ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI FESTIVALI
.
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI FESTIVALI
.
SUMQAYIT: SƏYYAR PLENUMDAN QEYDLƏR
Lalə ŞIRMƏMMƏD QIZI
DAHI ÜZEYIR BƏYƏ BÖYÜK SEVGI VƏ EHTIRAMLA…
.

 


       

Əlbəttə, Şəfiqə Axundovanın «Yaşadacaq el səni» əsəri səriştəli bir bəstəkar qələmindən çıxan yüksək səviyyəli əsər idi.

       Sərdar Fərəcovun xor üçün «Diptix» (Ü.Hacıbəyova ithaf) əsərinin yalnız ikinci hissəsi səsləndiyinə görə həmahənglik yox idi. Ifada da müəyyən qüsurlar hiss olunurdu. Etiraf etmək lazımdır ki, əsər tam hazır deyildi.

       Ən çox məyus edən Oqtay Rəcəbovun «Segahsayağı»sı oldu. Bu əsər xor üçün bəsit işlənmə təəssüratı doğurdu. Müəllif xorun imkanlarını nəzərə almalı idi. Həm intonasiya səviyyəsində, həm də xoru təşkil etmək nöqteyi-nəzərindən əsər zəif idi.

       Prinsip etibarilə mən, bu konserti yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bizim xor kapellası öz işində irəliləyişlər etməyə çalışır. Xorun yalnız ənənəvi deyil, onun sonor imkanlarından da istifadə etmək lazımdır. Lakin bizim xorun ifaçılıq qüvvələri buna hələ imkan vermir. Amma xor kapellası belə müntəzəm şəkildə çalışarsa, gələcəkdə daha mürəkkəb əsərləri də ifa edə bilər.

       Qeyd etmək lazımdır ki, uşaq repertuarı üçün yazılmış xor əsərləri çox vacib bir sahəni təşkil edir. Məktəblərdə oxunan xor repertuarına çox böyük ehtiyac var. Bu baxımdan Azər Dadaşovun «Yeni Azərbaycan» marşı, Rəşid Şəfəqin «Müqəddəs ocaq» mahnısı, Adilə Yusifovanın «Vokaliz»i çox maraq doğurdu. Inanıram ki, bu əsərləri uşaqlar sevə-sevə oxuyacaqlar.

       Mən Bəstəkarlar Ittifaqına və ifaçılara belə gözəl tədbirin keçirilməsində öz minnətdarlığımı bildirirəm.


Məmməd Cəfərov
bəstəkar

        Mən öz adımdan, həm də Bəstəkarlar Ittifaqının adından Xor Kapellasının kollektivinə öz minnətdarlığımı bildirirəm. Çünki onlar əsərlərin hazırlanmasında çox əziyyət çəkdilər. Mən tez-tez məşqlərə gedirdim və digər müəlliflərlə də rastlaşırdım. Lakin bəzi bəstəkarlar əsəri ifaçıya təqdim edib, yalnız konsertə – artıq hazır əsərə qulaq asmağa gəlirlər. Bəstəkar mütləq məşqlərdə iştirak etməlidir.

       Konsertdə səslənən əsərlər içərisində ən çox xoşuma gələn F.Nağıyevin xor konserti oldu. Bu, son illərdə xor sahəsində bəlkə də yenilikdir. R.Əliyevin xor üçün mahnısı da çox gözəl təsir bağışladı.

       Bu gün bizim musiqimizdə insan problemi, mənəviyyat problemi əsas yer tutur. Bunu canlandıran hər hansı bir bədii əsər, musiqi əsəri alqışa layiqdir. Hesab edirəm ki, xor musiqisi festivalı çox uğurlu keçdi. Mən Bəstəkarlar Ittifaqından xahiş etmək istəyirəm ki, bizim əsərlərimizin Mədəniyyət Nazirliyi tərəfindən alınmasında köməklik göstərsin.


Adilə Yusifova bəstəkar, sənətşünaslıq namizədi, dosent:

       Mən, F.Nağıyevin xor konserti haqqında öz subyektiv fikrimi bildirmək istəyirəm. Ümumiyyətlə, «konsert» sözünün etimologiyası «yarış» deməkdir. Burada biz solist ilə xor arasında açıq-aşkar yarış görmədik. Əlbəttə, mən mövcud olan ənənəvi instrumental konsert janrı ilə müqayisə etmək istəmirəm. Lakin xor konserti təəssüratı yaranmadı. Prinsip etibarilə bu əsər öz mövzusuna uyğun olaraq qapalı, kamera salonunda ifa edilsəydi, daha effektli səslənərdi. Eyni zamanda qeyd etməliyəm ki, harmonik dili çox dolğundur. Dörd səsli şaquli harmonik səslənmə çox aydın eşidilirdi.

       Məmməd Cəfərovun əsəri çox gözəl təəssürat bağışladı. Onun bu əsərini orkestrləşdirmək yaxşı olardı. Bu əsərin məhz azərbaycanlı bəstəkar tərəfindən yazıldığı aydın hiss olunurdu. Xorun səsləri çox gözəl təşkil olunub.        Qeyd etməliyəm ki, xor kapellası bu konsertin sonuna qədər tonallığı saxlaya bildi. Son zamanlar kapellanın konsertlərində isə tonallığın yarım ton təhrif olunmasını hiss edirdik. Həqiqətən, kapella qısa müddət ərzində belə çətin əsərlərin öhdəsindən layiqincə gəlmişdir.


Faiq Nağıyev
bəstəkar:

       Bəstəkarlar Ittifaqı və Xor Kapellasına öz minnətdarlığımı bildirirəm. Çünki bu xor festivalının təşkil edilməsində Bəstəkarlar Ittifaqının rəhbərliyi, həmçinin Gülbacı Imanova (Dövlət Xor Kapellasının rəhbəri) çox səy göstərmişlər. Lakin qeyd etmək istərdim ki, belə iri miqyaslı tədbirlərin hazırlanması üçün kifayət edəcək vaxt müddəti planlaşdırılmalı idi. Mən bir müəllif kimi hesab edirəm ki, əsərlərin hazırlanmasına bir qədər çox vaxt sərf olunsaydı, daha da yaxşı nəticə əldə etmək olardı.

       Konsertdə səslənən əsərlər içərisində A.Dadaşov, M.Cəfərov, R.Əliyevin əsərlərini xüsusi qeyd etmək istərdim.        Öz əsərimə gəldikdə, deməliyəm ki, bu, Qara Qarayevin xatirəsinə həsr olunmuş xor konsertidir. Instrumental konsertlərdən fərqli olaraq, burada yarış yoxdur, çünki solist yalnız II hissədə iştirak edir. Konsert janrının əsas etibarilə inkişaf xüsusiyyətlərinə istinad edilib: I hissə – Ağrı; II hissə – Əlvida; III hissə – Fəryad adlanır, yəni matəm mərasiminin ardıcıllığı öz əksini tapıb.


Validə Əlixanova

musiqişünas, sənətşünaslıq namizədi, dosent:

       Bəstəkarlar Ittifaqını, müəllifləri və ifaçıları təbrik edirəm. Festivalda səslənən əsərlər haqqında deyilən fikirlərlə razıyam. Lakin, F.Nağıyevin əsəri haqqında deməliyəm ki, bu, müəllifin öz şəxsi təxəyyülünün məhsuludur. O, dahi bəstəkarın itkisi ilə bağlı düşüncələrini, duyğularını məhz belə təsəvvür etmiş və dinləyicilərə çatdırmağa çalışmışdır.


Cəmilə Həsənova
musiqişünas, sənətşünaslıq namizədi, dosent:

       Festivalın konsertləri çox yaxşı təsir bağışladı. Belə gözəl əsərlərə görə bəstəkarlara, xor kollektivlərinə öz minnətdarlığımı bildirirəm. Yalnız F.Nağıyevin əsəri ilə əlaqədar iradım var – bu əsərdə «Q.Qarayevə ithaf» özünü nə dərəcədə doğruldur? Sonuncu hissə daha çox dini musiqi təsiri bağışladı. Zənnimcə, dahi bəstəkarın xatirəsinə daha işıqlı obraz yaratmaq olardı. Bu mənim subyektiv fikrimdir.


Nərgiz Şəfiyeva
musiqişünas:

       Bu xor konsertindən aydın oldu ki, bəstəkarlarımız xor musiqisinin əsas yazı texnikasını, ifadə xüsusiyyətlərini nə dərəcədə bilirlər? Hər bir bəstəkar öz istedadını, məqsəd və ideyasını müxtəlif istiqamətlərdə ifadə edə bilmişdi. F.Nağıyev, M.Cəfərov, R.Əliyev gözəl əsərlər nümayiş etdirdilər. Ş.Axundovanın əsəri xoş təsir bağışladı. Çünki o, xor yazı üslubunun incəliklərinə dərindən bələddir.

       Lakin bəzi əsərlər yaxşı təəssürat bağışlamadı. O.Rəcəbovun «Segahsayağı» əsərinin harmonik dili segah ladının istinad pərdələrinə uyğun gəlmirdi. Bu əsər instrumental səslənmə təəssüratı yaratdı.


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page