ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 




       Başa vurduğumuz yüzillik bəşər yaddaşına həm sürətli elmi-texniki tərəqqi, həm qaynar siyasi hadisələr palitrası, mədəniyyətin inkişafı kimi həkk olunmuş, həm də müxtəlif sahələrdə çalışıb, tarixdə silinməz iz qoyub gedən görkəmli şəxsiyyətlərlə mənalanmışdır. Bu şəxsiyyətlərdən biri də böyük rus alim etnomusiqişünası Viktor Mixayloviç Belyayevdir. Lakin onu yalnız musiqişünas adlandırmaq düzgün olmazdı. Çünki bu alimin elmi maraq dairəsi və elmi yaradıcılıq irsi olduqca geniş əhatəlidir. Belyayev etnomusiqişünas olmaqla yanaşı, həm də musiqi tarixçisi, musiqiçi – türkoloq, alətşünas, nəzəriyyəçi alim və gözəl pedaqoqdur. Göründüyü kimi, çox geniş elmi diapazona malik alimin müxtəlif səpgidə yazdığı hər bir elmi işi bu gün də öz dəyərini itirməmiş, həmişə akutal və istiqamətverici əhəmiyyətə malik olmuşdur.

       V.M. Belyayev böyük rus musiqişünaslıq məktəbinin, onun gözəl ənənələrinin davamçısı, keçmiş sovet musiqişünaslıq elminin yaradıcılarından biridir.

       Bu mənada onun rus və qərb bəstəkarlarının yaradıcılığına, qədim rus musiqisinə həsr olunmuş tədqiqatlarını misal göstərmək olar. S.P.Prokofyev, N.Myaskovski, A.Aleksandrov, R.Xindemit və b. haqda ilk elmi araşdırmaları qələmə alan Belyayevin bu əsərləri onun hərtərəfli biliyə, analitik təfəkkürə malik olduğunu nümayiş etdirir.

       Laikn Belyayevin maraq dairəsi yalnız rus və qərb musiqisilə kifayətlənmir.

       O, ümumiyyətlə XX əsr musiqişünaslığında müstəsna rol oynayaraq keçmiş SSRI məkanında musiqi elminin klassik baxımdan formalaşıb inkişaf etməsinə zəmin yaratmış və böyük təsir göstərmişdir. Bu mənada məhz onun təşəbbüsü ilə yaranmış «SSRI xalqlarının musiqisi» kursunu və bu kursun çərçivəsində onun tədqiqat obyektinə çevrilən Yaxın və Orta Şərq xalqlarının, qədim Xarəzm və türk xalqlarının musiqi tarixinə, şifahi ənənəli professional musiqisinə, xalq çalğı alətlərinə, ifaçılarına olan marağı vurğulamaq lazımdır. Bu tədqiqatların qiymətli cəhəti ondan ibarətdir ki, alim müraciət etdiyi hər bir xalqın musiqi yaradıcılığını birtərəfli deyil, ətraflı şəkildə onların tarixi, folkloru, etnoqrafiyası, adət-ənənələri, bir sözlə mentalitetilə birgə tədqiq edir. Bu prinsip hər bir xalq haqqında hərtərəfli təsəvvür yaratmağa imkan verməklə yanaşı, həm də alimin əsas tədqiqat metodologiyasına çevrilir. Indi XXI yüzilliyin astanasında da bu metod öz aktuallığını itirməyib. Əksinə, müxtəlif incəsənət sahələr inin müqayisəli təhlili XXI əsr musiqişünaslığının ən önəmli problemlərindəndir.

       V.M. Belyayevin bir qədər dolğun portretini yaratmağa səy etmək üçün onun həyat səlnaməsinin bəzi bioqrafik məqamlarına diqqət yetirmək istərdim.

       V.M. Belyayev 1888-ci il yanvar ayının 25-də (5 fevral) Uralsk şəhərində anadan olmuşdur. 1906-cı ildən o, Xarkov musiqi məktəbində təhsil alır, sonra isə Peterburq konservatoriyasına daxil olmuş və buranı 1914-cü ildə bitirmişdir. Hələ tələbə ikən o, bir publisist və tədqiqatçı kimi öz qələmini sınayır.

        «S.Prokofyevin fortepiano üçün pyesləri haqqında», «Kratkoe izlocenie uçeniə o kontrapuntkte i uçeniə o muzıkalğnıx formax», «Fuqi N. Rimskoqo-Korsakova» (Muzıka, 1914), «B.A. Laromnıy: kontrapunkt stroqoqo pisğma S.Ş.Taneeva (Muzıkalğnıy sovremennik, 1916)» əsərləri buna misaldır.

       1919-cu ildə V.Belyayev Petroqrad (indiki Sankt Peterburq) Konservatoriyasına musiqi nəzəriyyəsi üzrə professor vəzifəsinə təyin olunur.

       1922-ci ildən Moskvada yaşayan V.Belyayev həm Dövlət Musiqi Akademiyasına bədii elmlər üzrə fəxri üzv seçilir, həm də Moskva Konservatoriyasında nəzəriyyə fənlərindən dərs deyir. Onun A.K. Qlazunov və S.V.Raxmaninovun yaradıcılığına həsr olunmuş məşhur monoqrafiyalarının çapı da bu dövrə aiddir.

       1924-cü ildən V.Belyayev «Muzıkalğnaə kulğtura» jurnalının xarici ölkələr şöbəsinin müdiri vəzifəsində çalışır. O zamandan başlayaraq alimin yaradıcılığında sanki bir dönüş baş verir. O, xüsusilə Şərq mühiti, etnoqrafiyası, dili, psixologiyası və dünyaduyumuna böyük maraq göstərir və Şərq motivi ömrünün sonunnədək onun əsas tədqiqat obyektinə çevrilir.

       Bir-birinin ardınca Şərq, Orta Asiya, Azərbaycan xalqlarının musiqi folkloruna həsr olunmuş məqalələr silsiləsi yaranır. Bunlardan «Muzıka i revolöüiə» jurnalında (Moskva, 1925) çap olunmuş «Turkmenskaə muzıka» məqaləsini, sonra isə Nyu-Yorkda dərc olunmuş türkmən musiqisi haqda fundamental tədqiqat əsərini (1928, özbək musiqisi haqda «Drevniy period», «Soqd, Baktriə», «Xorezm v Axmedinskoy period», «Arabskoe zavoevanie sredney Azii», «Arabskaə kulğtura i muzıkalğnaə teoriə i ix svəzi s Uzbekskoy muzıkoy», «Uzbekskoe zavoevanie i muzıka uzbekskix xanstv», «Ob uçastii monqol v formirovanii uzbekskoqo stilə» adlı elmi əsərlərini, «K voprosu obrazovaniə narodnıx ladovıx sistem» (1962), «Ladovıe sistemı v muzıke narodov SSSR» (1967, 1968), «Kirqizskaə narodnaə muzıka» (1939-40), «Kompozitorı sovetskoy Qruzii», «Afqanskaə muzıka» (1960), SSRI xalqlarının musiqi tarixi oçerkləri (1962-1963), «Naüionalğnıe osobennosti pesennoy ritmiki narodov SSSR», «Melodika, stixoslocenie i ritmika v pesnəx narodov SSSR» (1966, 1967) adlı elmi tədqiqat işlərini göstərmək olar.

       Digər xalqların musiqi mədəniyyətini qədim dövrlərdən ta müasir dövrə qədər izləyib, araşdıran alim əsl vətənpərvər bir şəxs kimi öz soykökünü, milli dəyərlərini də unutmur, rus musiqi mədəniyyətinin qədim laylalarını tədqiq edir. Bu mənada, onun bir səsli, sonra isə çoxsəsli kilsə musiqisinə aid elmi işlərini misal çəkmək olar. Bunlardan «Znamennıy raspev. Opıt podxoda k analizu eqo melodiçeskoqo stroeniə», «Rannee russkoe mnoqoqolosie», «Pamətniki drevne russkoy muzıkalğnoy pisğmennosti», «Krökov: sbornik stixov i psalm Petrovskoy gpoxi», «Russkaə srednovekovaə muzıka» əsərlərini xatırlamaq yerinə düşərdi. Bu əsərlərdə Belyayev çoxsəsli kilsə musiqisinin forma və növlərini üzə çıxarır, rus milli musiqi mədəniyyətinin inkişafında onun böyük rolu və əhəmiyyətini vurğulayır.

       Alimin elmi yaradıcılıq irsinin ən parlaq səhifələrindən birini də görkəmli rus bəstəkarı və nəzəriyyəçisi S.I.Taneyevin yaradıcılığına həsr olunmuş araşdırmalardır. Bu araşdırmalar «Uçenie o kanone», «Rannee russkoe mnoqoqolosie», «S.I.Taneev i muzıkovedenie», «S.I.Taneev uçenıy», «S.I.Taneev i narodnoe muzıkalğnoe tvorçestvo» və başqa əsərlərində öz dərin elmi ifadəsini tapmışdır.

       Belyayevin elmi maraq dairəsi olduqca geniş və çoxistiqamətlidir. Onu musiqi tarixi və nəzəriyyəsi ilə yanaşı müxtəlif xalqların musiqi alətləri, onların inkişaf tarixi, təkamül prosesi, müqayisəsi cəlb edirdi. «Muzıkalğnıe instrumentı Uzbekistana», «Russkie narodnıe instrumentı» əsərləri buna bariz nümunədir.

       Azərbaycan musiqi alətlərinə, xüsusilə tara onun temperasiyası, pərdə düzümü məsələlərinə toxunmaqla, o milli lad təfəkkürü haqda da müəyyən nəticəyə gəlmişdir.

       Alimi musiqi folkloru abidələrinin, xüsusilə də Şərq ölkələrində toplanması məsələsi həmişə düşündürürdü. O, qədim musiqi nümunələrinin toplanıb nota köçürülməsini çox önəmli bir vəzifə hesab edir, onların həm tarixin yaddaşına həkk olunmasın, həm də elmi tədqiqatlar üçün geniş imkan yaratdığını vurğulayır. Hətta bir çox respublikalarda, o cümlədən Azərbaycanda 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində elmi tədqiqat musiqi kabinetinin yaradılmasında alim mütəxəssis kimi V.M. Belyayevin də əməyi, köməyi, yararlı məsləhətləri olmuşdur. Bu məqsədilə onun oxuduğu mühazirələr Azərbaycan musiqisinin inkişafı perspektivlərinin açıqlanması üçün, xalq musiqisinin müxtəlif janrlarının tədiqi üçün, alətşünaslığının inkişafı və digər problemlərin həlli üçün real elmi-praktiki əhəmiyyət daşıyırdı.

       1944-cü ildə Belyayev sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülür (müdafiəsiz). 1947-ci ildə professor elmi adını alır. 1946-cı ildə isə Moskva Konservatoriyasının 80 illiyi ilə bağlı Əmək Bayrağı Ordenilə təltif olunur.

       V.Belyayev həm də gözəl pedaqoqdur. Etnomusiqişünasıq tarixi və nəzəriyyəsində Belyayev özünün çox bəhrəli nəticə verən məktəbini yaratamışdır. Bu, alimin elmə verdiyi daha bir qiymətli tövhədir. O, xalq musiqi mədəniyyətini tədqiq edən musiqişünas kadrları yetişdirilmiş, həmçinin, ayrı-ayrı respublikalardan olan müəllim və aspirantların elmi rəhbəri olmuşdur. Biz fəxr edirik ki, bir sıra Azərbaycan musiqişünasları Bayram Hüseynli, Əminə Eldarova, Ramiz Zöhrabov onun rəhbərliyi altında elmin sirlərinə yiyələnmişdir. Bu alimlərin hər biri milli musiqimizin müxtəlif problemləri ətrafında çalışmış və sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülmüşlər. Onlara böyük alim şəxsiyyət Belyayev tərəfindən aşılanan milli-mənəvi varislik ənənəsi öz bəhrəli nəticəsini verdi. Bu alimlərin hər biri milli dəyərlərimizin müxtəlif şaxələrinin - folklor, aşıq yaradıcılığı və muğam sənətinin ilk tədqiqatçıları olmaqla yanaşı, həm də artıq özləri dəyərli alimlər yetişdirən şəxsiyyətlərdir. Belyayevin metodolo ji prinsiplərilə silahlanan bu alimlər onu daha da inkişaf etdirərək, müasir musiqişünaslığın əsas prinsiplərindən birinə çevirir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page