ΘΠΡΘΜΘΗ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM (ardı)
Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN» ADLI SƏNƏT INCISI
Səadət QARABAĞLI
RADIONUN MUSIQI VERILIŞLƏRI REDAKSIYASI: DÜNƏN, BU GÜN, SABAH
Ramiz MIRIŞLI
|
|
1925-26-cı illərdə Üzeyir bəy ABŞ-dan Okorokov familiyalı bir bakılı musiqi-çidən məktub alır. Okorokov vaxtilə Bakıda violonçelçalan olmuşdur. Məktubda o, Üzeyir bəyə bildirir ki, burada Maqalyan familiyalı birisi Sizin «Arşın mal alan» operettanızı özəlləşdirərək çoxlu pullar qazanır. Mənə vəkalətnamə göndərsəniz, halal pullarınızı alıb Sizə yollayaram.
Lakin o dövrün təzadları üzündən Okorokovun məktubu cavabsız qalır. Ermənilər isə daha da azğınlaşaraq, ABŞ-da tamaşaya qoyduqdarı «Arşın mal alan»ı həyasızcasına «erməni operettalarının kraliçası» adlandırırlar.
1942-ci ildə, ikinci Dünya müharibəsi dövründə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri Iranda olarkən, ermənilər tərəfindən Amerikada çəkilmiş həmin «Arşın mal alan» filminə baxırlar. Titrlərdə Üzeyir bəy Hacıbəyovun adına rast gəlmədiklərindən hiddətlənir, Bakıya dönüncə bu xəbəri Üzeyir bəyə çatdırırlar. Ü.Hacıbəyov bundan çox mütəəssir olur və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırova məktub göndərir. M.C.Bağırov məktubu alan kimi Üzeyir bəyə zəng çalır və bildirir ki, bu məsələnin həlli üçün Moskvaya müraciət etmək lazımdır. Ü.Hacıbəyov dərhal SSRI-nin xarici işlər naziri Molotova məktub yazır. Aradan bir neçə gün keçdikdən sonra, gecə vaxtı Üzeyir bəyin evinə Moskvadan zəng edilir. Molotovun köməkçisi olduğunu bildirir və Ü.Hacıbəyovdan belə gec telefon açdığı üçün üzrxahlıq edərək söyləyir ki, Molotov yoldaş Sizin məktubunuzla tanış oldu və tapşırdı məlumat verim ki, SSRI müəllif hüquqlarının müdafiəsi üzrə Beynəlxalq konvensiyay
a daxil olmadığı üçün Sizin hüquqlarınızı müdafiə etmək iqtidarında deyilik.
Lakin aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan yenə də zəng olur. Bu dəfə SSRI kinematoqrafiya komitəsinin sədri Bolşakov gecə vaxtı narahat etdiyi üçün, Üzeyir bəydən üzr diləyərək bildirir ki, indicə I.V.Stalin yoldaşın yanından gəlirəm. Yoldaş Stalin Sizin məktubunuzdan xəbərdardır və göstəriş verdi Sizə çatdıram ki, müəllif hüquqlarınızı müdafiə etmək məqsədi ilə təcili olaraq Bakı kinostudiyasında «Arşın mal alan» filmi çəkilməli və bütün dünya ekranlarına göndərilməlidir.
Elə də edirlər. 1943-cü ildə ikinci Dünya müharibəsinin qızğın çağında «Arşın mal alan» filmi üzərində gərgin iş başlayır. Nəhayət, 1945-ci ildə S.Rəhmanın ssenarisi əsasında R.Təhmasibin və N.Leşşenkonun rejissorluğu ilə eyniadlı film üçüncü dəfə lentə çəkilir və planetin hər guşəsində böyük müvəffəqiyyətlə göstərilir. Beləliklə də Üzeyir bəyin müəllif hüquqları bərpa edilir və bütün dünyada «Arşın mal alan»ın əsl müəllifi hamıya bəlli olur.
Onu da qeyd edək ki, «Arşın mal alan» filmi çox maraqlı və uğurlu alınmış, Üzeyir bəyin özü tərəfindən yüksək qiymətləndirilmişdir. Bu filmdə çox dəyərli aktyor ansamblı toplanmışıdır. Dünya şöhrətli müğənni Rəşid Behbudov (Əsgər), Leyla xanım Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseyzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala), Ismayıl Əfəndiyev (Süleyman), Lütfəli Abdullayev (Vəli), Fatma Mehrəliyeva (Telli), və b. çəkilmişlər. Filmin operatorları Əlisəttar Atakişi-yev və Muxtar Dadaşov olmuşlar.
1946-cı ildə «Arşın mal alan» filminə görə Ü.Hacıbəyov, R.Təhmasib, N.Leşenko, R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli, L.Abdullayev Stalin mükafatına layiq görülmüşlər.
«Arşın mal alan» filminin çəkilişi üçün Dövlət beş milyon rubl ayırmışdır. Bu filmin ekranlarda nümayişindən isə o zamankı araşdırmalara görə Dövlətə bir milyard iki yüz min rubl məbləğində gəlir gəlmişdir. Valyuta hesabı isə sirr olduğu üçün açıqlanmamışdır.
1966-cı ildə «Arşın mal alan» əsərinə yenə də müraciət edilərək, T.Tağızadənin rejissorluğu ilə dördüncü dəfə rəngli film çəkilmişdir. Burada əsas rolları H.Məmmədov (Əsgər), L.Şıxlinskaya (Gülçöhrə), H.Yagizarov (Süleyman), A.Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S.Ibrahimova (Telli) və b. oynamışlar.
Azərbaycan mədəniyyəti tarixində xüsusi yerə məxsus «Arşın mal alan» adlı sənət incisi bütün cahanı fəth edərək, Azərbaycanımızı dünyada tanıtdı. Bu, mədəniyyətimizin əlçatmaz, ünyetməz zirvəsi olan Üzeyir bəy Hacıbəyovun bəşəri, həmişəyaşar yaradıcılığının bariz nümunəsidir. Dünya durduqca Üzeyir bəy də, onun həmişə yeni və ölməz irsi də var olacaqdır. Şöhrət tacı isə «Arşın mal alan»ın başı üstündən heç vaxt enməyəcəkdir.
«ARŞIN MAL ALAN» OPERETTASININ
TAMAŞAYA QOYULDUĞU
ŞƏHƏRLƏRIN QISA SIYAHISI
|