ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI –
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
«MƏHƏBBƏT ƏFSANƏSI»:
ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU

Lalə Hüseynova

 


       Sosioloji sorğu anketləri həm tədqiqatın obyekti ilə bağlı olan sualların əhatə dairəsinə görə fərqlənir, həm də obyekt haqqında keyfiyyət və kəmiyyət etibarı ilə fərqlənən informasiya toplumuna şərait yaradır. Digər tərəfdən, sorğu anketi vasitəsilə toplanılan informasiyanın təhlili də əlverişli olur. Həmin anketi təkrarən təhlil etmək üçün problem olmur.

       Ən əsas məsələ sorğu anketinin suallarının düzgün qurulması və onun konkretliyi məsələsidir. Həyat fəaliyyəti prosesində bizi əhatə edən proseslər və hadisələr haqqında suallar düşünmək ilk öncə çox sadə görünür. Ancaq tətbiqi sosiologiya sahəsində sualların qoyuluşu daha çox tədqiqatın funksiyasından və onun məzmun tələblərindən irəli gəlir. Suallar həm respendentlər üçün aydın olmalı, həm də onların hər birini maraqlandırmalıdır. Buna görə də istifadə olunan suallar öz məzmununa görə anket suallarını öz funksiyalarına görə əsas və qeyri-əsas bölgü üzrə qiymətləndirmək olar. Eyni zamanda qapalı və açıq suallar qrupu da vardır. Qapalı sual o hesab olunur ki, həmin sualın cavabının müxtəlif variantları olur.

       Qapalı suallar alternativli və qeyri-alternativli də ola bilər. Məsələn, respondentə hələ bir sualla müraciət etmək olar:
       «Siz özfəaliyyət yaradıcılığı ilə məşğul olursunuzmu?».

       Həmin suala qısa cavab vermək üçün munasibət «hə», «yox» sözlərini dairəyə almaqla bildirilir. Yaxud da, munasibət bildirilən variantın altından xətt çəkilir. Belə munasibət bildirmək repsondent üçün də asandır. Çünki cavabı geniş cümlə ilə yazmağa ehtiyac olmur. Bu da bütün şəraitdə respondentə anket sualına münasibət bildirmək imkanı verir.

       Sosioloji tədqiqatın sualları sorğu anketlərində bəzən cədvəl formasında da verilir. Nümunə olaraq aşağıdakı cədvələ diqqət yetirmək lazımdır: Vaxtımız çatırmı? Çatır Çatmır Çətinlik çəkirəm 1. istirahət və əyləncəyə + 2. ictimai işlərə + 3. mütaliəyə + 4. idmanla məşğul olmağa +

       Bu suallara «çatır», «çatmır» və «çətinlik çəkirəm» sözləri yazılmış qrafalardı Plyqı işarəsi qoymaqla münasibət bildirmək olar. Münasibət dairə və başqa işarə şəklində də bildirilə bilər.

       Sosioloji tədqiqat anketinin tərtibi və onun kompozisiya quruluşu xüsusi peşəkarlıq tələb edir. Anket bir növ respondentlərlə müsahibə ssenarisidir. O, respondenti maraqlandıra biləcək bir səviyyədə tərtib olunmalıdır. Xüsusi qpafik formasında tərtib olunmuş anketlərə daha çox diqqət yetimək lazımdır. Belə anketlərdə şriftlər aydın göstərilməli, müstəqil cavaba kifayət qədər geniş yer verilməli, işarələrdən və başqa qrafik vasitələrdən dəqiq istifadə olunmalıdır. Qrafik tərtibatda illüstrasiyaya daha çox üstünlük verilir və o respondentin psixoloji vəziyyətinə çox böyük təsir göstərir. Tərtibatçı illüstrasiya ilə psixoloji təsiretmə funksiyasını yerinə yetirir. Belə anketlərdə suallar da illüstrasiyalardan ibarət olur. Belə anketlər daha asan qavranılır. O, anketi doldurmağın rəngarəng texnikasının meydana gəlməsinə şərait yaradır. Psixoloji yükü azaldır, sualın mahiyyətini obrazlı formada açır.

       Sosioloji tədqiqatın poçt-sorğu forması da vardır. Poçt-sorğu forması, adından məlum olduğu kimi poçt vasitəsilə yerinə yetirilir. Sorğu anketləri müxtəlif ünvanlara poçt ilə göndərilir və eyni zamanda həm də məlumatlar da poçt vasitəsilə alınır.

       Ilk dəfə poçt sorğusundan 1880-ci ildə Karl Marks istifadə etmişdir. O, həmin ildə fəhlələr üçün sorğu anketi tərtib edərək onu «Revyu sosialist» jurnalında dərc etmiş və həmin jurnalın nüsxələri poçt vasitəsilə bütün Fransaya yayılmışdır. Rusiyada isə açot-sorğu anketi ilk dəfə 1918-ci ildə «Əməkçi xalqın səsi» («Qolos» trudovoqo naroda) qəzetində dərc edilərək Moskva vilayətinə yayılmışdır.

       Sovet dövründə də belə sorğu formasından istifadə olunmuşdur. Əsasən, XX əsrin 60-70-ci illərində sovet tədqiqatçıları poçt sorğularından istifadə etməyə səy göstərmişlər.

       Lakin poçt vasitəsilə sosioloji tədqiqatların aparılması indiki dövrdə böyük maliyyə xərcləri tələb edir. Digər tərəfdən, poçt sistemində hələ çevik əməliyyətların bərpa olunmaması poçt sorğusunun cavabını ləngidir. Təcrübə göstərir ki, poçt sorğusuna qaytarılan cavabın da faizi indiki mərhələdə çox aşağıdır. Iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Ingiltərə, Fransa, Almaniya və s. ölkələrdə isə, poçt-sorğu anketlərindən geniş istifadə olunur.

       Sosioloji tədqiqatın poçt-sorğu forması müxtəlifdir. Belə ki, hazırlanmış anketlər poçt vasitəsilə müxtəlif ünvanlara göndərilməklə yanaşı, həm də anket sualları qəzet və jurnallarda çap olunur. Qəzet və jurnallarda çap olunan sorğulara vaxtında cavab alınması üçün mükafatlandırma metodlarından da istifadə edilir. Daha doğrusu, həmin anketlərdə qoyulan sualları düzgün cavablandıranlara bəzən müəyyən mükafatlar da vəd olunur. Əslində, bu həvəsləndirmə üsulu, sorğuya vaxtında operativ cavab almağa təminat yaratmaq üçün edilir.

       Müasir mərhələdə müsahibə sosioloji tədqiqatın ən çevik forması sayılır.
       Müsahibə üçün az vaxt lazım gəlir və böyük xərclər və vəsaitlər çəkməyə ehtiyac duyulmur. O, əvvəlcədən planlaşdırılsa da, şifahi sorğu xarakteri daşıyır.

       Anket vasitəsi ilə sosioloji tədqiqatların aparılması isə sorğudan fərqli olaraq müsahibə metodu respondentlə bir başa ünsiyyətə girmək və onun tədqiqatın obyektinə canlı şəkildə münasibətini öyrənmək imkanını verir. Həmçinin, hər hansı suala verilən cavabın əhatə dairəsi çox geniş olur və bu xüsusiyyət məzmuna uyğun olaraq toplanılan informasiyanın keyfiyyətini artırır.

       Lakin, müsahibə götürənlərin seçilməsi və onların hazırlanması müəyyən vaxt tələb edir. Çünki müsahibə götürənlər əsasən fəallar seçilir, onlar müəyyən müddət ərzində sosioloji tədqiqatın funksiyasına və tələbatına uyğun olaraq təlimatlandırılırlar.

       Indiki şəraitdə müsahibə vasitəsilə təqdiqatlar həm anket vasitəsilə yerinə yetirilir, həm də diktafonlardan geniş istifadə olunur.
       Belə ki, şifahi sorğunun nəticəsi sorğu anketində öz əksini tapır və əldə olunan informasiya təhlil olunmaq üçün Elmi Tədqiqat mərkəzinə ötürülür.
       Diktafon vasitəsi ilə əldə olunan informasiya da anketlərə köçürülməklə sənədləşdirilə bilər.

       Müsahibələr iş yerlərində, yaşayış yerlərində və əhalinin toplaşdığı kütləvi tədbirlərdə, izdihamlı küçələrdə keçirilə bilər.
       Tətbiqi sosiologiyada müsahibə sorğusunun üç növü mövcuddur: standartlaşdırılmış, fakslaşdırılmış və müstəqil müsahibələr.
       Standartlaşdırılmış müsahibə zamanı suallar çox konkret və dəqiq olur, respondentlə müsahibə götürən arasında reqlamentə əməl edilir.

       Əvvəlcədən hazırlanmış suallar müsahibə üçün nəzərdə tutulur, şifahi danışıq tərzinə uyğunlaşdırılır. Məsələn, «Sizə təqdim olunan bu vərəqdə asudəvaxt ərzindəki məşğuliyyətlərin müxtəlif növləri göstərilmişdir. Deyə bilərsinizmi, siz boş vaxtınızda bunların hansı ilə məşğul olursunuz?».

       Həmin andaca respondentə suala uyğun olan nömrələnmiş blank verilir. Yaxud müsahibə aparan şəxs respondentlərin şifahi cavabını verilən suala uyğun gələn blankda qeyd edir.
       Bəzən müsahibə anketlərində cavablar kodlaşdırılmış şəkildə qeyd olunur. Məsələn, «Siz hansı qəzetləri oxumağa daha çox üstünlük verirsiniz?» kimi sual qoyulduqda sorğu anketində çoxlu sayda qəzet adlarını göstərmək lazım gəlir. Respondent həmin qəzetlərdən birinə və ya bir neçəsinə nəzərdə tutulmuş kod işarəsi ilə münasibət bildirir.

       Fakslaşdırılmış müsahibələr tədqiqat obyektinə uyğun olaraq əvvəlcədən hazırlanır. Bu müsahibə üsulunun təlimatına uyğun olaraq respondentlər müsahibənin mövzusu ilə əvvəlcədən tanış olur, hətta onlarla tədqiqatın məzmunu ilə əlaqədar seminarlar da keçirirlər. Eyni zamanda respondentlər metodik göstərişlər alır. Mövzu ilə bağlı kitablar və məqalələrlə tanış olmaq imkanı əldə edirlər. Respondentlərlə hazırlıq işləri zamanında sosioloji tədqiqatın sualları da dəqiqləşdirilir.

       Müstəqil müsahibə isə sosioloji tədqiqat aparan şəxsin ilkin fəaliyyət mərhələsini əhatə edir. O, tədqiqatın məzmunu və problemlərini dəqiqləşdirmək üçün müəyyən ərazilərdə və ya müəssisələrdə müstəqil sorğular keçirir.

       Müstəqil müsahibə tədqiqatın suallarını əhatə edən plan olmadıqda da aparılır. Çünki bu tipli müsahibələr zamanı aparılacaq tədqiqatın mövzusu və əhatə dairəsi müəyyənləşdirilir. Tədqiqat aparan müsahibəçi respondentlərlə söhbətlər əsasında müəyyən mövzu ətrafında müzakirələr keçirir. Daha doğrusu tədqiqatın obyektinin aktuallığını dəqiqləşdirmək məqsədi ilə onun mövzusu ətrafında konkret müzakirələr aparırlar. Məhz bu müzakirələr zamanı tədqiqatın həm mövzusu və həm də onun qarşıya çıxan sualları ümumiləşdirilir.

       Tətbiqi kulturologiya sahəsində müşahidələrin aparılması və ondan səmərəli istifadə edilməsi mədəni fəaliyyətin keyfiyyətinin artmasına fəal təsir göstərir. Belə ki, müşahidələr yolu ilə mədəni-kutləvi tədbirlərin şablonçuluqdan xilas olunmasının qarşısı alınır. Kütləvi təblir prosesində klub fəalları müşahidə aparmaq prosesinə cəlb edilir, onların köməyi illə bədii ifadə vasitələrinə, tədbirin emosionallıq səviyyəsinə və s. xüsusiyyətlərə olan reaksiyaların dərəcəsi müşahidə olunur.

       Gözlə aparılan müşahidələrə vizual müşahidələr də deyilir. Vizual müşahidələr zamanı indiki inkişaf mərhələsində video kameradan da geniş istifadə edilir. Kütləvi tədbirlər gizli şəkildə lentə köçürülür və orada baş verən bütün hadisə və reaksiyaları təkrarən təhlil etmək və nəticə çıxarmaq imkanı yaranır. Ən çox eksperiment xarakterli tədbirlərdə vizual müşahidələrdən geniş istifadə olunur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page