ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
AZƏRBAYCANIN
OPERA MÜĞƏNNISI
FATMA MUXTAROVA
(anadan olmasının 110
illiyi münasibəti ilə)

Nuridə ISMAYILZADƏ
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
AZƏRBAYCANIN
OPERA MÜĞƏNNISI
FATMA MUXTAROVA
(anadan olmasının 110
illiyi münasibəti ilə)

Nuridə ISMAYILZADƏ
MƏNASI VAR HƏR BIR KƏSIN…
Zümrüd DADAŞZADƏ

 


Azərbaycanın tanınmış opera müğənnisi Fatma Muxtarovanın peşəkarlığa, şöhrətə aparan həyat və yaradıcılıq yolu çox mürəkkəb və ağır olmuşdur. Fatma xanımın parlaq şəxsiyyəti misilsiz istedadı və qeyri-adi xarici gözəlliyi bəstəkar və musiqişünasların, eləcə də musiqisevərlərin diqqət mərkəzində olmuşdur.

Teatr sənəti muzeyində Fatma Muxtarova haqqında müxtəlif vaxtlarda yazılan kifayət qədər materiallar vardır. Bunların arasında görkəmli bəstəkar Ə.Bədəlbəylinin “Mahir opera müğənnisi” adlı böyük məqaləsi, R.Hüseynovun “1002 gecə” kitabında həsr edilmiş bölmə, “Ədəbiyyat və incəsənət” qəzetində musiqi tənqidçilərinin “Unudulmaz opera müğənnisi”, “Bənzərsiz Karmen”, “Füsünkar sənətkar” məqalələri diqqətəlayiqdir.

Lakin hələ 1929-cu ildə Bakıda nəşr edilən, qayğı ilə qorunub saxlanılan “Fatma Muxtarova” adlı çox əhəmiyyətli bir kitabça da var. Buna görə Fatma Muxtarovanın nəvəsi Svetlana Kuroçkinaya sonsuz dərəcədə minnətdarıq. Burada Fatma Muxtarovanın çətin həyat yolu ilə yanaşı, o zaman yalnız Bakı opera teatrının səhnəsində deyil, həm də Rusiyanın bir çox şəhərlərinin səhnələrində çıxış edən bu gözəl müğənninin sənəti barədə mətbuatda nəşr edilən yazılar işıqlandırılır.

Fatma Abbas qızı Rzayeva 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuşdur. Məlum olduğu kimi inqilaba qədər azərbaycanlılar Cənubi Azərbaycandakı ağır həyat şəraitilə bağlı acından ölməmək üçün ailələri ilə birgə qazanc dalınca ya Şimali Azərbaycana, ya da Rusiyanın müxtəlif şəhərlərinə gedirdilər. Rzayevlər ailəsi də 1905-ci ildə Volqa boyundakı şəhərlərdən birinə köçmüşdür (Saratov yaxınlığında). Fatma uşaqlıqdan musiqi istedadına malik olmuş, yaxşı oxuyub və rəqs etmişdir. Atasının ölümündən sonra, onun atalığı Səttar Muxtarov öz nəğmə və rəqsləri ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı qazanc dalınca demək olar ki, küçələrə qovurdu. Zaman keçir və Fatma böyüyürdü. Artıq o, (qatarda gizlənərək) Volqa boyunun Həştərxandan tutmuş Yaroslavla qədər bütün şəhərlərini müstəqil olaraq gəzə bilirdi. Bir qədər pul toplayaraq o, özünə xalq arasında nəvazişli “katerinka” adlandırılan şarmanka alır. Elə məhz buna görə də şarmançı Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başladılar.

1912-ci ildə Saratovda musiqi məktəbinin bazasında Konservotoriya yaradılmışdır. Musiqi təhsili almaq üçün Katya Muxtarova Konservatoriyaya müraciət etməyi qərara alır. «Saratov konservatoriyasının bütün professorları, mənim yeddi notdan ibarət şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər».1 Yalnız professor M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı qərara alır. Möcüzə elə göz qabağında baş verirdi, təbiətən istedadlı olan qız heyrətləndirici müvəffəqiyyətlər əldə edir, hər iki gündən bir diapazonda növbəti not meydana gəlirdi. “Artıq iki həftədən sonra Mixail Yefimoviç məni öyrətməyi öhdəsinə götürdü və mən hələlik xəzinə hesabına oxumağa qəbul edildim”.2 Dərs ilinin sonunda o Rubinşteynin “Çöllər qızı” operasından ariyanı oxuyurdu. Konservotoriyanın tələbəsi olduğu müddətdə, Fatma hələ öz ailəsi ilə yaşayırdı. Yay tətillərində Fatma Muxtarova konservatoriyadan qovulma q təhlükəsi altında qazanc dalınca müxtəlif antreprenyorlarla “Qaraçı romansları və rus mahnıları ilə” qastrollara getməyə məcbur idi. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli “Kaspi” qəzeti xəbər verir: “Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək”.3 Bir neçə gündən sonra “Kaspi” qəzetində yenə bir elan verilmişdir. “Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert verəcək (kontralto)».4 Konsertlə bağlı şəhərdə vurulan afişalarda şarmankanın sədaları altında süzən qəşəng qız təsvir edilmişdir. Bakıda verilən konsertlərlə yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi yer tuturdu, onlar müsəlmanların vokal sənətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdilər. Ancaq, Katya Muxtarovanın çıxışına, müğənninin vokal qabiliyyətləri və səhnə ustalığı kifayət qədər təfsilatla təhlil edilən musiqi tənqidçisinin rəyi həsr edilmişdir. Resenzent yazırdı: «Xanım Muxtarovanın vokal vasitələri nə qədər zəngindirsə, zövqü bir o qədər yoxsuldur. Bu onun bizə təqdim etdiyi repertuardan bəllidir. Repertuarda xalq mahnıları və qaraçı coşğunluğu ilə ifa edilən romanslar üstünlük təşkil edir. Ceyran otu kimi injə kontralto reqistrlərini nümayiş etdirmək imkanı olan yerdə, müğənni şübhəsiz öz səsinin zənginliyini dəyərsizləşdirərək boğaz səsinə keçir».5 Daha sonra Muxtarovanın ünvanına (onun gəlməsinin əsil səbəbini anlamadan) o, Saratov konservotoriyasındakı sistematik təhsilini konsert səhnəsinə çox erkən dəyişdi, deyə məzəmmət səslənirdi. Məlum olduğu kimi vokalda bir əsas qayda mövcud idi: oxumaq öyrənənlərə romansların, xüsusilə d ə oxumaq tərzinə özünəməxsus çalar verən qaraçı romanslarının ifa edilməsi qadağan edilirdi. “Şübhəsiz müğənninin müvəffəqiyyətləri qeyd edilir və Muxtarovanın gözəl keyfiyyətlərə malik olması heç bir vəchlə şübhə yaratmır».6 Həqiqətən də Fatma Muxtarovanın konsertinə Azəbaycan incəsənətinin qabaqcıl xadimləri (M.Maqomayev və H.Sarabski) diqqət yetirirlər və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək etməyi qərara alırlar «Hələ onda müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə çox enerji və işgüzarlıq göstərir. Fatma Muxtarovanı H.Z.Tağıyevin bağına gətirirlər, o bağın təmtərağına heyran qalır və H.Z.Tağıyev üçün akkompanement altında bir neçə mahnı oxuyur. Ancaq, Ş.Məmmədovanın ilə Italiyada təhsil alması üçün əvvəlcə təqaüd ayırmış, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə məcbur olmuş Tağıyev acı təcrübədən sonra gənc müğənniyə Saratov konservotoriyasında təhsil haqqını ödəməkdə yardım göstərməkdən imtina edir».7 Onda H.Sarabski digər Bakı mesenatına Fatmanın eyni soyadlısı Murtuza Muxtarova müraciət etməyi qərara alır. Burada F.Muxtarova Bakı neft millioneri və onun xanımı Liza xanımla tanış olur. M.Muxtarov Bakı neft istehlakçısı kimi deyil, həm də öz xalqının rifahı üçün yardım göstərən səxavətli insan kimi tanınmışdı. Onun «Nicat» müsəlman xeyriyyə cəmiyyətinin sədri qismində rolu yaxşı məlumdur (o, 1909-cu ildə, 2 iyun 1915-ci ildə fəxri sədr seçilmişdir). Cəmiyyətin məqsədləri Azərbaycan incəsənətinin inkişafına yardım etmək və mədəniyyətin demokratikləşməsi prosesini gücləndirmək idi. Özü xalq arasından çıxan bir insan olduğu üçün o, gənc müğənniyə imtina edə bilmədi və Muxtarovanın təhsilini davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürdü. M.Süleymanovun “Eşitdiklərim, gördüklərim” kitabında yazılır ki, “M.Muxtarov Katya Muxtarovanı qızlığa götürür”. Lakin, onun nəvəsi bu faktı inkar edərək, söhbətin M.Muxtarovun istedadlı aktrisaya etdiyi hamilikdən getdiyini deyir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page