do diyez segah-lya major. Bu prinsipi Ü.Hacıbəyov sonralar da davam etdirir.

       Şüştər ladına əsaslanan melodiyalarda ladın III və VI pillələri arasında hərəkət diqqəti cəlb edir. «Azərbaycan xalq musiqisinin əsasları» əsərində Ü.Hacıbəyov bunu belə xarakterizə etmişdir ki, şüştər ladına əsaslanan melodiyalarda VI pillədə – tonikada yarım kadans, III pillədə alt kvartada tam kadans verilməsi səciyyəvidir. Şüştər ladına əsaslanan melodiyalardan - III pərdədən Leyli və Ibn-Səlamın duetində, VI pərdədən orkestr epizodu və xorun mövzularında bunun dolğun əksini görmək olar. Bütün bu melodiyalar eyniadlı minorda harmonizasiya olunsa da şüştərin səsdüzümündəki əksilmiş oktavanı əmələ gətirən xromatik səslər vasitəsilə lad-tonallıq planında subdominanta tonallığına yönəlmə həyata keçirilir. Nümunə 5

       Operadakı bütün melodiyaların təhlili əlbəttə ki, bir məqalənin həcminə sığmır. Ona görə də biz digər ladlarda yazlımış melodiyaların quruluşundakı bəzi cəhətləri qeyd etmək istərdik. Çünki yuxarıda göstərdiyimiz rast, segah, şüştər ladları ilə yanaşı, şur, bayatı-şiraz, humayun, cahargah ladlarına əsaslanan melodiyalarda da müəyyən qanunauyğunluqlar özünü büruzə verir. Bütün bu ladlarda qurulmuş melodiyalar müvafiq ladıq istinad pillələrinə əsaslanır. Adətən ladın diatonik səssırası özünü göstərir. Bəzi hallarda həmin lad üçün səciyyəvi olan xromatik səslərə təsadüf olunur. Məsələn, şur ladında kadans ibarəsində tonikanın üst aparıcı tonunun (V pillə) əksidilməsi və s. Onu da deyək ki, bütün milli ladların qurulması və bu ladlarda melodiya bəstələmək qaydaları Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabında öz əksini tapmışdır və biz təhlildə məhz bu qaydalara istinad edirik. Qeyd etmək lazımdır ki, məhz melodikanın milli lad əsası onun major -minor sisteminə qovuşdurulması üçün yollar açmışdır.

       E.Abasova yazır ki, Ü.Hacıbəyov «Avropa musiqisinin ifadə vasitələrindən istifadə edərək, xüsusilə melodikanın milliliyini pozmamışdır. Bu, qarşılıqlı əlaqə prosesində ilk və mühüm mərhələ idi, ciddi və ehtiyatlı olmağı, yeni ifadə vasitələrinin seçilməsinə tənqidi yanamağı tələb edirdi. Bu zaman Ü.Hacıbəyov ənənəvi, normativ formalardan imtina edərək, yeni, bəzən tamamilə gözlənilməz, milli musiqi təfəkkürünə uyğun gələn və onun fəal inkişafına təkan verən yeni cəhətlər tapırdı. Nəticədə müxtəlif sistemlərin ifadə vasitələri arasında bədii tarazlıq əldə olundu. Bu da Üzeyir Hacıbəyov musiqisinin klassik kamilliyinin sübutudur»8.

       Beləliklə, «Leyli və Məcnun» operasının musiqi dilində musiqi sistemlərinin qarşılıqlı təsirini, milli lad-intonasiya xüsusiyyətlərinin klassik funksional sistemlə qovuşdurulduğunu görürük. Onu da demək lazımdır ki, «Leyli və Məcnun»da bunun əsası qoyulurdu və bəlkə Ü.Hacıbəyov necə böyük bir problemin həllinə başladığını hələ özü üçün də aydınlaşdırmamışdı. «Leyli və Məcnun»dan sonrakı hər bir əsəri onu bu problemin həllinə addım-addım yaxınlaşdırmış və nəhayət, «Koroğlu» operasının tutduğu yüksək zirvəyə çatdırmışdır. Ü.Hacıbəyovun məcazi mənada söylədiyi «Leyli və Məcnun»dan «Koroğlu»yadək müqayisəsi, əsil mənada onun sənətinin kamiliyə doğru aparan yolu idi. Muğama əsaslanıb öz yolunu tapmaq, öz dəst-xəttini yaratmaq məhz «Azərbaycan xalq musiqisinin əsasları»nın öyrənilməsindən keçirdi. «Leyli və Məcnun»da xalq musiqisinin əsaslarına istinad intuitiv olaraq özünü büruzə verirdisə, «Koroğlu»da bu, ciddi elmi araşdırmalar nəticəsində meydana gəlir. Bu, bir daha Üzeyir Hacıbəyovun lad nəzəriyyəsinin həyatiliyinin bariz nümunəsidir.

        «Leyli və Məcnun» operasının musiqi dilində milli ladların təzahur formalarına nəzər salsaq, burada Ü.Hacıbəyovun 1925-45-ci illərdə üzərində işləyib yaratdığı milli lad nəzəriyyəsinə tam uyğun olduğunu görə bilərik. Beləliklə, «Leyli və Məcnun» geniş planda, Azərbaycan bəstəkarlıq məktəbinin və bilavasitə Üzeyir Hacıbəyovun yaradıcılıq dəst-xəttinin formalaşması üçün yollar açmaqla yanaşı, milli lad nəzəriyyəsinin təşəkkülünə təkan verən amil kimi də qiymətləndirilməlidir. Operada musiqi nümunələrinin timsalında izlədiyimiz melodiyaların lad-intonasiya əsası, melodiyaların yaranmasında lad strukturlarının rolu bir daha Üzeyir Hacıbəyovun nəzəri baxışlarının praktiki əhəmiyyətini göstərir.

       95 ildir ki, «Leyli və Məcnun» səhnədədir, öz təravətini itirmir, yeni-yeni quruluşlarda tamaşaya qoyulur. Məcnunlar, Leylilər nəsil-nəsil bir-birini əvəz edir. Üzeyir musiqisi yaşayır. Bəlkə də elə əsərin yaşarılığının sirri onun qan yaddaşımızda kök salınmış muğamlara əsaslanmasındadır.



ƏDƏBIYYAT

       1. Intervğö s K.Karaevım. «Sovetskaə muzıka na sovremennom gtape». – M., 1981. s.343.

       2. Əmirov F. Üzeyir məktəbi. – Musiqi aləmində. Bakı, «Gənclik», 1983, s.144

       3. G.Abasova. Uzeir Qadcibekov. Baku, Azerneşr, 1975, s.45.

       4. Hacıbəyov Ü. Seçilmiş əsərləri. – Bakı, Yazıçı, 1985. s.210

       5. Səfərova Z. Ü.Hacıbəyovun yaradıcılığında nəzəri və estetik problemlər. - Bakı, Elm, 1985, s.111

       6. Səfərova Z. Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər. – Bakı, Elm, 1985. s.113

       7. Bax: Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, 1985. Melodiyaların lad təhlili Ü.Hacıbəyovun lad nəzəriyyəsi əsasında aparılmışdır.

       8. G.Abasova. Uzeir Qadcibekov. Baku, Azerneşr, 1975, s.45.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page