ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Ü.HACIBƏYOVUN
«ARŞIN MAL ALAN»
MUSIQILI KOMEDIYASINDA
MILLI LADLARIN TƏZAHÜR
FORMALARINA DAIR

Cəmilə HƏSƏNOVA
AZƏRBAYCANIN ƏNƏNƏVI
XALQ MUSIQISI
ATLASI

(ilk ekspedisiyanın ümumi icmalı)

Fəttah XALIQZADƏ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI

 


Şerin ara bəndlərini isə «şöbə»lərlə müqayisə edə bilərik. Hər muğam şöbəsi yeni inkişaf mərhələsi deməkdir və hər biri yeni istinad pilləsində öz əksini tapır, hər yeni şöbə dramaturji xəttin yeni – kulminasiyaya doğru yeni pilləsi kimi qavranılır. Beləliklə, hər şer bəndinin üç qafiyələnən misrasını şöbə və onun qanunauyğunluqları ilə müqayisə edə bilərik.

Hər şöbənin sonunda isə yenidən maye pilləsinə qayıdış xüsusiyyəti müşahidə olunur. «Onun (mayenin – I.K.) vasitəsilə şöbənin sonunda mayeyə qayıdılır ki, maye, necə deyərlər, «təsdiq» olunur və şöbənin melodiyası öz məntiqi yekununu əldə edir».11 Bu isə rədif qafiyələrdə və rədif kəlməsində öz əksini tapır.

Beləliklə, həm rədif şeri bütövlükdə, həm də maye dəstgahı həm quruluş, həm ideya və məzmun cəhətdən qanuni bir çərçivəyə salır, ona tamlıq və bütövlük gətirir.

Bütün bunlar aşıq şerinin, ümumiyyətlə, Azərbaycan şerinin, Şərq klassik şerinin formalaşmasında musiqinin aparıcı rolunu bir daha qeyd edir. Biz burada, daha aydın olsun deyə, müqayisə üçün muğam dəstgahının formasından istifadə etdik. Lakin, məlumdur ki, aşıq havaları içərisində deklamasiya – reçitativ xasiyyətli havalar çoxdur və öz intonasiya və tematizminin inkişaf tərzinə görə improvizasiya tiplidir. Bu növ aşıq havalarında biz eyni prosesi izləyə bilərik.

Aşıq musiqisinin gözəl tədqiqatçısı Ə.Eldarova özünün «Azərbaycan aşıq sənəti» kitabında aşıq şerinin, fikrimcə çox dəqiq təsnifatını vermişdir. O, aşıq şerinin növlərini a)tematik, b)leksik, v)fonetik, q)formayaradıcı və s. bölümlərə ayırır.12 Q punktuna musiqişünas Ayaqlı qoşma, cığalı təcnis, cığalı müxəmməs və s. aid edir. Bu sıraya, fikrimizcə M.Həkimovun «Aşıq şerinin növləri» əsərində qeyd etdiyi – «nəqəratlı», «sallama», «qaytarma» şəkilli şer formalarını da əlavə etmək olar. Bu şer şəkillərinin nəzəri təhlili, onların məhz musiqi ilə bağlı olaraq yarandığını söyləməyə əsas verir.

Beləliklə, bir çox tədqiqatçıların araşdırmalarına əsaslanaraq, əminliklə demək olar ki, Azərbaycan aşıq şerinin müəyyən forma və şəkilləri məhz musiqi ilə bağlı olaraq yaranmışdır. Osman Sarıvəlli demişdir ki, «hər bir yeni şer şəkli öz dövrünün bədii kəşfi olmuşdur»13. Bu fikri əsas tutaraq, deyə bilərik ki, bu poetik şəkillərin bir çoxunu məhz Azərbaycan aşıqları yaratmış, kəşf etmişlər, bununla da, Azərbaycan musiqisi ilə yanaşı, Azərbaycan şerini də zənginləşdirmişlər.

Gəlin Aşıq Şəmşirin «Mənimsən» adlı cığalı müxəmməsinə diqqət yetirək:

Cığalı Müxəmməs
Məni sən
Insaf et, sevgili yar, salmısan haldan məni sən.
Məcnun tək zay elədin əql, kamaldan məni sən,
Gözlərin min can alır, saxla zavaldan məni sən
Gəl qurtar, bir məni ölüm bu qeylü qaldan məni sən
Tovlayıb salma kənar eldən, mahaldan məni sən.

Təzə cavan
Qaşı kaman
Şirin zəban
Öldüm aman!
Halım yaman.
Bir şux cavansan, pərim!
Gözəl, göyçək dilbərim!
Uzun boylu ərərim!
Ətrim, mişkü ənbərim!
Dildə şirin əzbərim!

Cismdə bir can kimi,
Ağılda ümman kimi,
Tutiyi-imran kimi,
Hüsnü də qılman kimi,
Çöllərdə ceyran kimi,

Ovçunam, salma uzaq, gözəl qəzaldan məni sən!

Tamamilə yeni forma, yeni quruluş. Osman Sarıvəlli bunu belə izah edir: «Müxəmməslərə bu əlavə bəndlər, bu cığalar nə üçündür? Nəzərə almaq lazımdır ki, divani və müxəmməs şəklində yazılmış şerləri eyni adlarda olan «Divani» və «Müxəmməs» havalarından ayrı götürmək, ayrı təsəvvür etmək çətindir. Bu saz havaları nəzərə alınmadıqda bu şer formaları da bir növ anlaşılmaz olur… 7 bəndlik, hər misrası da 16 hecadan ibarət şeri aşıq ifa etdikdə çox yorucu olur… Belə bir vəziyyətdə cığalar ifaçıların köməyinə gəlir. Musiqi («Müxəmməs») havası əlavə xallarla, yeri gəldikdə öz ahəngini dəyişir, havanı yeknəsək olmaqdan qurtarır. Beləliklə, götürülmüş böyük bir mövzu, geniş bir məzmun dinləyiciləri yormadan ifa olunur.»14

Əlavə olaraq, deyə bilərik ki, cığa şeri və musiqi formasını bəzəməklə15, yeniləşdirməklə bərabər, ona çeviklik və dinamiklik gətirir. Şer formalarının dəyişməsi (müxəmməs, təsnif, bayatı) musiqidə metro-ritm dəyişkənliyi, melodik və intonasiya rəngarəngliyi, obraz və ovqatın çoxplanlığı xüsusiyyətini yaradır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page