ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 


       Şəki 656-cı ildə ərəb əmiri Səlman Ibn Rəbiyyənin 706-cı ildə isə Mərvan Ibn Məhəmmədin qoşunları tərəfindən tutulmuş, ərəblər tərəfindən dağıdılmışdır. 813-cü ildə Arranda Aranşahlar hökmdarlığı yarananda Şəki onun hakimiyyəti altına keçmişdir. 985-1030-cu illərdə Şəkini Bərdədə meydana gələn Şəddadilər sülaləsi özünə cəlb etmişdir.

       1396-cı ildə şəhər monqollar tərəfindən tutulmuş, Teymurləngin oğlu Miranşah tərəfindən viran qoyulmuşdur.

       XV-XVII yüzilliklərdə Şəki mahalı dəfələrlə əldən-ələ keçib talanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi XVIII yüzillikdə Şəkini sel yuyub aparır . Keçmişin bir yarpağında yazılar dilə gəlib deyir: “Dəhşətli daşqın əmələ gətirən Kiş çayı Şəkini xarabazara döndərdi. Onun bütün evlərini bünövrəsindən qopardı. Minlərlə adam bu dəhşətli selin qurbanı oldu. O vaxtdan şəkililər vadinin sağ sahilinə, dağların ətəklərinə çəkildilər. Nuxa deyilən şəhər də burada beləcə əmələ gəldi.”

       Əl sənətinin söz sənətinə tuş gəldiyi Şəki şəhəri hələ keçmişlərdən gündoğan ellərində məşhur olmuşdur.əgər Azərbaycanın 7 möcüzəsini sadalamaq gərək olsa, onun biri şəksiz ki, Şəkidəki “Xan sarayı” olar. XVIII yüzilliyin yadıgarı olan bu məbədgah bir tikili deyil, sanki bir naxışdır.

       Göründüyü kimi müxtəlif dövrlərin sınaqlarfndan çıxmış Şəkinin çox qədim və maraqlı tarixi var. Təbii ki, bu tarixin özü haqqında danışmaq, onu ətraflı izah etmək tarix elminin əsas mövzusudur. Biz isə müraciət etdiyimiz mövzuya əsasən, başlıca məqsəd olaraq Şəkinin mədəniyətindən və əsasən musiqi folklorundan danışmalıyıq. Amma təbii ki, bu qədim yurdun tarixini bilmək də çox zəruridir. Çünki mədəniyyətin inkişafına təkan verən ən mühüm amillərdən biri məhz tarixi şəraitdir və bu cəhət elə folklora da sirayət edir. Bu xüsusiyyətlərin şərhi üçün də biz tarixə istinad etdik. Sözsüz ki, bu tarixi gediş də elə geniş olmadı. Sadəcə olaraq bu qədim torpaqlar haqqında bəzi tarixi bilgilərimizin az bir hissəsini burada qeyd etdik. Çox güman ki, Şəkinin musiqi folkloru tədqiqat işi yazılarkən bu tarixi biliklər daha da genişlənəcək və yeni faktlar meydana çıxacaq. Indi isə əsas məqsəd olan Şəkinin mədəniyyəti və musiqi folkloru haqqında danışaq.

       Təbii ki, Şəkinin mədənyyəti bu torpağın hansı müstəmləkə altında olması şəraitindən asılı olmayaraq yaranıb, inkişaf etməyə başlamışdır. Və nəhayət, bu regionda yaşayan əhal özünəməxsus bir mədəniyyət abidəsi ucaltmışdır. Buraya daxil olan mədəniyyət sahələrindən musiqi ən ümdə və geniş yayılan bir səhət olaraq, xalqın mənəviyyatının əsas meyarı kimi böyük əhəmiyyətə malikdir. Çünki musiqi xalqın tarixini, psixologiyasını, hiss və həyacanını, arzularını və sair bu kimi cəhətləri özündə ehtiva edir. Amma xalq arasında inkişaf edən musiqi və musiqiçilər də təsadüfi yaranmamışdır. Buna digər sahələrin də təsiri olub. Məsələn, ilk növbədə xalqın məşğuliyyəti, ticarət əlaqələri və sair. Deyək ki, əgər xalqın əsas məşğuliyyəti təsərrüfat idisə, bu əmək fəaliyyəti hardasa əmək mahnılarının – holavarların meydana gəlməsinə bir təkan idi. Və yaxud digər sənətkarlıq növləri yarandıqca onların əsasında musiqi folkloru da meydana gəlib, inkişaf etməyə başlayırdı. Bu musi qi folklorunun əsasını da əvvəldə qeyd etdiyimiz kimi digər sənətkarlıq növləri təşkil edirdi. Məsələn, Şəkidə əhalinin ipəkçiliklə məşğul olduğunu, dənli bitkilər, yüksək keyfiyyətli meyvə və giləmeyvə yetişdirdiklərini qeyd etmək olar. Bu qədim torpağın bağ-bağçasının gözəlliyini hətta şerin və poeziyanın dili ilə də təsvir ediblər. Daha sonra burada zərgərlik, misgərlik, dulusçuluq və sair sənətkarlıq növləri olub və bu növlər getdikcə xəttatlıq, nəqqaşlıq sənətinin də inkişafına xidmət edib. Elə bu yüksək sənət nümunələrinin təcəssümü Şəkinin “Xan sarayı”dır.

       Bəlkə də sual oluna bilər ki, axı bu sənətkarlıq nümunələrinin musiqi folklorunun yaranmasına və inkişafına nə kimi təsiri ola bilərdi? Əlbəttə, bu sənətkarlıq nümunələri işləndikcə xalq kollektiv şəkildə əməklə məşğul olduqca yeni-yeni avazlar, bayatılar, oxşamalar yaranırdı . Deyək ki, hər hansı bir nəqqaşın işindən zövq alan bir kimsə fitri istedadı vardısa, öz fikrini qısa misralarda, zümzümələrdə ifadə edirdi. Beləliklə də xalq arasında bayatı deyənlər, mahnı qoşanlar, rəqs edənlər meydana gəlirdi. Bunlar bəzən kollektiv, bəzən də fərdi təxəyyülün məhsulu idi. Bəlkə də qədim tarixi olan “Şəki yallı”sı bütöv bir xalqın sevincinin, qəhrəmani hisslərinin təcəssümü kimi hansı bir el şənliyindəsə bədahətən yaranmışdır. Bu regionda əsasən, zurna, balaban alətlərinin müşaiyət etdiyi folklor nümunələri daha geniş yayılmışdır.

       Şəkinin musiqi mədəniyətindəki görkəmli ifaçılardan danışarkən, əsasən yaxın əsrlərə istinad olunur. Ələsgər Abdullayevin bir xanəndə kimi Azərbaycan ifaçılıq sənətindəki müstəsna xidməti məhz buna misaldır. Onun adı Azərbaycan ifaçılıq tarixində məz şəkili Ələsgər kimi qalmışdır. Bu sənətkar haqqında bəzi mənbələrdə, xüsusən də Firudin Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında məlumat var. *

       O, yaxın keçmişə aid olan ifaçılardandır. Azərbaycan xalq musiqisi tarixində görkəmli xanəndə kimi tanınan Ələsgər Abdullayev 1866-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, yoxsul valideynldərinə kömək etmək məqsədilə gənc yaşlarından bənna köməkçisi işləyib. Xanəndə Keştazlı Həşimlə təsadüfi görüş onun həyatında dönüş yaradıb. Gənc Ələsgər Keştazlı Həşimin qayğısı nəticəsində öz səsini tanıdaraq, məclislərə, toy şənliklərinə yol tapır. Ələsgər zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanmışdır. Beləliklə demək olar ki, Ələsgər ilk müəllimi olan Keştazlı Həşimdən “Bayatı-şiraz” və “Segah” muğamlarını, neçə-neçə xalq mahnı və təsniflərini öyrənmişdir. Və müəlliminin təklifi ilə o, Bakı şəhərinə gələndə, artıq özünəməxsus bir ifaçı idi. Bakıda da ikinci müəllimi Bakı tacirlərindən Ağasəid oğlu Ağababa olmuşdur. Şəkili Ələsgər onun sayəsində daha da tanınmışdır. Belə ki, o, 1902-1903-cü illərdə Bakıda verilən Şərq konsertlə rində yaxından iştirak edir. Onun mahir ifası barədə o dövrün mətbuat səhifələrində məqalələr dərc olunurdu . Hətta ustad-tarzən Qurban Pirimov yazırdı ki, mən Cabbardan sonra ikinci xanəndə Ələsgəri gördüm.

       Əlbəttə, bu ustad-sənətkar haqqında çox danışmaq olar. Bu gün bizə ondan miras qalan yadigar lent yazıları və onun haqqında tarixi yazılardır. Böyük sənətkara olan xalq məhəbbətinin təzahürü kimi Şəki Musiqi Texnikumuna məhz Ələsgər Abdullayevin adı verilmişdir.

       Şəki adı ilə bağlı olan daha bir sənətkar Əliəfsər Şəkilidir. Bu sənətkar zurna, balaban ifaçısı kimi xalq arasında məşhur olmuşdur. Onun ifasında məşhur “Şəki yallı”sı, “Qoca Kərəmi”, “Turacı” və sair xalq havaları lent yaddaşında bizlərə miras qalmışdır. Adını çəkdiyimiz hər iki sənətkarın, yəni həm şəkili Ələsgərin, həm də Əliəfsər Şəkilinin ifaları Azərbaycan Dövlət Radiosunun “qızıl fondu”nda qorunub, saxlanılır.

       Daha bir sənətkar isə məşhur söz sərrafı Molla Cümədir. Bu gün də onun belə bir deyimi dillər əzbəridir:

       “Cümə deyər, hər yetənə sirr vermə,

       Sirri bilən ya bir olar, ya iki.”

       Elə bu cür müdriuk kəlamları ilə bizim söz sənətimizdə Molla Cümə dərin mənalı, şirin kəlamlı bir el ozanı kimi ad qazanıb. Onun ustad Aşıq Ələsgərlə möhkəm dostluğu olub. Çox təəssüf ki, Şəkinin müdrik sənətkarlarından olan Aşıq Molla Cümənin deyimlərinin az bir hissəsi gəlib bizə çatmışdır.

       Şəkinin musiqi mədəniyyətindən, folklorundan danışarkən xalqın adət-ənənələrinin qədimliyini özündə qoruyub saxlayan mərasim, toy şənliklərini də xüsusi olaraq qeyd etmək vacibdi. Yalnız Şəkidə deyil, hətta ona yaxın olan Balakən, Oğuz, Zaqatala, Qax və Qəbələ rayonlarında Azərbaycanın qədim toy adətləri öz mahiyyətini itirməmişdir.

       Bütün bu dediklərimiz bir daha qədim yurdlarımızdan olan Şəkinin qədim tarixindən, mədəniyyətindən, folklorundan soraq verir. Əlbəttə, bu barədə daha geniş, daha ətraflı danışmaq olar. Müraciət etdiyimiz bu mövzu maraqlı bir tədqiqat işinin məzmunudur. Belə ki, “Şəkinin musiqi folkloru” mövzusunda işləniləcək tədqiqat işində bu məsələlərə daha da aydınlıq gətiriləcək. Yəni, yeni musiqi folkloru – mahnılar, rəqslər axtarılıb tapılacaq və onlar üzərində geniş təhlillər aparılacaq. Beləliklə, güman edirik ki, müraciət etdiyimiz tədqiqat işi xalqımızın musiqi tarixi salnaməsinə yeni faktların, yeni araşdırmaların daxil olması üçün gərəkli bir iş olacaq. Beləliklə qarşıda böyük bir regionun mədəniyyətini, musiqi folklorunu öyrənmək kimi çətin və məsuliyyətli bir plan var. Təbii ki, hər hansı bir sənətdə olmasından asılı olmayaraq, xalqımızın tarxinə dair araşdırmalar aparıb, yeni-yeni tədqiqatlar üzərində çalışıb, gələcəyimiz üçün gərəkli olan maraqlı faktlar meyda na çıxarmaq tədqiqatçıların mənəvi borcudur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page