ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
QARA QARAYEVIN
DMITRI ŞOSTAKOVIÇƏ HƏSR
ETDIYI LYA -MINOR SIMLI KVARTETI

Fərəh TAHIROVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
XƏYYAM MIRZƏZADƏNIN «AĞLAR VƏ QARALAR» FORTEPIANO SILSILƏSININ MUSIQI DILININ BƏZI XÜSUSIYYƏTLƏRI
Lalə ƏLIYEVA
ARIF MƏLIKOVUN
IKINCI
SIMFONIYASINDA
OSTINATLIQ BARƏDƏ

Gülzar MAHMUDOVA
ARFA FƏRƏC QARAYEVIN
«QOBUSTAN KÖLGƏLƏRI»
BALETININ PARTITURASINDA

Qənirə HÜSEYNOVA
BIRHISSƏLI SIMFONIK
ƏSƏRLƏRDƏ PROQRAMLILIQ

Aytən BABAYEVA
QARA QARAYEVIN
DMITRI ŞOSTAKOVIÇƏ HƏSR
ETDIYI LYA -MINOR SIMLI KVARTETI

Fərəh TAHIROVA

 


       Düşünürük ki, D.D.Şostakoviçə həsr edilmiş silsilənin sonunda major aspektinin meydana çıxması, sanki Müəllimin müdrikliyi vasitəsilə həyat harmoniyasını12 təsdiq edir.13

       Finalın və bütövlükdə silsilənin konsepsiyasını məhz bu sözlərlə səciyyələndirmək olar: “Geriyə qayıtmaq olmaz,
Həyat irəli səsləyir
Həyat daima gözəldir!”.


       D.Şostakoviç musiqisinin bir çox epizodlarını xalq mahnısının kupleti kimi də, tematik nüvənin “baxsayağı” inkişafı kimi də təsəvvür etmək olar. Polifonik formanın bu iki metodunun sintezi nəticəsində özünəməxsus “tematik konsentrasiyalı inkişaf” (V.Protopopov) meydana gəlir. “Bu metodun mahiyyəti ondan ibarətdir ki, “baxsayağı” (daha geniş götürsək, polifonik) “nüvə-inkişaf” metodu inkişaf mərhələsində də “nüvə”yə xas olan əhəmiyyətliliyini və fərdiləşmiş olmasını saxlayır. Başqa sözlə desək, inkişaf prosesi təxminən rus xalq mahnısının kupleti hüdudlarında olduğu kimi gedir”.14

       Qarayevin Simli kvartetində müxtəlif xarakterli mövzular vahid intonasiya sferasını əmələ gətirir. Məsələn, birinci hissənin tematizmində bütün mövzular başlanğıc motivindən törəyir. Kvartetdəki intonasiya inkişafının xüsusiyyəti isə - formanın ikinci dərəcəli bölmələrinin ümumiliyi vasitəsilə əldə edilən əlaqələrin uyuşqanlığıdır. Burada Qarayev, Şostakoviçin yuxarıda göstərdiyimiz tematik inkişaf prinsipinə yaxınlaşır.

       D.Şostakoviç musiqisinə xas olan lad üsulları kvartetin musiqisində özünəməxsus şəkildə əxz olunaraq dəyişkən həyat proseslərini əks etdirir. Kvartetin lad quruluşu – vahidliyi və tamlığı ilə seçilir.Qarayev lad-tonal polifoniya prinsipindən istifadə edir (“Tokkata”), major-minor sistemini başqa ladların elementləri ilə zənginləşdirir.

       Harmoniyanın linear polifonik təfsiri, tonallıqların qohumluğunun incəliklə istifadəsi fəlsəfi düşüncələrlə bağlıdır. Zənnimizcə, bu mürəkkəb ifadə vasitələri Q.Qarayevin D.Şostakoviç üslubu ilə yaxınlığını göstərir, bunlardan istifadə isə Kvartetin obrazlı qayəsinə, bunun dramaturji konsepsiyasına tabe olur.

        “Qarayev musiqisinin Şostakoviç tərəfindən çox düzgün qeyd edilmiş üç mənbəyi - xalq ənənələri, klassik irs və musiqinin ən müasir formaları, şübhəsiz ki, Şostakoviçin özünün təsiri altında yaranmışdır”.15

       Q.Qarayevin şərhə ehtiyacı olmayan öz sözləri bunu təsdiq edir: “Mən musiqidəki bütün nailiyyətlərimə görə, məhz Dmitri Dmitriyeviçə borcluyam”.16


ƏDƏBIYYAT
1. «…Yeri gəlmişkən, «Sonatina» termini formal surətdə I hissəyə uyğun gəlmir, belə ki, «sonatina» «Sonata»dan işlənilmənin olmaması ilə fərqlənir (Şostakoviçin Q.Qarayevə məktublarından – 31 avqust 1947-ci il, Moskva) –«Kara Karaev. Statği. Pisğma. Vıskazıvaniə» kitabından. M., 1978, s. 48.
Fikrimizcə, hissə həcmcə böyük olmadığına görə, Q.Qarayev təvazökarlıq edərək, bunu «Sonata» adlandırmayıb.
2. Qeyd edək ki, D.Şostakoviç də əsərin dinləyicilər tərəfindən qavranılmasını asanlaşdıran janr adlarından çox istifadə etmişdir. Məsələn, onun II Kvartetinin I hissəsi «Uvertüra», II hissəsi – «Reçitativ» və «Romans», III - «Vals», IV - «Mövzu və variasiyalar» adlanır.
3. D.Şostakoviçin də C-dur I Kvartetinin I hissəsi yığcam sonata formasında yazılıb və sonatina kimi qavranılır.
4. Abasova G. K voprosu naüionalğnoqo svoeobraziə tematizma K.Karaeva. V kn.: «Kara Karaev. Statği. Pisğma. Vıskazıvaniə». M., 1978, s. 317
5. Məlum olduğu kimi, polifonik və homofon-harmonik cəhətlərin sintezi bütünlükdə Şostakoviç üslubunun əsaslarından birini təşkil edir.
6 Xatırladaq ki, D.Şostakoviçin VIII simfoniyasının III hissəsi tokkata janrında yazılıb və II skerso rolunu oynayır.
7. Xatırladaq ki, D.Şostakoviçin Sol-minor Kvintetindəki Skersonun əsas mövzusu – üç elementdən ibarət tematik kompleksdir.
8. Məlum olduğu kimi, sonata silsiləsinin finalında obyektiv obrazlara və bunlarla bağlı olan xəlqiliyə keçid – instrumental musiqinin çoxdan bəri mövcud olan ənənəsidir. D.Şostakoviç üstəlik bunun konkret təcəssümünü də verir ki, bu da «daimi hərəkət»dir.
9. Q.Qarayevdən fərqli olaraq, D.Şostakoviçin lirikası yumşaqlıqdan uzaqdır, dalğındır və insanın daxili aləminin dəyişkənliyini əks etdirir. Çox hallarda Şostakoviçin lirk mövzularının inkişafı kəskin ovqatın dəyişilməsinə gətirib çıxarmır, lakin onun simfoniyalarına xas olan faciəvilik, fəlsəfi düşüncələrin dərinliyi kamera əsərlərində də – Trioda, III, V, VIII kvartetlərdə müşahidə edilir.
10. Xatırladaq ki, D.Şostakoviçin əsərlərində xoral janrı xüsusi məna daşıyır. Xoralvarilik Şostakoviçin əsərlərində dalğınlığın təcəssümü kimi verilir. VII simfoniyanın III hissəsinin I mövzusu istisna olmaqla bəstəkar sırf xoral mövzuları yazmır, lakin onun axımlı melodiyalarına çox vaxt xoral quruluşlu faktura daxil edilir. (II Kvartetdən -«Romans», IV Kvartetdən - «Andantino», «Kvintet»dən «Fuqa», VII və VIII Kvartetlərin kənar hissələri buna misaldır) . Bundan əlavə, xoralvarilik onun kamera musiqisində xüsusi ifadəlilik kəsb edir (xüsusən finalların kodalarında).
11. Mazelğ L. Gtödı o Şostakoviçe. Statği i zametki o tvorçestve. M., 1986, s. 19-20
12. D.Şostakoviçin III Kvartetinin V hissəsinin (Final) konsepsiyası da belədir.
13. D.Şostakoviçin kamera ansambl əsərlərinin finalları üçün işıqlı sonluğa meylli kodalar, şəxsi olan hər şeyin ümumidə həll olması ilə bitməsi səciyyəvidir: təbiət obrazları, təbiətin fasiləsiz hərəkəti, xalq həyatını əks etdirən obrazlar insanın şəxsi həyəcanı, yaşantılarına qarşı verilir. Təbiətin ölməzliyi insan yaradıcılığının ölməzliyi, həyatın qiymətli olması – D.Şostakoviçin kamera əsərlərinin finallarının əksəriyyəti bu mənanı verir; bundan fərqli olaraq, onun simfoniyalarının finalları birplanlı deyil – hətta işıqlı finallarda da əvvəlki hissələrin faciəvi, kədərli, həyəcanlı, hüznlü anlarını xatırladan epizodlar olur.
14. Bobrovskiy V. Kamernıe instrumentalğnıe ansambli D.Şostakoviça. M., 1961, s. 27
15. Vinoqradov V. Gstetiçeskie vozzreniə kompozitora. V kn.: «Kara Karaev. Statği. Pisğma. Vıskazıvaniə». M., 1978, s. 126
16. Karaev K. Slovo ob uçitele. Curnal «Sovetskaə muzıka», ¹ 9, M., 1976, s. 13

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page