ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
Search

ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN»
ADLI SƏNƏT INCISI

Səadət QARABAĞLI
RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI

 


       Mən Əbilov adına 38 nömrəli 7 illik qız məktəbində oxuyurdum. Atam, "Atalar şurası"nın üzvü idi. Məktəbimizdə tez-tez müsamirələr keçirilərdi. Hər dəfə atam tar ilə iştirak edərdi. Məktəbin müdiri ilk qadın müəllimlərindən biri Rəhilə xanım Hacıbabəyova-Terequlova idi. Müsamirədə onunla riyaziyyat müəllimimiz Ismayıl Zərgərlinin uzun müddət yarışa girib tərəkəmə havasında oynamaqları heç yadımdan çıxmayır. Eləcə də Ağabacı Pedaqoji texnikumda oxuyanda 1928-29-cu illərdə orada verilən konsertlərdə atam fəal iştirak edərdi. Onun tələbəsi Məhərrəm Haşımova Kürd-Şəhnaz çaldırıb oxutması da yadımdadır. Həmin tələbə M. Haşımov sonralar respublikamızın incəsənətində çox görkəmli bir xadim kimi məşhur oldu. Texnikumda məzəli şerlərilə konsertlərdə çıxış edən tələbə Əlili isə sonralar və indi də kino sənəti sahəsində çalışmışdır.

       Dərviş Mirzə Əliqulunun çox gözəl, məlahətli səsi vardı. O, muğamların ən düzgün ifaçısı kimi atamın nəzər diqqətini cəlb etmişdi. Ona görə də onun ailəsi ilə 1943-44-cü illərdə səmimi dostlaşmışdı.

       Mirzə Əliqulunun oğlu Məmmədəli isə məlahətli, hər adamda olmayan lirik, orijinal bir səsə sahib idi. Əvvəlcə dram dərnəklərində fəaliyyətə başlayan Məmmədəli 1946-cı ildə Əhməd Bakıxanovun ansamblında çıxış edir, eyni zamanda 1946-68-cı ilə qədər isə Əzizbəyov adına dram teatrında işləyirdi. Onun, dram əsərlərinə yazılmış mahnıları ürəklə, öz nadir səsilə oxuması, əsəri tamaşaçıya daha da sevdirirdi. Onu deyə bilərəm ki, Məmmədəlinin gözəl, lirik, ürəklərə təsir edən səsini eşitmək üçün bir əsərə dönə-dönə baxmış olurdular. Hüseyn Cavidin «Şeyx Sənan» dramında Kor Ərəbin rolunda oynayarkən oxuduğu ürəkləri yandıran mahnısı kimi valeh etməyib?! Hələ onun 300-ə qədər yazdığı qəzəllər, müxəmməslər, təmsillər, qoşmaları demirəm. Çox təəssüf ki, bu yazılar çap olunub öz oxucularını tapmayıb. Məmmədəli həyatdan göçdü, öz ecazkar səsini də özü ilə apardı. Yaxşı ki, Fikrət Əmirovun təkidi ilə Rauf Kazımovski bu mahnını ayrıca kinolentinə çəkibmiş. Fikrət də Amerika s əfərinə gedərkən lenti özü ilə aparıbmış. Mənəvi təsəlli idi.

       Mirzə Əliqulunun bir qızı da atasının muğam sənətini davam etdirən, ürəklərə yatan, orijinal zəngulələrilə efirdə hamının ürəyinə tez yol açan Töhfə Əliyeva idi. O, 1942-ci ildə, ilk dəfə, 22 yaşında ikən geniş tamaşaçı zalında səhnəyə çıxmışdır.

       Töhfə 40-cı illəri xatırlayıb deyir: «Biz mərhum Ağabacı ilə çox səmimi, bacı kimi idik. O, 1943-cü ildə məşhur «Ey pəri» mahnısını yazdı. Əhmədxan müəllimin ansamblına öyrətdi. Mən onda ansamblın solisti idim. Ağabacı mənimlə də məşq elədi. Beləliklə bu mahnının ilk ifaçısı mən olmuşam. Özü də çox uğurlu mahnı oldu. Dildən-dilə düşdü».

       Mənim yadıma düşür ki, o məşhur «Ey pəri» mahnısı demək olar ki, hər gün, hər evin qonağı idi. Radioda hər gün oxunardı. Şövkət Ələkbərova da çox gözəl ifa edərdi. Hələ müharibə illəri idi. Bu mahnı repertuardan çıxarıldı. «Qadağan» edildi. Ağabacıya demişdilər ki, bilirsən, çox qəmli mahnıdır. O oxunanda camaat ağlayır, belə məsləhət gördülər ki, verilməsin». Nə demək olar belə ağılsız qərara. Beləliklə, mahnı uzun müddət eşidilmədi. (Belə bir məzəli əhvalat olmuşdu. Ağabacı «Yağ ey yağış yağ» mahnısını uşaqlar üçün yazmışdı. Sözləri Hüseyn Abbaszadənin idi. 1957-də onu tez-tez efirdə verirdilər. Bir dəfə repertuardan çıxarıldı. «Yuxarıdan» tapşırıq verilmişdi: «Nə edirsiz, rayonlarda yağış ara vermir, məhsul zay olur, yığa bilmirlər, Siz də gündə oxutdurursunuz ki, yağ ey yağış yağ»).

       Bir dəfə Irandan verilən konsertə qulaq asırdım. Elan olundu ki, Iran xalq tmahnısı «Ey pəri». Bunu Iran müğənnisi özünə məxsus ləhcə ilə oxuyurdu. Mən qulaqlarıma inana bilmədim. Ancaq yaxşı ki, belə oldu. Iranlılar görüblər ki, belə gözəl mahnımızdan özümüz imtina edirik, onlar onu özlərininki etmişdilər. Belə məzəli əhvalatın nəticəsi o oldu ki, radioda ağıllı təəssübkeş adam tapıldı və «Ey pəri» mahnısını yenidən efirdə oxutmağa başladı. Bu günkü günə qədər bu xoşbəxt mahnı repertuardan çıxarılmır. Hətta mərhum unudulmaz bəstəkarımız, Azəraycan caz musiqisinin allahı demək olar ona, Vaqif Mustafazadə də bu mahnıya müraciət etdi. Eləcə də Afdandil Israfilov lentə yazdırdı. Indi bu mahnının ən gözəl ifaçısı isə məşhur müğənimiz Tükəzban Ismayılovadır. Çox qəribədir ki, belə əhvalatlar həmişə Ağabacının başına gəlib.

       Babam vəfat edəndən iki ay sonra bir bacım dünyaya gəldi – Rəfiqə. O da bu ailədə olan musiqi ənənəsini davam etdirib Asəf Zeynallı adına Bakı ixtisas musiqi məktəbini bitirib, musiqinin nəzəriyyəsi üzrə iki il Maştağada, sonra da 30 il 2 ¹-li musiqi məktəbində dərs verib. Rəfiqə xatırlayıb deyir ki. «Mən musiqi məktəbində oxuyanda Mirzə Mənsur bizə muğamdan dərs deyərdi. O muğamı tarda çalır, mən də o çalanı pianinoda çalıb notunu yazardım. Hər dəfə deyərdi ki, bax, bu müğamda bu xallar sənin baban Mirzə Fərəcindir Təsniflər çalardı, deyərdi ki, bunu baban düzəldib.

       Qardaşım Nəsir də bir nəzəriyyəçi kimi babamdan bəhrələnmişdir. O, Azərbaycanın ən qədim dövrünün mədəniyyətini tədqiq edir. Bu sahədə respublikada məşhur sənətşünas olub, elmlər doktoru dərəcəsin layiq görülüb. Babam özünün bəzi xasiyyətlərini də ona verib. Onlardan az danışmağını, vaxtını səmərəsiz keçirməməsini, poetik istedadını, haqsızlıqlara qarşısinə gərməsini, kövrəkliyini, hazırcavablılığını göstərmək olar.

       Nəsirin həyat yoldaşı Məsumə xanım da ailə ənənələrimizə sadiq idi. Respublikamızda o, ilk kinoşünas qadın, sənətşünaslıq namizədi idi.

VI. MUASIRLƏRI
MIRZƏ FƏRƏC HAQQINDA



       Mirzə Fərəcin vəfatından 37 il sonra yaddan çıxmış bu tarzən haqqında mətbuatımızda ilk dəfə olaraq tarixçi musiqişünas, qocaman alim Qubad Qasımov məlumat vermişdir. Qubad müəllim 1964-cü il 28 oktyabrda «Bakı» qəzetində «Görkəmli tarzən» adlı məqalə çap etdirmişdir. Bu məqalədə o, Mirzə Fərəcin yaradıcılığına yüksək qiymət verərək yazır: «mahir tarzənin ifasında «Segah» dəstəgahının tərkibində bir çoxlarına məlum olmayan «Rühül-ərvah», «Naleyi-zənburi», «Rəhabənd», «Orta Mahur» dəstəgahının tərkibində isə «Xavəran», «Tizək», «Üç həzin», «Rak Əbdüllahi» kimi melodiyalar səslənmişdir.

       Mirzə Fərəc öz xatirələrində göstərir ki, XIX əsrin ikinci yarısında «Baba Tahiri» adlı dəstagah musiqiçiər arasında çox yayılmışdı. Bizə məlum olan «şəhnaz»ları («Kürd-şəhnaz», «Şur şəhnaz», «Şəhnaz-xari», «Şəddi-Şəhnaz», «Şahi-Şəhnaz») Mirzə Fərəc «Şək-şəhnaz» ilə zənginləşdirir. «Kəsmə şikəstə»nın Bakı və Şirvan mahallarında «Sarı torpaq» adlanması Mirzə Fərəc xatirələrinin ritmik muğamlar hissəsində təsdiq olunur».

       Qubad müəllim Mirzə Fərəci yaxından görüb onun yaradıcılığı ilə tanış olduğundan ürək dolusu danışır.

       1964-cü il 18 iyunda Azərbaycan dilində olan təqvimdə Mirzə Fərəcin şəkli və həyatı haqqında vəfatından 37 il sonra məlumat verilir.

       1973-cü ilin iyul ayı idi. Həyat yoldaşım ilk Azərbaycan türkoloqü Yusif Bağırovla Mərdəkanda müalicə olunurduq.
       Nənəmin dayısı nəvəsi respubliknın xalq artisti Hacağa Abbasov da orada idi.

       «Onunla çox məclislərdə olmuşam. O, məclis yaraşığı idi. Tağıyevin şənlik məclisləri onsuz olmazdı. Onun adı elə çıxmışdı ki, varlılar həmişə çalışırdılar ki, onların məclisində özlərinə layiq ustad çalıb oxuyan olsun. Bu bir şan-şövkətdi. Əgər bir kənddə toy olacaqdısa xəbər qonşu kəndlərə ildırım kimi yayılırdı ki, toyda Mirzə Fərəc (bəzən də ona Usta Fərəc deyərdilər) çalacaq. Hamı axışıb gələrdi. Onda böyük toyxana açardılar, toy üç gün əvəzinə 4-5 gün uzanırdı. O vaxtlar çalanın, oxuyanın böyük hörməti vardı. Ustad sənətkar az idi. Odur ki, Mirzə Fərəcin toy aparması üçün bir neçə ay əvvəl sifariş alınardı. Hamı istəyirdi ki, onun toyunu məşhur tarzən aparsın. Bu böyük fəxr idi. Indi baxıb görürsən ki, çalan, oxuyan ucuz olub, onlara əvvəlki hörməti qoymurlar. Bir də ki, hamı çalır. Toyda oxuyana qulaq asmırlar, bu hörmətsizlikdir. Odur ki, oxuyanlar da ağızlarına gələni oxuyurlar.

       Bir dəfə Mirzə Fərəc öz dəstəsi ilə məşhur sahibkarın evində idilər. Böyük qonaqlıqlarda mən həmişə iştirak edərdim. Bəzən məni dəvət də edərdilər, özümə görə hörmətim vardı. Yazdığım kupletlər hamının xoşuna gələrdi. Onlar «Bayatı-Şiraz» dəstgahını çox gözəl oxuyub çaldılar. Bütün məclis, eləcə də ev sahibi sehirlənmişdi. Heç kimin cınqırı da çıxmırdı, musiqinin qüvvəsinə bir bax. Demə Fərəcgili Iranın Şiraz şəhərində keçirilmiş yarış müsabiqəsindən təzəcə gəliblərmiş. Çalğı qurtarandan sonra hamı elə bil yuxudan oyandı. Sahibkar üzünü onlara tutub dedi ki, mən heç bilmirəm bu gözəl çalğının əvəzində sizə necə təşəkkür edim. Bu vaxt Mirzə Fərəc tarı qoydu yerə və dedi: «Biz Şiraz şəhərinə elə bu «Bayatı Şiraz»ı aparmışdıq. Bu muğam orada çox tərifləndi, mükafat aldı, yenə də Bakıya qayıtdıq. Bu həmin «Bayatı Şiraz»dır ki, sənin xoşuna gəldi. Mənim bir xahişim var. Ona da sən əməl elə. Xanəndənin sənə çoxlu borcu var, onu ödəyə bilmir, nə olar, sən onun borcun dan keç. Mirzə Fərəcin bu sözü məclisdəkilərin də ürəyindən oldu. Ev sahibi bu sözün qarşısında heç nə demədi, adam göndərib vekselləri gətirtdi, hamının gözü qarşısında onları ləğv elədi...».

       1979-cu ildə bir məclisdə xalq artisti Ağasadıq Gəraybəyli də babam haqqında xatirələrindən birini qardaşım Nəsirə danışıb: «1925-ci ildə Işçi-kəndli tetrında (keçmiş Tənqid-təbliğ teatrı) «Dəli dərviş» pyesini hazırlayırdıq. Bizə bu dramada müğamatı çox yaxşı ifa edən bir tarzən lazım oldu. Hamı ancaq Mirzə Fərəci dəvət etməyi məsləhət gördülər. 78 yaşında olan tarzən razı oldu. Yaxşı ki, Mirzə Fərəc sifarişimizi qəbul etdi. Çox gözəl, təsirli çalğısı ilə tamaşamızı müşayiət etdi...».

       Musiqişünas Vəli Məmmədov özünün «Muğam, söz, ifaçı»kitabında («Işıq» – 1981) Bakının musiqi məclisləri haqqında maraqlı məlumat verir. O, yazır ki, Mirzə Fərəc keçən əsrin 80-ci illərində Bakıda yaranmış «Məcmuə üş-şüəra»nın üzvü olan Ağakərim Salikin Hüçrəsində toplanmış şer – musiqi məclisinin ən yaxın iştirakçısı idi. Salik şair və həm də musiqişünas olub. Bu məclisdə muğamlar haqqında maraqlı müzakirələr keçirilərmiş. Vəli Məmmədov həmin kitabla 76-cı səhifədə Mirzə Mənsura aid yazılarında yazır ki, «Tarzən usta Fərəcdən muğamların yaranma tarixini əxz edir».

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page