ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Ü.HACIBƏYOVUN
«ARŞIN MAL ALAN»
MUSIQILI KOMEDIYASINDA
MILLI LADLARIN TƏZAHÜR
FORMALARINA DAIR

Cəmilə HƏSƏNOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Ü.HACIBƏYOVUN
«ARŞIN MAL ALAN»
MUSIQILI KOMEDIYASINDA
MILLI LADLARIN TƏZAHÜR
FORMALARINA DAIR

Cəmilə HƏSƏNOVA
AZƏRBAYCANIN ƏNƏNƏVI
XALQ MUSIQISI
ATLASI

(ilk ekspedisiyanın ümumi icmalı)

Fəttah XALIQZADƏ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI

 


Göründüyü kimi, melodiya ladın istinad pillələri əsasında qurulmuşdur. Bu cəhət harmoniyada da öz əksini tapmışdır. Belə ki, fis şur ladının funksional özəyini təşkil edən IV – tonika, Vı – üst medianta, və VIII pillə – tonikanın kvintası: «fa diyez – lya – do diyez», həm də fis-mollun tonika üçsəsliyidir. Aşığıda fis şur ladının səssırasında göstərilən pillələr qeyd olunmuşdur (nümunə ¹ 3).

Ariyanın orta bölməsi onun kulminasiyası olub, yüksək registrdə səslənir. Burada lad-tonallıq dəyişir: fis şurdan dis segah ladına modulyasiya olur (nümunə ¹ 4).

Fis şur baxımından orta bölmə üst tonikaya («fa diyez2») istinad edir. Lakin bu səs dəfələrlə təkrarlandıqdan sonra melodiya «re diyez» səsində dayanır. «Fa-diyez2» səsi dis segahın VI pilləsi – əsas tonun kvintası vəzifəsini görür. Beləliklə, fis şur və dis segah ladları qarşılaşdırılır.

Dis segahın funksional dayaq pillələri II – əsas ton («si»); IV – tonika («re diyez»); VI – əsas tonun kvintasıdır («fa diyez»). Bu da H-durun tonika üçsəsliyinə bərabərdir. Buna əsaslanan bəstəkar harmoniyada H-dur’un funksional akkordlarından istifadə etmişdir.

Klassik funksional baxımdan ariyanın lad-tonallığını bu şəkildə göstərmək olar: fis moll – H-dur – fis-moll; Göründüyü kimi, hissələrin arasında kvarta münasibəti özünü bürüzə verir. Gülçöhrənin «Pərişan xəlqi aləm» sözləri ilə başlanan ariyası da üçhissəli formadadır. Bu ariyada isə segah və şüştər ladları qarşılaşdırılır: I h. Gis segah, orta bölmə – e şüştər, III h. Gis segah.

Birinci hissədə melodiya «si» səsinin dəfələrlə təkrarlanmasından yaranır və sonra kiçik tersiya çərçivəsində aşağıya doğru hərəkət edərək, «sol diyez» səsində dayanır «si» səsi sol diyez segah ladında VI pillə – əsas tonun kvintasıdır (nümunə ¹ 5 a, b).

Məlum olduğu kimi, segah ladının əsas funksional pillələri II–IV–VI pillələrdir. Gis segahda qeyd etdiyimiz pillələrin birləşməsi E-dur’un tonika üçsəsliyinə uyğundur, bəstəkar bu uyğunluqdan harmoniyada istifadə edir.

Orta bölmədə melodiyanın diapazonu geniş-ləndirilir. Melodiya mi şüştər ladına modulyasiya edir. Əsas istinad – dayaq pillələri kimi «si1» – «mi2» çıxış edir (nümunə ¹ 6a, b). Ü. Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabında göstərdiyi kimi, şüştər ladında yazılan melodiya üçün VI pillədə – tonikada yarım kadans, III pillədə – tamamlayıcı tonda tam kadans verilir. Beləliklə, III və VI pillələr əsas funksional özək kimi çıxış edir. (baxdığımız melodiyada «si–mi»). Bu pillələr mi minorun V və I pillələri ilə üst-üstə düşdüyündən mi şüştərin mi minorla qarşılaşdırılmasına zəmin yaradır. Bununla yanaşı, ariyanın ümumi lad-tonal planının gis segah (E-dur) – e şüştər (e-moll) şəklində qurulması eyni adlı major-minor dəyişkənliyinə əsas verir.

Gülçöhrənin etirafı si segah ladına əsaslanır. Melodiyanın əsas funksional pillələri II – «sol», IV – «si», VI – «re» çıxış edir (Sol majorun tonika üçsəsliyi). Melodiya VII pillə («mi» səsi) üzərində gəzişərək, VI pilləyə («re») istinad edir. Bu pillə alt və üst aparıcı səslərlə əhatə olunaraq möhkəmləndirilir (nümunə ¹ 7).

Ü. Hacıbəyov öz kitabında göstərir ki, segah ladında qurulan melodiyalarda ladın VI pilləsinə istinad «Şikəsteyi-fars» şöbəsinə uyğundur.

Gülçöhrənin elegiyası da şüştər ladındadır. Melodiya şüştərin tonikası («do») və tamamlayıcı tonu («sol») çərçivəsində hərəkət edərək, birinci cümlədə tonikada, ikinci cümlədə isə tamamlayıcı tonda bitir. II cümlə nəqərat rolunda çıxış edir. Bu cümlə də tamamlayıcı tonda bitir. Ikinci bənddə melodiyanın istinad pilləsi dəyişir, VII piləyə dayaqlanma özünü göstərir. Bu, «Şüştər»in «Tərkib» şöbəsi üçün səciyyəvidir (nümunə ¹ 8).


Gülçöhrənin naləsi də do şüştər ladına əsaslanır. Bir sıra cəhətlərinə görə Nalənin melodiyası Elegiyanın melodiyasına yaxındır. Eyni lad əsası, melodiyanın kvarta gedişləri, tonika və tamamlayıcı ton çərçivəsində hərəkəti, istinad pillələrinin melodik ibarələrlə əhatə olunması bu qəbildəndir.

Göründüyü kimi, nəzərdən keçirdiyimiz melodiyaların quruluşunda lad qanunları çox qabarıq əks olunur. Xüsusilə ladın istinad pillələri mühüm rol oynayır. Istinad pillələri aparıcı səslər və melodik ibarələrlə əhatə olunur. Tam və kadanslar ladın istinad pillələrinə təsadüf edir. Ladın funksional dayaq pillələri harmoniyaya böyük təsir göstərən amildir. Belə ki, çox zaman harmoniyalar ladın əsas pillələrindən təşkil olunur. Lad modulyasiyaları da diqqəti cəlb edir. Bir laddan digərinə keçidlər emosional dəyişikliklərlə, müxtəlif lad çalarlarının meydana gəlməsi ilə bağlı olur.

Beləliklə, biz ötəri də olsa «Arşın mal alan» musiqili komediyasında milli ladların təzahür formalarına diqqət yetirdik. Əlbəttə ki, məqalənin həcmini nəzərə alaraq, biz təhlili müəyyən çərçivədə məhdudlaşdırdıq. Buna baxmayaraq, əsərin hər bir musiqi nömrəsinin milli lad baxımından araşdırılması bizim üçün çox maraqlıdır. Ümumiyyətlə, «Arşın mal alan» musiqili komediyası milli lad nəzəriyyəsinin, Azərbaycan musiqisinin lad-intonasiyalarının araşdırılması ilə məşğul olan musiqişünaslar üçün geniş imkanlar açır. Bəstəkar yaradıcılığında milli ladların təzahür formalarının öyrənilməsi mühum elmi nəticələr və ümumiləşdirmələr əldə etməyə zəmin yaradır.

ƏDƏBIYYAT


1 Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı, «Yazıçı», 1985, s. 235.
2 Qarayev Q. Unudulmaz müəllim, dahi sənətkar. «Ədəbiyyat və incəsənət». 22 noyabr, 1958.
3 Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, «Yazıçı», 1985, s. 16.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page