ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA VƏ SOSIOLOJI TƏDQIQATLAR
Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI – GÖZƏLLIK HARMONIYASIDIR
Imruz ƏFƏNDIYEVA
«MƏHƏBBƏT ƏFSANƏSI»: ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU
Lalə Hüseynova
|
|
Hamıya məlumdur ki, mədəniyyət sahəsində tətbiqi kulturologiyaya aid sosioloji tədqiqatların reallaşdırılması işi ilə əsasən mədəniyyət müəssisələrinin əməkdaşları məşğul olurlar. Onların fəaliyyətləri isə regional xarakter daşıyır. Məhz, sosioloji tədqiqatların aparılması prosesində regional xüsusiyyətlərin nəzərə alınması iki planın konkret əhatə dairəsi üçün zəmin yaradır. Regional zəmində mövcud olan ziddiyyətlər, onların aradan qaldırılması yolları yeni kəmiyyət və keyfiyyət baxımından öyrənilir. Tədqiqatın aparıcı prinsipi kimi inkişaf meylləri və istiqamətləri dəqiqləşdirilir. Məsələn, ərazidə və ya regionda mədəni əyləncəyə, özləaliyyət yaradıcılığına, idmana, turizmə və s. mədəni təşkilatlara olan tələbat və maraqlar səviyyəsi aşkarlanır. Maraq və tələbatın aşağı və ya yuxarı olmasının səbəbləri analitik təhlil nəticəsində müəyyənləşdirilir. Bu proses mədəniyyət sahəsində, xüsusilə tətbiqi kulturologiya fəaliyyəti istiqamətində yeni keyfəyyət və kəmiyyət amil
lərinə yiyələnmək üçün böyük əhəmiyyət kəsb edir.
Yuxarıda tədqiqatın vahid bir problem ətrafında aparılmasına üstünlük verdik. Lakin, sosioloji tədqiqat zamanı bəzən bir çox problemin cavabının müəyyənləşdirilməsinə cəhdlər olunduğuna da təsadüf edilir. Buna «Cox problemli» tədqiqat deyirlər. Çox problemli sosioloji tədqiqatlar hadisələrin, inkişafa mane olan səbəblərin daha obyektiv şəkildə öyrənilməsi prosesini çətinləşdirir. Bir neçə problemin vahid tədqiqat prosesində öyrənilməsi fəaliyyət mexanizmini mürəkkəbləşdirir, xüsusilə əldə olunmuş sosioloji informasiyanın məzmununa dağınıqlıq gətirir. Bunun da nəticəsində həmin materiallar üzərində məntiqi ümumiləşdirmələr aparmaq çətinləşir.
Sosioloji tədqiqatların aparılması prosesi bir çox metodoloji ümumiləşdirmə mərhələsindən ibarətdir. Birinci mərhələdə, sosioloji tədqiqatın məqsədi müəyyən edilir. Yalnız bundan sonra tədqiqatın əhatə dairəsi müəyyənləşdirilir.
Sosioloji tədqiqat böyük praktiki əhəmiyyətə malik olub, bir sıra tədbirlərin iş planının hazırlanmasına, idarəetmə sisteminə aid olan qətiyyətli qərarların verilməsinə, sosial həyatın müxtəlif sahələri üzrə səmərəli fəaliyyətin təşkil olunmasına kömək edir.
Ilkin mərəhələdə, sosioloji tədqiqatın təşkilatçıları qarşıya qoyulan məqsədlə bağlı olan problemlərin həllinə aid vasitə və imkanları nəzərdən keçirirlər.
Ikinci mərhələ, tədqiqatın obyektinin müəyyən edilməsi və predmetinin dəqiqləşdirilməsi mərhələsidir.
Təbii ki, sosioloji tədqiqatın obyekti insanların fəaliyyəti və onların biliyi, ümumi maraqları, fərdi xususiyyətləri və s. ilə əlaqədar ola bilər. Əsas məsələ ondadır ki, sosioloji tədqiqatın obyekti ictimai, siyasi, mədəni əhəmiyyət kəsb etməli, sosial problemlərin daşıyıcıları olmalıdır. Obyektin öyrənilməsi prosesində əldə olunan bilgilər əsasında sosial mühitə bu və ya digər formada təsir etmək imkanı yaranmalıdır. Nəzərə almaq lazımır ki, hər bir tədqiqat obyektinin hüdudları, yəni əhatə dairəsi müxtəlifdir. Eyni zamanda, bu və ya digər problemin meydana gəlmə səbəbləri bəzən tədqiqat obyektinin hüdudlarından kənarda özünü biruzə verir. Bu faktor tədqiqat obyektinin miqyasının daha da genişlənməsinə səbəb olur, sosioloji tədqiqatın obyektiv nəticələrinin müəyyənləşdirilməsinə imkan yaradır. Belə vəziyyəti müxtəlif mədəni-kütləvi təbdirlərdə, özfəaliyyət yaradıcılığı birliklərinin məşgələlərində və s. proseslərdə müşahidə etmək olar. Məsələn, özfəaliyyət
yaradıcılığı dərnəklərində və birliklərində məşğələlərin səviyyəsinin aşağı olması, yaxud hər hansı tədbirin şablon metodika ilə keçirilməsi təkcə iştirakçıların fəaliğının aşağı səviyyədə olmasından asılı deyildir. Bəzən bu halın əsas səbəbini məşğələni aparan müəllimin, rəhbərin və ya təşkilatçının səviyyəsinin aşağı olmasında axtarmaq lazım gəlir. Bu vəziyyət isə tədqiqatın obyektini ikiləşdirir. Bir tərəfdən iştirakçılar və ya dinləyicilər ayrıca tədqiqat obyektinə çevrilir, digər tərəfdən isə bir obyekt kimi təşkilatçıların, müəllimlərin səviyyəsini, işgüzarlıq dərəcəsini və s. xüsusiyyətləri öyrənməyə zərurət yaranır. Bu amillərin aşkar edilməsi tədqiqat obyektinin düzgün müəyyənləşdirilməsi üçün real şəraiti aşkar edir. Məhz obyektin müxtlif tərəflərinin aşkar edilməsi və öyrənilməsi tədqiq olunan problemin hərtərəfli şəkildə öyrənilməsinə imkan yaradır.
Üçüncü mərhələ, tədqiqat prosesində istifadə olunan vasitələrin, metodların və anlayışların məntiqi təhlilindən ibarətdir.
Məntiqi təhlil zamanı əsasən tədqiqatın metodologiyası dəqiqləşdirilir və bu dəqiqləşdirməyə uyğun olaraq tədqiqat mexanizmi, onun vahid konsepsiyası ümumiləşdirilmiş formada işlənilir. Yalnız bu vəziyyətlərin həyata keçirilməsi əldə olunan ilkin informasiyaları zəruriləşdirir.
Maraqlıdır ki, bu gün tətbiqi kulturologiyanın fəaliyyət imkanlarını tətbiqi sosiologiyadan ayrı təsəvvür etmək mümkün deyildir. Belə ki, hər iki sahə empirik materialların məntiqi quruluşuna xüsusi diqqət yetirir və bu məqsədlə də sosioloji tədqiqatlar zamanı metodoloji proseduranın həyata keçirilməsinə xüsusi həssaslıq yaranır. Tədqiqat prosesində mühüm yer tutan əsas anlayışlar geniş təhlil olunur. Məsələn, «sosial fəallıq», «sosial siyasi fəallıq», «sosial mədəni fəallıq» və s. anlayışların təhlili tədqiqatın istiqamətlərini genişləndirir, onun məzmununu, əhatə dairəsini dərinləşdirir. Müxtəlif anlayışların məntiqi təhlili zamanı tədqiqat obyektinin xarakterik xüsusiyyətləri aşkarlanır. Bu da nəticə etibarı ilə tədqiqatla bağlı yeni hipotezlərin meydana gəlməsinə səbəb olur. Tədqiqatın hipotezləri onun məqsədinin aydınlaşmasına yardımçı olur, müxtəlif metod və üsulların tətbiq olunmasına əsas yaradır. Hipotezin formula edilməsi nəticəsində tədqiqatın ümumi
istiqaməti müəyyənləşdirilir. Hipotez vasitəsilə hər hansı faktın, hadisə və prosesin həll edilməsi üçün irəli sürülən elmi fərziyyələr məntiqi təhlil prosesində ya təsdiq olunur, ya da inkar edilir.
Peşəkar kulturoloqlara və sosioloqlara məlumdur ki, obyektindən asılı olmayaraq bütün sosioloji tədqiqatlar əvvəlcədən müzakirə edilən müxtəlif fərziyyələrə əsaslanır.
Fərziyyələr sosioloji informasiyanın toplanılması prosesində xüsusi əhəmiyyət kəsb edir və tədqiqatın operativliyini sürətləndirir. Bu prosesdə tədqiqatçının abstrakt idrakı xüsusi rol oünayır. Abstrakt idrak tədqiqatçının fantaziyasını artırır və bir çox anlayışların müəyyənləşdirilməsində ona yardımçı olur. Digər tərəfdən, abstrakt idrak tədqiqatçıya çevik düşünmək və fikir yürütmək imkanı verir. Xüsusilə ayrı-ayrı anlayışların məntiqi təhlili prosesində abstrakt idrak fikri fəallaşdırır, yeni metodlar seçimi imkanı yaradır.
Sosioloji tədqiqatlar sosiologiyanın tətbiqi sahələrini əhatə edir. Onun qarşısına çıxan vəzifələr isə tədqiqat obyektinin məntiqi tələblərindən, məqsədindən irəli gəlir. Tədqiqat tətbiqi kulturologiya sahəsinə şamil edilirsə deməli, hipotezə uyğun olaraq o kulturologiyaya aid proseslərin öyrənilməsi ilə bağlı tələbləri ifadə edir. Bu da ona dəlalət edir ki, tədqiqatın mərkəzi sualı onun əsas vəzifəsini aşkar edir. Əsas vəzifə tədqiqatın məqsədi ilə bağlıdır. Mərkəzi sual da məqsədin mahiyyətindən asılıdır. Əgər məqsəd adamların istirahət və əyləncəyə ümumi marağını öyrənməkdən ibarətdirsə, bu məsələdə əsas vəzifə dəqiqləşdirilir. Lakin, mövzunun əhatə dairəsi tədqiqatın qarşısına əlavə vəzifələr də çıxarır. Çünki, tədqiqatın əhatə dairəsinə və xarakterinə uyğun olaraq əlavə məsələlərin öyrənilməsinə də ehtiyac yaranır. Məsələn, «hansı sosial və demoqrafik qrup istirahət və əyləncəyə daha çox meyillidir», yaxud «istirahət və əyləncənin maddi-texniki bazası mar
aqlara uyğyndurmu» kimi suallar tədqiqatın əlavə vəzifələrini meydana çıxarır.
Sosioloji tədqiqatın əsas vəzifəsi əmək kollektivində mənəvi iqtisadi tərbiyənin təhlili məsələsinə də aid edilə bilər. Sözsüz ki, bu əsas vəzifənin yerinə yetirilməsi üçün aşağıdakı əlavə vəzifələrin öyrənilməsinə də ehtiyac yaranır:
– istehsal intizamının vəziyyəti;
– istehsalçının estetik durumunun səviyyəsi;
– kollektivdə peşəkar iqtisadi təfəkkürün vəziyyəti;
– kollektivdə mənəvi tərbiyə işinin formaları və s.
Sosioloji tədqiqatlar bütün cəmiyyətlərin həyatında inkişafın tənzimləyicisi, təkamülün hərəkət mexanizmi kimi nəzərə çarpır. Sosioloji tədqiqatlar aparmadan maddi, mənəvi, siyasi, elmi, dini və s. proseslərin inkişaf dinamikasını dəqiqləşdirmək və istiqamətləndirmək mümkün deyildir. Buna görə də, vaxtaşırı aparılan sosioloji tədqiqatlar ictimai həyatın bütün sahələri üzrə statistik məlumatların əldə olunmasına, insanların mənəvi və iqtisadi tələbatının öyrənilməsinə kömək edir. Sosioloji tədqiqatlar vasitəsilə əldə olunan məlumatların cəmiyyətin həyatına yaradıcılıqla tətbiqi təkamül prosesində yaranan durğunluqları aradan qaldırmaq üçün bir vasitəyə çevrilir.
Eyni zamanda, sosioloji tədqiqatlar vasitəsilə bu və ya digər problemlər, məsələlər haqqında əhalinin ictimai fikri müəyyənləşdirilir və həmin müəyyənləşmənin müqabilində işlər görülür, ehtiyaclar ödənilir, yeniliklər meydana gəlir.
Xüsusilə, mədəniyyət sahəsində aparılan sosioloji tədqiqatlar əhalinin müxtəlif kateqoriyalarının tələbatını öyrənir, bəzi özfəaliyyət yaradıcılığı, asudəvaxtın mədəni təşkili üçün lazım olan imkanları aşkar edir, yüksək mənəvi mühitin formalaşması üçün yeni forma və metodların işlənib hazırlanmasına sosial-informasiya mühiti yaradır. Klublarda, mədəni-idman komplekslərində, mədəniyyət və istirahət parklarında, əydəncə mərkəzdərində çalışan peşəkar mədəniyyət işçilərinin yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar açır, onları bütün sahələr üzrə ictimai rəyin vəziyyəti haqqında dolğun informasiya ilə ardıcıl olaraq təmin edir.
Sosioloji tədqiqatlar cəmiyyətin ictimai həyatının bütün sahələrində aparıldığı üçün onun işlək metodları da müxtəlifdir.
Sosioloji tədqiqatın işlək metodları əvvəlcədən hazırlanmış tədqiqat proqramının məzmunundan, mahiyyətindən, qarşıya qoyduğu məqsəddən çox asılıdır. Məhz tərtib olunan proqramda sosioloji tədqiqatın metodiki hissəsi də öz əksini tapır. Bunlar təxminən aşağıda qeyd edilən əhatə dairəsinə malik olurlar:
– məcmu halında tədqiqatın müəyyən edilməsi;
– ilkin sosioloji informasiyanın yığılmasında istifadə olunan metodların xarakteristikası;
– informasiyanın yığılması üçün instrumentariyanın məntiqi strukturu.
|