ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Ü.HACIBƏYOVUN
«ARŞIN MAL ALAN»
MUSIQILI KOMEDIYASINDA
MILLI LADLARIN TƏZAHÜR
FORMALARINA DAIR

Cəmilə HƏSƏNOVA
AZƏRBAYCANIN ƏNƏNƏVI
XALQ MUSIQISI
ATLASI

(ilk ekspedisiyanın ümumi icmalı)

Fəttah XALIQZADƏ
AŞIQ ŞƏMŞIRIN
MUSIQI DÜNYASI

Iradə KÖÇƏRLI

 


Çox təəssüf ki, professional Azərbaycan musiqisində cığalardan demək olar ki, istifadə olunmur. Bu bir çox musiqiçilərin Azərbaycan xalq musiqisinin rəngarəng çeşidlərini bilmədiklərindən irəli gəlir. Yalnız ölməz bəstəkarımız Üzeyir Hacıbəyov «Koroğlu» operasının IV pərdəsində aşıq musiqisinin bu maraqlı formasından istifadə etmişdir. Buradakı aşıq şikəstəsinin poetik mətni belədir:

Nazlı yarım, vəslə çatdım, keçdi hicran günləri
Aşiqəm mən, küyi-dilbər, vəsli canan istərəm

Vəsli canan
Keçdi hicran
Zülfi reyhan
Qəlbi viran
Zülfi reyhan, qəlbi viran, dil pərişan günlərim.

Düzdür, «bu tipik cığalı» forma olmasa da, mətnin quruluşu melodiyanın musiqili şərhi zamanı ifadə olunan inkişaf tərzi bu fikri yürütməyə əsas verir.

Təəssüf hissi doğurur ki, əvvəllər aşıq şikəstəsi adlandırılan bu nömrə sonralar aşıq mahnısı kimi təqdim edilmişdir. Mətndə isə dəqiq deyilir:
Ehsan paşa: Aşıq, bir şikəstə
Koroğlu: Oxuyaram, baş üstdə.


Bununla da xalq musiqisinin zəngin janr və formaları təbliğ olunmaq əvəzinə unudulmuşdur. Bu faktın özü Ü.Hacıbəyovun xalq yaradıcılığına nə qədər dərindən bələd olmasını, onun ölməz yaradıcılığının nədən bəhrələndiyini bir daha aydın şəkildə sübut edir. Aşıq Şəmşir də bu dahi şəxsiyyəti yüksək qiymətləndirmiş, onun sənətinə, hərtərəfli yaradıcılığına pərəstiş etmiş və böyük təvazökarlıqla öz qoşmasında «Üzeyir adına şagirdəm ancaq» söyləmişdir.

Qoşayarpaq, qoşaqafiyəli şerləri də musiqi ilə bağlı şəkillərə aid etmək olar. Çünki «bu cür şerlər olduqca ahəngdar olur, həm də bunlar saz havaları üstündə oxunduğu vaxt daha yeni bir musiqi, yeni bir ahəng kəsb edir»16. Aşıq Şəmşirin öz yaradığılığında şerin bu çətin şəklinə də müraciət emişdir. Əsasən, bütün bənd boyu səkkiz dəfə qoşa-qoşa qafiyələnən, ahəngdar sözlər sanki təbii surətdə melodiyanın da axarlığına təminat verir.

Fikirlərimi yekunlaşdırıb yenə də Aşıq Şəmşirin sözlərinə qayıdıram. Babasının müdrik, «qəribə, ağlasığmaz» sözlərini özününküləşdirən «qıyıq otuna meh əsəndə qulaq assan, çox şey eşidərsən, o səsi bir şeyə salasan, «böyüdəsən», onda görərsən ki, nə deyir. Səhərin öz zəngi var, alatoran vaxtı çıxıb qulaq asasan, dan yerinin sədasını, hənirtisini, uyğusunu eşidərsən.»17

Özünün isə, «el dağdan köçəndə həmişə qəmlənirəm. Suyu sovulmuş dəyirman kimi dağlar yiyəsiz qalır. Bir də payızda, yarpaqlar töküləndə, qəmlənirəm, adamın onlara yazığı gəlir»18 sözləri həssas duyğulu, kövrək qəlbli, incə, romantik ruhlu, daxilən körpə tək pak bir insandan xəbər verir. Heç kimin görmədiyini görən, eşitmədiyini eşidən, sezmədiyini sezən belə bir müdrik insan yalnız şer yazmalı, sazda çalmalı, oxumalı, bir sözlə Dədə Şəmşir adını tarixə yazmalı idi.

ƏDƏBIYYAT

1. M.H.Təhmasib, El sənətkarı. «Dədə Şəmşir yaddaşlarda», Bakı 2000, s.68.
2. Məmməd Aslan. El aşığı, - elin yaraşığı. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.45.
3. Yenə orada. s.38
4. Yenə orada. s.37
5. Aşıq Şəmşir. Kəklikli daşlardan xəbər al məni. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s. 37.
6. Ə.Eldarova – «Azərbaycan aşıq sənəti» (rus dilində). Bakı 1984, s. 49.
7. Məmməd Aslan. Ustad görməyənin işi xam qaldı. «Saxla izimi, dünya», Bakı 1989, s.121.
8. Yenə orada. s.121
9. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.98.
10. R.Zöhrabov. «Muğam». Bakı 1991, s. 94
11. Yenə orada. s.99.
12. Ə.Eldarova. «Azərbaycan aşıq sənəti» (rus dilində). Bakı 1984, s.36.
13. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.98.
14. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.114.
15. M.Qasımlı. cığa-bəzək, yaraşıqlı anlam daşıyır. «Aşıq sənəti» Bakı 1996, s.248
16. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.112.
17. Aşıq Şəmşir. Kəklikli dağlardan xəbər al məni. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.34.
18. Yenə orada. s.37

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page