ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI FESTIVALI
.
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI FESTIVALI
.
SUMQAYIT: SƏYYAR PLENUMDAN QEYDLƏR
Lalə ŞIRMƏMMƏD QIZI
DAHI ÜZEYIR BƏYƏ BÖYÜK SEVGI VƏ EHTIRAMLA…
.

 


Rauf Əliyev
bəstəkar:

       Bəstəkarlar Ittifaqının xor musiqisi festivalının keçirilməsi çox əlamətdar bir hadisə oldu. Belə tədbirlərin keçirilməsi xor musiqisi sahəsindəki nailiyyətlərin və yeniliklərin aşkara çıxarılması, inkişaf yollarının müəyyən edilməsi baxımından çox əhəmiyyətlidir. Lakin yaxşı olardı ki, bu tədbirlərdən sonra konfranslar, dəyirmi masa arxasında müzakirələr keçirilsin. Bu müzakirələrdə müəlliflərin iştirakı ilə ifa olunmuş əsərlər daha geniş, detallarla araşdırıla bilər.


Lalə Hüseynova
musiqişünas,
Azərbaycan Bəstəkarlar Ittifaqının Məsul Katibi:


       Ittifaqımızın xor musiqisinə həsr olunmuş növbəti tədbiri festival adı altında keçirildi. Bu da təsadüfi deyildi. Iki böyük konsert proqramı özündə müxtəlif nəsil bəstəkarlarının həm səslənmiş və məşhurlaşmış, həm də ilk dəfə ifa olunan əsərlərini bir araya gətirmişdi. Nəticədə, xor musiqimizin əlvan mənzərəsi alındı. Festivalın yaxşı cəhətlərindən ümdəsi o idi ki, bütövlükdə bir konsertdə yalnız şagirdlərdən ibarət xor kollektivləri iştirak etdilər. Əlbəttə, onların hamısı eyni səviyyəli deyildi. Bəzilərinin hazırlıq dərəcəsi daha qənaətbəxş göründü və hiss olunurdu ki, bu kollektivlərdə xormeysterlər xüsusi şövqlə işləyir və öz peşələrinin vurğunudurlar. Bu baxımdan ilk növbədə Bülbül adına Orta Ixtisas musiqi məktəbinin «Qız qalası» xorunu və onun bədii rəhbəri Dilarə Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu xor yarandığı gündən gözəl nəticələr nümayiş etdirir və onun özünəməxsus simasının formalaşmasında bəstəkar Ilham Abdullayevin böyük zəhməti vardır. O, dövrün intonasiyasını, nəbzi ni, ruhunu öz mahnılarında uğurlu tapıb və buna görə də uşaqlar bu əsərləri həvəslə ifa edir.

       «Qız qalası» xorunun son vaxtlar çıxışı onun kifayət qədər mürəkkəb üslublu və irihəcmli əsərlərin də öhdəsindən gəlmək iqtidarına malik olmasından xəbər verir. Yeri gəlmişkən, bu ilin mart ayında bəstəkar Adilə Yusifovanın müəllif gecəsində «Yaz nağılı» kantatasının ifasını vurğulamaq istərdim. Hazırki festivalda da «Qız qalası» xoru kantatanın 3-cü «Bulaqlar» adlı hissəsini səsləndirdi. Əvvəla onu deyim ki, bu kantata, ümumiyyətlə, Azərbaycan musiqisində uşaqlar üçün yazılmış bu qəbildən olan ilk və zənnimcə uğurlu əsərdir. Həm musiqi dili, həm mövzuya orijinal yanaşma baxımından kantata maraq doğurur və uşaqların ənənəvilikdən uzaq müasir oxuma tərzinə yiyələnməsi nöqteyi-nəzərindən də diqqətəlayiqdir. A.Yusifovanın «Vokalizi» isə elə ifa zamanı balaca dinləyicilərin hüsn-rəğbətini qazandı.

       «Bülbül» adına Orta ixtisas musiqi məktəbi festivalda daha bir xor kollektivini də nümayiş etdirdi. Bu kollektiv yalnız oğlanlardan ibarət idi. Bununla da məktəbin nəinki qızları, habelə oğlanları da festivala qatılmış oldular. Ümid edirik, bu kollektivin ömrü uzun olacaq.

       Nəzəri cəlb edən bir kollektivin də adını çəkərdim: bu da, 32 saylı Uşaq Musiqi Məktəbinin Balaxanı filialının xoru idi. Onunla əməkdaşlıq edən bəstəkar Azər Dadaşovun məsləhəti ilə xorun rəhbəri Ədilə Mehdiyeva Bəstəkarlar Ittifaqına müraciət etmişdi. Öz növbəsində biz çox sevindik ki, kənd məktəbinin uşaqları da bizim tədbirlərimizdə iştirak edəcək. Hiss olunurdu ki, xormeyster məsuliyyətlə işinə yanaşır və çətinliklərə baxmayaraq uşaqları xora həvəsləndirib. Onlar Tofiq Quliyevin məşhur «Dostluq mahnısı»nı kifayət qədər təmiz, düzgün intonasiya ilə oxudular. Zənnimcə, bu kollektivləri gələcəkdə də müxtəlif uşaq tədbirlərinə cəlb etmək lazımdır.

       Digər məktəblərin çıxışları da bu, və ya digər dərəcədə qənaətbəxş idi. Bir nüansı da diqqətə çatdırmaq istərdim. Yaxşı olardı ki, əsərləri səslənən bəstəkarlar kollektivlərlə əlaqə saxlayıb, bəzi məşqlərdə iştirak etsin. Bu zaman balaca ifaçılar müəllif qayəsini daha düzgün anlaya bilər. Bu məsələdə məktəblərin özləri təşəbbüs göstərməli və bəstəkarlara müraciət etməlidir. Bütövlükdə isə I konsert istər ifaçılar, istərsə də dinləyicilər tərəfindən böyük maraqla qarşılandı və yaxşı əks-səda doğurdu.

       Bu günkü müzakirəmizdə festivalın daha çox ikinci - son konserti barədə fikir mübadiləsi yürüdüldü və xor musiqisində mövcud tendensiyalar, mövzular araşdırıldı. Mən bir çox deyilənlərlə razıyam və müəllifləri təbrik edirəm.

       Icazə verin, sonda həm bəstəkarlara və musiqişünaslara, həm də Ittifaqımız adından bu çətin işin öhdəsindən gəlmiş kollektivlərə və ilk növbədə Azərbaycan Dövlət Xor Kapellası və onun bədii rəhbəri Gülbacı Imanovaya öz dərin təşəkkürümüzü bildirək və arzulayaq ki, belə tədbirlərimiz öz davamını daim tapa bilsin.

Materialı hazırladılar:
Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZI


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page