ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Ü.HACIBƏYOVUN
«ARŞIN MAL ALAN»
MUSIQILI KOMEDIYASINDA
MILLI LADLARIN TƏZAHÜR
FORMALARINA DAIR

Cəmilə HƏSƏNOVA
AZƏRBAYCANIN ƏNƏNƏVI
XALQ MUSIQISI
ATLASI

(ilk ekspedisiyanın ümumi icmalı)

Fəttah XALIQZADƏ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI

 




Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biridir. O, Qurbani, Aşıq Ələsgər, Xəstə Qasım, Aşıq Qurban, Abbas Tufarqanlı kimi böyük sənətkarlarımızın ən layiqli, ən kamil davamçısı, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan «ustad aşıq» kimi dəyərləndirilir. Aşıq Şəmşir hələ yaşadığı dövrdə «dədə» kimi yüksək bir ad qazanmışdır. Bu, çoxlarına nəsib olmayan bir addır. Bu adı Aşıq Şəmşir öz müdrik şerləri, çoxşaxəli yaradıcılığı, həyata baxışları, yaşam tərzi ilə qazanmış və böyük şərəflə yaşamışdır.

Aşıq Şəmşirin yaradıcılığı hərtərəfli və genişdir. O, aşıq şer formalarının, demək olar ki, hamısında gözəl əsərlər yarada bilmişdir. Gəraylı, qoşma, təcnis, divani, müxəmməs və s. formalarda şerlər yazmış, dastanlar qoşmuşdur. Ədəbiyyatşünaslar, ilk növbədə Aşıq Şəmşirin ustadnamələrini, nəsihətnamələrini, böyük ustalıq tələb edən təcnislərini vurğulayır. Bu şerlər ustad aşığın yüksək sənətkarlığını, həyata fəlsəfi baxışlarını, dərin fikir söyləmək, ümumiləşdirmək qabiliyyətini üzə çıxarır. Yaradıcılığının ilk dövrlərində haqsızlığa, ədalətsizliyə, zamana qarşı çıxan və bu yöndə böyük cəsarət, üsyankarlıq göstərən, həqiqət carçısı kimi çıxış edən Aşıq Şəmşir sonralar daha çox Vətən, gözəllik, təbiət vurğunu kimi məhəbbət dolu, romantik ruhlu şerlər yazır, mərd-mərdanə deyimlər, hikmətli sözlər, müdrik kəlamlar söyləyir. Aşıq Şəmşir «şerdən-şerə sənətkarlığı cəhətdən təkmilləşir, şerlərində məna dərinləşir, məzmun daha dolğunlaşır, bədii ifadə tərzi gözəlləşir, vəzn, ahəng, qafiyə , rədif – hamısı öz yerini alır, xüsusilə, səslər düzümü səliqəsi gün-gündən püxtələşir».1

Səməd Vurğunun «kəşfi» adlandırılan Aşıq Şəmşir dağlar qoynunda doğulub, boya-başa çatmış, atası Aşıq Qurban onun yaxın dostu, böyük ustad Aşıq Ələsgərin həyat məktəbini keçmişdir. Uşaqlıq illərindən sazla, sözlə böyüyən Aşıq Şəmşir ilk xeyir-duasını da Aşıq Ələsgərdən almışdır. Ilk dəfə olaraq, məhz Aşıq Ələsgər Şəmşirin səsi olduğunu, getdikcə açılacağını, qocalanda da yaxşı oxuyacağını uzaqgörənliklə qabaqcadan xəbər vermişdir. Öz şerlərində Aşıq Ələsgəri «pak ustad», «sənətinin qibləgahı, idrakının mehri, mahı» adlandıran Aşıq Şəmşir bütün ömrü boyu böyük sənətkarın tövsiyyələrini yerinə yetirmiş, ənənələrinə sadiq qalmışdır.

Aşıq Şəmşir böyük ustad sənətkara xas olan bütün keyfiyyətləri özündə toplamış, söz söyləmiş, saz çalmış, oxumuş, dastan, «açmış» mahnı, qoşmuş, müəllimlik etmişdir.

Dədə Şəmşir gözəl səsə malik aşıq olmuşdur. Əsl müğənnilərə xas olan vacib xüsusiyyətlər – güclü səs, geniş nəfəs, xüsusilə gözəl zilə malik böyük səs diapazonu, sözlərin dəqiq və dürüst tələffüzü, oxunan havanın hər bir səsinin, sözünün mənalandırılması və bir çox digər xüsusiyyətlər onun «boğazına» xas olan xüsusiyyətlər idi. Onun səsi «coşğun, qüdrətli səs», «ürəyəyatımlı», bəzən «titrək və həzin səs» kimi anılır, gözəl zəngulələri haqda söhbət açılır. Aşıq Şəmşirin 70-80 yaşlarında ifası belə xatırlanır: «Kişi (Aşıq Şəmşir – I.K.) illərin ağır qocalıq yükünü üstündən atıb, qızılquşa döndü. Bir anda çuxasını çıxarıb, sözün əsl mənasında nərilti ilə səhnəyə tullandı… Bir «Dəli Koroğlu» başladı, nə başladı. Bu sənətkarın möcüzəsi idi. Bəli, Dədə Şəmşir təlatümə gəlmişdi. cavanlıqdan gizlənib qocalığa qalan coşğunluq ehtirası bütünlüklə üzə çıxmışdı. Sanki qəvi pəhlivan meydanda dayanıb, rəqib gözləyirdi…. cavanlığında ev damlarında məclis keçirən Dədə Şəmşir nərə çəkərkən, nəfəsi ilə havanı ehtizaza gətirib, otuzluq çıraqları söndürdüyünə dair görənlərin xatirələrinə əvvəllər inanmazdıq. Indi möcüzə göz önündə idi.»2

Aşıq Şəmşir aşıq sənətinin bütün incəliklərinə dərindən bələd idi, aşıq şerləri, onların forma və quruluşu, mətnin düzgün seçilməsi, sözlə musiqinin uyğunluğu məsələlərinə də böyük məsuliyyətlə yanaşmışdır. O deyirdi: «Bəzən havalara uyğun söz seçə bilmirlər, «Ayaq divani»ni çalıb, «Misri» oxuyan da görmüşəm, «Misri» çalıb, «Gəraylı» oxuyan da. Axı «Misri» on bir hecalı, «Gəraylı» isə 7-8 hecalı şer istəyir»3. O, saz havalarının saflığına can atır, özü yalnız aşıq mahnılarına xas «boğaz»lar, «gəzişmə»lər edir, «saz havalarına muğamın qarışması»na melodiyalara həddən artıq «çox gül vurulması»na, «əndazədən çıxarılması»na4 qarşı çıxırdı. O, «Şərili», «Baş Sarıtel», «Qaytarma», «Kərəm şikəstəsi» və başqa havaları böyük məharətlə ifa etmişdir. Xüsusilə «Ayaq divanı» oxumağı sevdiyini, bu havanın «Koroğlu cəngisi» kimi zərblə və zildə oxunduğu5 üçün, yəni zil səsinin gücünə və texniki imkanlarına daha yaxın olduğu üçün sevdiyini söyləmişdir.

Aşıq Şəmşir sazda da gözəl çalırdı. Sazın bütün sirləri və incəliklərinə, kök və pərdə düzümlərinə, texniki və bədii ifadə vasitələrinə dərindən bələd idi.

Sanki sazla birlikdə doğulan, hələ körpə yaşlarında sazda çalırmış kimi ətrafındakılara «konsert» verən kiçik Şəmşir sonralar həm möhkəm, həm yumşaq, həm də iti barmaqlara, gözəl təzanə tutmağı bacaran güclü biləyə malik, sazın bütün registrəlrini, pərdələrini eyni məharətlə dilləndirməyi bacaran mahir saz ustasına çevrilmişdir. Ə.Eldarova da özünün «Azərbaycan aşıq sənəti» kitabında Aşıq Şəmşirin sazda «virtuoz ifa tərzinə malik olmasını»6 qeyd etmişdir.

Hər bir ustad aşıq kimi Aşıq Şəmşir də çoxlu sayda – 39 şagird yetişdirmişdir. O, öz şagirdlərinə övladları kimi baxaraq, öz evində saxlamış, onlara təmənnasız müəllimlik etmiş, sənətlə yanaşı öz sevgisini də bəxş etmişdir, bu böyük sənəti başqa millətlərə də öyrətməyindən fəxr duyduğunu söyləmişdir. O, öz ana dilinin vurğunu olmuş, Vətənə, doğma dilə məhəbbət hissi, milli qürurla, «Füzuli dili gərək dünya dili olaydı. Dili saydıran, sevdirən dilin sahibidir»7 demişdir. O, başqa millətdən olan, «bu dildə qüdrətli söz abidələri yaradacaq qədər kamilliklə, incəliklə8 öyrənən» şagirdlərinə öz doğma dilini sevdirə bilmişdi. Aşıq Şəmşir mahnılar da qoşmuşdur. Onun «Şəmşiri» və «Səmədi» adlı iki mahnısı məlumdur. Aşıq həm də «Şəmşir və Sənubər» dastanınn yaradıcısıdır.

Aşıq Şəmşirin Azərbaycan musiqi mədəniyyəti qarşısında ən böyük xidmətlərindən biri, onun çoxlu sayda aşıq havalarını lentə yazdırmasıdır. 1956-cı ildə o, aşıq musiqisinin gözəl tədqiqatçısı Ə.Eldarovanın dəvəti ilə konservatoriyada olmuş, 73 aşıq havasını lentə yazdırmışdır. «cümlə aşıqların dəftəriyəm mən» deyən ustad bu addımı ilə dediklərini sübuta yetirmiş, aşıq musiqisinin canlı ensiklopediyası olduğunu tarixə yazmışdır. Indi həmin lent yazıları aşıq musiqisinin öyrənilməsi və tədqiqində əvəzolunmaz xəzinədir.

Böyük ustad kimi aşıq sənəti problemləri onu daim narahat etmişdir. O, Azərbaycanda mövcud olan müxtəlif aşıq məktəbləri, onların fərqli xüsusiyyətlərinin öyrənilməsi, bu mühitlər arasında əlaqələrin gücləndirilməsi, aşıq sənətinin daha dərindən öyrənilməsi, təbliği və bu kimi problemlərlə maraqlanmışdır. O, mühüm məsələləri, çətinlikləri həll etmək üçün Aşıqlar Birliyinin yaradılması, aşıqlar qurultayı və məclislərinin çağırılması təkliflərini irəli sürmüşdür. O, saz aləti istehsal edən sexin açılmasını arzulamış, bir çox qədim aşıq havalarının unudulduğunu ürək ağrısı ilə qeyd etmişdir. O, «Səməndəri», «Həcəri», «Məhəmmədi», «Kolanbəyli», «El arzusu» havalarının son zamanlar artıq oxunmadığını təəssüf hissi ilə söyləmişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page