ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN DILINDƏ
MUSIQIŞÜNASLIQ TERMINLƏRININ MÖVCUD VƏZIYYƏTI HAQQINDA

Elxan BABAYEV
ÜZEYIR HACIBƏYOVUN
«LEYLI VƏ MƏCNUN» OPERASINDA
MUĞAM VƏ MILLI LAD UYĞUNLUĞUNUN BƏZI MƏSƏLƏLƏRI

Cəmilə HƏSƏNOVA
ŞƏKININ TARIXI, MƏDƏNIYYƏTI
VƏ MUSIQI FOLKLORUNA BIR NƏZƏR

Səadət TƏHMIRAZQIZI
VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV

 


       Rəqs melodiyalarının əsas inkişaf prinsipi variantlılıqdır. Bu prinsip rəqs musiqisinin intonasiya avaz quruluşunun əsasını təşkil edir, onu inkişaf etdirir. Instrumental musiqini araşdırarkən, Belyayev belə bir nəticəyə gəlir ki, Azərbaycan xalq musiqisinin müxtəlif janrlarını bir-birinə yaxınlaşdıran, onların arasında körpü olan məhz alətlər olmuşdur. Bundan əlavə milli alətlər Azərbaycan instrumental musiqisinin inkişafının əsaslandığı xüsusi bir tembr mühiti idi. Zurnaçılar ansamblının ifa etdiyi musiqini nəzərdən keçirərkən Belyayev burada «milli partitura» rüşeymlərinin olduğunu qeyd edirdi.

       Belyayevin metodologiyası musiqi folklorşünaslığında artıq məlum bir istiqamətə - sadədən mürəkkəbə doğru, yəni diatonikanın ilkin sadə təbəqə, xromatizmin isə mürəkkəb lay kimi nəzərdən keçirildiyi bir nəzəriyyəyə əsaslanır. O, hesab edir ki, musiqi alətlərində diatonik səslərlə yanaşı, xromatik səslərin varlığı bu alətlərdən istifadə edən xalqın musiqi mədəniyyətinin ümumən, yüksək inkişafı haqda şəhadət verir.

       Klassik ərəb ud alətinin səs sırasını Azərbaycan tarının səs sırası ilə müqayisə edərkən Azərbaycan tarının səs sırasının mürəkkəbliyini bütövlükdə Azərbaycan xalq musiqi mədəniyyətinin inkişafı ilə əlaqələndirir.

       Rəqs melodiyalarını da Belyayev sadədən mürəkkəbə doğru təhlil edir. Əvvəlcə vahid intonasiya əsasına malik nümunələr, sonra isə mürəkkəb nümunələr nəzərdən keçirilir. Mürəkkəbliliyi Belyayev nədə görürdü? Əlbəttə ki, ladmodulyasiya əsasının inkişaflılığında. O, hesab edirdi ki, məhz bu faktor Azərbaycan xalq rəqs melodiyalarının quruluşunun mütəşəkkilliyini, kompozisiya vahidliyini təmin edir.

        «Oçerki po istorii muzıki» kitabının «Ranniy period razvitiə muzıki (do 7-oy v isklöçitelğno)» fəslində Belyayev xalqımızın çoxəsrlik tarixinin aynası, mədəniyyətinin carçısı kimi yüksək professional mədəniyyət növü olan aşıq sənəti haqqında elmi açıqlamalar verir, mənəviyyatımızın həmişəyaşar epik səhifəsini böyük bir elmi maraqla vərəqləyir. Alim aşıq yaradıcılığının sintetikliyini belə şərh edir: aşıq həm solist, həm sazçalan, həm də şair, dastan nəql edən, mahnı melodiyalarının bəstəkarıdır. Azərbaycan aşıqlarının sənəti çoxcəhətlidir. Onlar hər şeydən əvvəl dstanları qoruyub saxlayan, rəvayət edən mühafizəçidir, onlar lirik məzəli və satirik mahnıların ifaçısı, gündəlik həyat hadisələrinə o dəqiqə hay verən improvizatorlardır. Tədqiqatçının marağına səbəb olan faktlardan biri də aşığın istedadının parlaq göstəricisi kimi aşıq repertuarının musiqili poetik tapmaca forması «deyişmədir». Belyayev onun səciyyəvi cəhətlərini, yəni tapmacanın - sualın da, cava bın da eyni hava üstündə mahnı improvizasiyası şəklində şərh olunduğunu vurğulayır. Bundan əlavə, deyişmənin Azərbaycan aşığına məxsus hazırcavablığın, fərasətin, öz sənətində mahir ustalığın kulminasiya nöqtəsinin göstəricisi olduğunu açıqlayır.

       Belyayevin tədqiqatlarının təhlili onun xalq yaradıcılığının bu və ya digər növünün mükəmməl konsepsiyasını yaratmaq cəhdini nümayiş etdirir. Bu, onun aşıq musiqisinə münasibətində özünü göstərir.

       Məsələn, «Duraxanı» aşıq mahnısını təhlil edərkən Belyayev onun spesifik aşıq prinsipinə xas cəhətlərilə yanaşı, muğamlar üçün tipik olan faktoru qeyd edir:

       1. Ifanın prelyüdiya xarakterli olması;

       2. Tematik özəyin variantlı inkişafı;

       3. Ortada yüksək kulminasiya həddinin olması;

       4. Ladın istinad pərdələri ətrafında gəzişmə;

       5. Ladın tonikasına sekvensiya halqası ilə enmə.

       Belyayev aşıq sənətinin böyük yaradıcılıq kamilliyini göstərən dastanların da xarakteristikasını vermişdir. Onu böyük ədəbi musiqili əsər kimi səciyyələndirərək aşıq sənətinin əsas istedad göstəricisi olduğunu vurğulamışdır. Alim hesab edir ki, dastan formasının inikşafı ilə bağlı çoxlu havalar yaranmışdır. Hal-hazırda 120-ə qədər hava məlumdur. Bunların hər birinin özünün müstəqil adı var.

       Aşıq havacatlarının musiqi dilini təhlil edərkən Belyayev aşıq musiqisinin Azərbaycan xalq mahnılarının varisi olduğunu qeyd edir. Aşıq ifaçılıq praktikasındakı 2 hissəli təkralanma prinsipinə əsaslanan formanı təhlil edərkən alim II bəndin nəqarətinin rolunu xüsusilə qeyd edir.

       Aşıq musiqisinin xalq mahnı və instrumental yaradıcılığı ilə çıx əlaqəsini dəfələrlə təsdiq edən alim, həm də aşıq musiqisinin fərqli cəhətlərini də göstərir və dastanlardakı mahnı epizodları ilə xalq mahnıları arasındakı bu fərqi aşıq musiqisinin aydın ifadlə olunmuş reçitativliyində görür.

       Xalq mahnılarında olduğu kimi, aşıq musiqisinin də lad əsası diatonikdir. Lakin xromatik mürəkkəbləşmələr saz alətilə, onun səs sırası ilə əlaqələndirilir. Aşıq havacatının lad-intonasiya, melodiya, forma yaranma qanunauyğunluqları yaradıcı prosesin ayrılmaz hissəsi olan sazın konstruksiyası ilə əlaqədə təhlil edilir.

       Belyayev aşıq sənətinin kənd həyatı, məişətilə bağlı olduğunu qeyd etdiyi halda muğamların «Şərq şəhərinin yaradıcılıq məhsulu, onun yayıldığı mühitin isə şəhər ziyalıları mühiti olduğunu vurğulayır. Muğamın mövcud formasını alim belə izah edir: «Muğam xalq yaradıcılıq əsəridir, burada ənənəvi şifahi musiqi yazılı professional poetik yaradıcılıqla uzlaşır və nəinki onun musiqili ifadəsinə, eyni zamanda, onun elmiliklə yayılması vasitəsinə çevrilir».

       Başqa sözlə desək, Belyayevin əsas nöqteyi-nəəzəri muğamların poetik özülü olan qəzəllərə yönəldilir. Şübhəsiz, burada ədalətli bir məntiq var. Çünki alimin sözlərilə desək, muğamların melodiyalarının əmələ gəlməsində, təkamülündə, «əruzun» metrikasının təsiri böyükdür. Əruzun metrikası melodiyanın ritmik əsasını təşkil edir.

       Belyayev Azərbaycan muğamlarının tarixi və mədəni faktorlarla şərtlənmiş daha bir mühüm tərkib hissəsini vurğulayır. Burada söhbət ifaçılıq sənətindən, onun şifahi professional musiqi nümunələrinin təbliğində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də ümumiyətlə muğamları yaşatmaqda, təkmilləşdirməkdə, cilalayıb nəsildən-nəslə keçirməkdə böyük rolu olduğundan gedir.

       Alimin muğamın ilkin materialının tematik əhəmiyyətini, onda muğamın lad-intonasiya əsasının təsbit edildiyini, variantlılığın bir inkişaf vasitəsi olduğunu, melodik kadansların tematik rolunu vurğulamışdır.

       Qeyd etmək istərdim ki, məhz Belyayev ilk dəfə olaraq, Azərbaycan muğamlarının müxtəlif ifa variantlarını arasdırmışdır.

       Belyayev öz tədqiqatında muğam ifasının ayrılmaz hissəsini təşkil edən tar alətinə xüsusi diqqət vermişdir. Məhz ilk öncə bu alətin dərindən öyrənilməsi ona Azərbaycan xalq musiqisinin zənginliyini təsdiqləməyə imkan vermişdir.

       Alimin fikrincə, musiqi alətlərindəki xromatik səs sırası diatonik səs sırasından fərqi olaraq, musiqi mədəniyyətinin inkişaflılığından xəbər verir. Lakin Belyayev hesab edirdi ki, 17 pilləli səssıralı mürəkkəb quruluşa malik tarın lad-intonasiya imkanı 12 pilləli səs sırasından daha çoxdur. Alim tar alətini digər alətlərlə müqayisə edərək onun hissələr palitrasını ifadə etmək mənasında daha çox potensial imkanlara maliu olduğunu vurğulayır.

       Beləliklə, biz bu məqalədə XX əsrin görkəmli şərqşünas – musiqişünası olan Belyayevin yaradıcılığını, onun Azərbaycan, xalq musiqilə bağlı tədqiqatlarını işıqlandırmağa çalışdıq. «Belyayev və Azərbaycan xalq musiqisi» mövzusu böyük bir tədqiqat mövzusudur. Biz isə yalnız onun ayrı-ayrı fraqmentlərinə toxunduq.

       Son söz olaraq, mən bir daha qeyd etmək istərdim ki, V.M.Belyayevin yaradıcılığı, onun metodologiyası həm Azərbaycan, həm də digər regionların musiqi elmi üçün bir örnək, böyük bir yaradıcılıq məktəbi olmuş və olaraq qalacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page