ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
QARA QARAYEVIN
DMITRI ŞOSTAKOVIÇƏ HƏSR
ETDIYI LYA -MINOR SIMLI KVARTETI

Fərəh TAHIROVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
XƏYYAM MIRZƏZADƏNIN «AĞLAR VƏ QARALAR» FORTEPIANO SILSILƏSININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Lalə ƏLIYEVA
ARIF MƏLIKOVUN
IKINCI
SIMFONIYASINDA
OSTINATLIQ BARƏDƏ

Gülzar MAHMUDOVA
ARFA FƏRƏC QARAYEVIN
«QOBUSTAN KÖLGƏLƏRI»
BALETININ PARTITURASINDA

Qənirə HÜSEYNOVA
BIRHISSƏLI SIMFONIK
ƏSƏRLƏRDƏ PROQRAMLILIQ

Aytən BABAYEVA
QARA QARAYEVIN
DMITRI ŞOSTAKOVIÇƏ HƏSR
ETDIYI LYA -MINOR SIMLI KVARTETI

Fərəh TAHIROVA

 


«… Bu əsərinizə görə Sizi ürəkdən təbrik edirəm…
Bu kvarteti mənə həsr etdiyinizə görə Sizə çox minnətdaram…»
D. Şostakoviç
31 avqust 1947-ci il, Moskva (Q.Qarayevə məktublarından)


«Bəstəkar öz yaradıcılığında bir-birinə zidd olan iki tendensiyanı – ənənəyə möhkəm arxalanmanı və bununla bərabər yeniliyə meyli barışdırmalıdır».
M.Y.Tarakanov



       Q.Qarayevin Konservatoriyanı bitirdikdən sonra yazdığı əsərlərində də müəllimi D.Şostakoviçin təsiri müşahidə edilir. Şostakoviçin yaradıcılıq prinsiplərindən irəli gələn və Qarayev üslubuna xas olan ayrı-ayrı ifadə üsulları və vasitələrində Böyük Ustadın təsirini duymamaq mümkün deyil.

       Qarayevin kamera musiqisi sahəsində parlaq əsərlərindən biri - onun yaradıcılığının ikinci dövrünə aid olan, 1947-ci ildə bəstələdiyi Lya-minor Simli kvartetidir. Bu əsər ən gözəl formada bəstəkarın həyəcanlı daxili aləmi təqdim edir. Kvartet, formasının sadəliyi, obrazların yığcam və aydın olması ilə seçilir; o, dörd hissədən ibarətdir ki, bunlardan üçünün janr adı var: “Sonatina” (I h.)1; “Tokkata” (III h.), “Pastoral” (IV h.).2 II hissənin (Larqo) adı yoxdur və passakalya janrında yazılmışdır.

       Həcmcə çox da böyük olmayan bu əsər, hissələrinin klassik tənasübü ilə, bunların məntiqi bitkinliyi, daxili intonasiya bütövlüyü ilə, miqyaslı, monolit silsilə təəssüratı yaradır. Kvartetin musiqisinin emosional gözəlliyi, lirik başlanğıcı, formasının mütənasibliyi, dəqiq cilalanmış klassik quruluşu Mosartın musiqi dünyası ilə müqayisə doğurur.

       I hissə - “Sonatina” (Alleqretto, a-moll) sonatina3 formasında yazılıb və bunun üçün səciyyəvi olan cəhətlər - iki sadə mövzu arasında zəif təzadın verilməsi, bağlayıcı bölmələrin olmaması, işlənilmə bölməsinin yığcamlığı ilə seçilir. Əsərdəki “klassik” başlanğıc, daha doğrusu, buradakı “mosartsayağı” başlanğıc məhz bu hissədə xüsusi qüvvə ilə təzahür edir. Bu, artıq ekpozisiyada özünü büruzə verir: akkordların fonunda harmonik fiqurasiyaların verilməsi fakturanın yumşaqlığı, Lya-minor üçsəsliyinin hər səsinin təkrarı ilə tonikanın verildiyi melodiyanın sadəliyi və aydınlığı buna sübutdur.

       Xatırladaq ki, Mosart ənənələrini davam etdirən Q.Qarayev, melodikanın tamamlanmış olmasına, ritmik fiqurların periodikliyinə, hərəkətın yumşaqlığı və sakitliyinə və bəzən axımlılığın motorluluğa nisbətən üstünlüyünə nail olur.

       Novator olmasına baxmayaraq, özünün kamera ansamblı yaradıcılığında Q.Qarayev həm klassik tərkiblərə, həm də silsilənin klassik kompozisiyasına sadiq qalmışdır. Kamera əsərlərinin ekspozisiyalarında temp vahidliyi də həmçinin klassik ənənələrin təsirindən xəbər verir. Bundan əlavə, Şostakoviçin kamera-ansambl musiqisində silsilələrin birinci - sonata hissələrinin daxilən sadə olması, məişət janrına yaxınlığı ilə səciyyələnir.

       Ekspozisiyanın yüngül və zərif əsas mövzusu (a-moll) I hissənin nikbin ovqatını əks etdirir. (misal ¹ 1).

       Bu ritmik şəkil bütünlükdə I hissənin intonasiya toxumudur. Sonra bu mövzu basda (solo violonçeldə) sol minorda keçir, daha sonra sol majorda - əvvəldə olduğu kimi, birinci skripkada keçir. Sərbəst şəkildə variasiyaya uğradılan bu motivin əsasında fa-major tonallığında köməkçi partiya səslənir (misal ¹ 2).

       Tematik və metroritmik cəhətlər vahid olduğuna görə I hissənin hər iki mövzusu eyni obrazlardan irəli gəlir. Hər iki mövzu rəqsvari xasiyyətli olduğuna görə onlar arasında elə bir kontrast yoxdur: I mövzu lirik, II mövzu isə janr xarakterlidir. Hər iki mövzu period formasındadır. Qarayev homofon və polifonik üsulların qovuşmasından məharətlə istifadə edir. Əsas mövzu müxtəlif polifonik kombinasiyalarla verilirsə, köməkçi mövzu öz quruluşu etibarilə homofonikdir.

       Melodiyanın əsasını təşkil edən ən sadə intonasiya və ritmik formullar mövzunun kadensiyalı sonluğunun bir qədər zərifliyi ilə uzlaşır, burada yarımton intervalı həcmində gözlənilməz harmonik yerdəyişmə qəflətən klassik diatonikanı pozur ki, bu da müasir sənətkarın dəst-xəttinin özünü büruzə verməsidir. Tonallıqların yarımton münasibəti bir çox Qarayev mövzularına xasdır. Bu cəhətin kökləri isə Şostakoviçin, Prokofyevin musiqisinə gedib çıxır.

        “Janr səciyyəsilə qeyd edilən və intonasiya cəhətdən bilavasitə xalq melodiyaları və xüsusən aşıq melodiyaları ilə bağlı olan əsas partiya mövzusunda lad əsasının kvarta prinsiplərinə görə təşəkkülünü izləmək olar. Plaqal yarımkadansa, tonikanın üst kvartası ətrafında dolanmasına diqqət verək. Bu nümunə bəstəkarın tematizminin lad əsasında kvarta prinsiplərinin mühüm olmasını və bu prinsiplərin milli lad intonasiya sistemi ilə üzvi bağlılığını təsdiq edir”.4

       Silsilənin inkişafı I hissənin polifonik musiqisi və passakalyadan “Tokkata” və “Pastoral”ın homofon musiqisinə doğru istiqamətlənmişdir. Silsilənin belə konsepsiyasına Şostakoviçin Sol-minor Kvintetində də rast gəlirik - burada Prelüdiyanın tematizmi polifoniyadan homofoniyaya - fuqadan skersoya - intermessoya və finala doğru inkişaf xəttini əmələ gətirir.5

       Işlənilmə hər iki mövzunun polifonik və faktura dəyişikliklərinə əsaslanır. Işlənilmənin quruluşu hissənin kompozisiyasının klassik başlanğıcını bir daha təsdiq edir. Işlənilmənin hər bölməsi iri planda qabardılmışdır. Öz funksiyasını saxlayan kulminasiya işlənilmənin sonuna düşür. Hər iki mövzunun xasiyyəti dəyişir, diatonik əsası yönəlmələrlə uzlaşan kömkəçi mövzu xüsusilə mühüm lad inkişafına məruz qalır. Kulminayasiyada bu mövzu yeni qiyafədə verilir - burada ritmik genişlənmə, fakturanın gərginliyi, obrazın dinamikləşməsi və dramatikləşməsinə gətirib çıxarır.

       Işlənilmənin tonal planı da maraqlıdır: giss-moll - G-dur, e-moll, d-moll - D-dur - bu tonallıqlar bütün işlənilmənin tonal planının mərkəzini təşkil edən genişlənmiş q-moll - D-dur tonallığını əhatə edir.

       Repriza a-moll-da əsas mövzunun motivindən başlayır və sonra bu, b-moll tonallığına keçir. Köməkçi mövzu A-dur tonallığında səslənir. Əsas və köməkçi partiyalar qovuşduğuna görə, repriza ixtisar olunmuşdur və koda ilə birləşmişdir.

       II hissədə (Larqo, e-moll) insanın daxili aləmi, dərin fəlsəfi dühşüncələri, ülvi hissləri əks etdirilib ki, bu da müharibə illəri barədə xatirələr kimi qavranılır. Həcmcə böyük olmayan passakalya janrında yazılmış kədərli Larqo bütün silsilənin emosional və lirik mərkəzidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page