ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM (ardı)
Ruqiyə RZAYEVA
«ARŞIN MAL ALAN» ADLI SƏNƏT INCISI
Səadət QARABAĞLI
RADIONUN MUSIQI VERILIŞLƏRI REDAKSIYASI: DÜNƏN, BU GÜN, SABAH
Ramiz MIRIŞLI
|
|
Redaksiyada gündəlik işlər 3 bölüm üzrə yerinə yetirilir:
– Xalq musiqisi;
– Klassik və dünya musiqisi;
– Bədii materiallar və musiqi proqramlarının redaktəsi;
Onu da deyək ki, ədəbi redaktorlardan başqa kollektivin təxminən bütün üzvləri Musiqi Akademiyasını bitirmiş gənclərdir. Efirdə eşidilən rəngarəng musiqi proqramlarını hazırlayıb dinləyicilərə çatdıran onlardır.
«Xalq musiqisi» şöbəsi əməkdaşlarının gərgin əməyi sayəsində vaxtaşırı hazırlanan «Muğam saatı», «Muğam axşamı», «Sizin istəyinizlə», «Aşıq havaları», «Qəhrəmanlıq nəğmələri», «Muğam ustalarımız» və bu kimi veriliş və konsert proqramları dinləyici ürəyinə geniş yol tapmışdır.
Redaksiyada son illər vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı tələb və göstərişlərlə və əlaqədar bu sahədə nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə etmişdir. Teleradio Şirkəti rəhbərliyinin bu sahəyə gündəlik nəzarəti aşağıda sadalanan konsert və verilişlərin meydana çıxmasına təkan vermişdir. Həmin musiqi proqramlarına bir daha nəzər salaq:
1. «Əsgər istəyi»
2. «Azərbaycan əsgəri»
3. «Əsgər andı»
4. «Nəğmə də bir silahdır»
5. «Azərbaycan ordusu»
6. «Vətənin keşiyində»
7. «Qəhrəmanlıq nəğmələri»
8. «Hünər-zəfər nəğmələri» (veriliş və konsert)
9. «Sizin üçün Vətən oğulları.
«Əsgər istəyi» hərbi hissələrdə əsgərlər arasında hazırlanır. Müəllifi Rəhman Quluzadənin hərbi hissələrə hər bir səfəri əsgərlərimizlə hər bir görüşü hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi üçün uğurlu addımlardan biridir desək, səhv olmaz. Bu verilişdə əsgərlərin təkcə hansı musiqi nömrəsini səsləndirmək istəyi özünü tapmır. Müəllif bacardıqca əsgərlərin həyat tərzini, onların gündəlik qayğılarını da göstərir, gənc Vətən keşikçilərinin arzu və istəklərini, onların öz dili ilə, öz səsi ilə səsləndirir. Bu verilişlə əlaqədar redaksiyaya çoxlu əsgər və valideyn məktubu gəlir.
«Bədii materiallar və musiqi proqramlarının redaktəsi» şöbəsinin hazırladığı proqramlar da son illərdə məzmun və mündərəcəsi ilə seçilir. Tanınmış radiojurnalistlərinin hazırladıqları bu verilişlər intellektual səviyyəsi, dinləyici ürəyinə yol tapması və aktuallığı ilə xarakterikdir. Belə proqramlara «Bu gün sizinlə» (müəllifi və aparıcı əməkdar jurnalist Fəridə Aslanbəyli), «Ovqat» (müəllifi və aparıcı Gülsüm Əhmədqızı), «Sarıtel» (müəllifi və aparıcı filologiya elmləri namizədi, folklorşünas Elxan Məmmədli), «Gözəlləmə» (müəllifi əməkdar incəsənət xadimi, yazıçı Mövlud Süleymanlı), «Axşam görüşləri» (müəllifi və aparıcı professor Rəfael Hüseynov), «Yeni lent yazıları» (müəllifi musiqişünas Hacı Məmmədov), «Ustad xanəndələrimiz» (müəllifi Maşallah Xudubəyli) və bu kimi musiqili proqramlarını qeyd etmək olar.
Bu proqramlar və müəlliflərilə yaxından tanış olaq: «Bu gün sizinlə» Respublika Jurnalistlər Birliyinin «Qızıl qələm» və «Xan qızı Natəvan» mükafatlarının sahibi, əməkdar jurnalist Fəridə Aslanbəyli 45 ildir ki, taleyini Dövlət Teleradio Şirkətinə bağlayıb. Hazırladığı «Bu gün sizinlə» 45 dəqiqəlik həftəlik müəllif proqramı az müddətdə geniş dinləyici auditoriyası toplayıb. Bu gün respublikanın bir çox rayonları ilə məktub əlaqəsini telefon zəngləri əvəz edir. Şənbə və təkrarı cümə axşamı efirə gedəndən sonra dinləyicilər ürək sözlərini, fikir və rəylərini söyləyirlər. «Bu gün sizinlə» proqramının məqsədi musiqi xadimləri, muğam bilicilərilə, sənətə ilk addımlarını atan gənc istedadlarla dinləyiciləri görüşdürməkdir. Bu proqramlarda söhbət musiqimizin bu günündən gedir, gənclərə məsləhətlər verilir. Dünyasını dəyişmiş sənətkarlar yad edilir. Əməkdar müəllim Nəriman Əliyevin, Nadir Axundovun, Bəhruz Zeynalovun, Gülağa Məmmədovun, Izzətalı Zülfüqarovun sənət dünyasına həsr olunmuş verilişlər belə
lərindəndir. Ustad sənətkarlar Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Alim Qasımov, bəstəkar Arif Məlikov, xalq artisti Zeynəb Xanlarova, Ilhamə Quliyeva, Səkinə Ismayılova, Mələkxanım Əyyubova və başqa sənət adamları ilə efirə çıxmaq, dinləyici ilə 45 dəqiqə ünsiyyətdə olmaq ənənəyə çevrilib.
«Yeni lent yazıları» ayda iki dəfə dinləyicilərə təqdim olunur. Bu konsert icmalın müəllifi artıq 30 ildən də çox iş stajı olan musiqişünas Hacı Məmmədovdur. Adından göründüyü kimi, əsas məqsəd bədii şuradan keçmiş və fond fonotekasına qəbul olunmuş lent yazıları ilə tanışlıqdır. Bir qayda olaraq lent yazısı ilə tanış olduğumuz sənətkar, istər bəstəkar olsun, istər xanəndə və müğənni studiyaya dəvət olunur, bu lent yazıları barədə canlı söhbət gedir.
«Ovqat». Psixoloqların rəyinə görə, insan gün ərzində bir saat gərginliyi azaltmalı, müsbət emosiyalar almalıdır. Bu işdə milli radiomuzda 1994-cü ildən yaranan «Ovqat» proqramı da onlara az kömək etmir. 40 dəqiqə ərzində dinləyici bir az qayğılardan uzaqlaşır, səmimi söhbətlərdən xoş əhval yaranır. Bu xoş əhvalı yaradan verilişin müəllifi və aparıcı Gülsüm Əhməd qızıdır. Bir qədər yumor, bir qədər öyrədici söhbətlərilə çoxlu dinləyici rəyi qazanan müəllif 30 ildir ki, taleyini doğma musiqi redaksiyasına bağlayıb.
Səmimiyyət üzərində qurulan «Ovqat» verilişi ilk gündən dinləyici auditoriyasını ələ alıb. Evdar qadından akademikə qədər hamı bu proqramı müntəzəm izləyir, yolunu səbirsizliklə gözləyir. Sübh tezdən yaranan nikbinlik gün boyu davam edir. Insan nikbin olanda özünü gümrah hiss edir, ətrafdakılara da xoş təsir bağışlayır. «Ovqat» verilişi həm əyləndirir, həm də maarifləndirir.
«Muğam dünyamız» 60 dəqiqəlik bu proqramı Bakı Musiqi Akademiyasının məzunu, musiqişünas Səadət Təhmiraz qızı hazırlayır. Kollektivin ən gənc üzvü olmasına baxmayaraq dinləyiciləri elə ilk çıxışlarından ələ ala bilib. Ustad sənətkarların iştirakı ilə hazırlanan «Muğam dünyamız» musiqi proqramında söhbət və müzakirələr canlı ifa ilə müşayiət olunur. Ulu muğamlarımızın yaşaması, xanəndəlik məktəbinin davam etdirilməsi, xüsusilə yeniyetmə və uşaqların bu əvəzsiz musiqi janrına həvəs göstərməsi işində radio verilişinin xidməti göz qabağındadır.
|