ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI –
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
«MƏHƏBBƏT ƏFSANƏSI»:
ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU

Lalə Hüseynova

 


       Vizual müşahidə tətbiqi kulturologiya sahəsində ona görə geniş yayılmışdır ki, o, özünün konstruktivliyi və reallığı ilə fərqlənir. Hələ vaxtilə A.Eynşteyn gözəl müşahidənin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: «Görüb dərk etməyin sevinci, insana gözəl təbiətin bəxşişidir»4.

       Deməli, birbaşa gözəl müşahidə aparmaq, müəyyən hadisələrin məzmun və mahiyyətini vizual şəkildə dərk etmək sosioloji tədqiqatın ən optimal metodlarından biridir. Bu metod tədqiqatçı ilə obyektin arasında canlı əlaqə yaradır, baş verən hadisələrə yerindəcə münasibət bildirmək və onlardan nəticə çıxarmaq imkanı verir.

       Sosioloji müşahidələr tarixən ictimai, siyasi proseslərin əsas tədqiqat metodu kimi geniş yer tutmuşdur. Hələ vaxtilə F.Engels düz 21 ay Ingiltərədə əhalinin siyasi fəallığı üzərində müşahidələr aparmış, onların sevinc və iztirablarını öyrənə bilmişdi5.

       Sosioloji müşahidələr əsasən insanların davranışlarını, onların bu və ya digər təcrübi proseslərə münasibətlərini öyrənmək metodudur. Bu metod asudəvaxt sahəsinə daha çox tətbiq olunur və insanların mədəni-əyləncəli vasitələrə münasibətlərini aşkar edir, aşkar olunmuş faktiki məlumatlar əsasında elmi təhlillər aparmaq imkanı yaradır. Bu müşahidələr əsasında mədəniyyət müəssisələri öz fəaliyyətlərində həm kəmiyyət, həm də keyfiyyət baxımından daima, ardıcıl olaraq yeniliklər edirlər.

       Sosioloji tədqiqatlar tətbiqi kulturologiya sahəsində mövcud olan əksiliklərin mübarizəsini üzə çıxarır, əksiliklərin daxili ziddiyyətlərini müəyyənləşdirir. Mədəni proseslərdəki daxili ziddiyyətlərin aşkarlanması təşkilatçıları inkişafa aparan yeni seçim qarşısında qoyur. Yəni mədəniyyətdəki daxili ziddəyyətlər sosioloji tədqiqatlar vasitəsilə aşkar edildikdən sonra onlar elmi təhlilə ötürülür. Elmi təhlil zamanı inkişafın yeni tələbləri müəyyənləşdirilir və onlara müvafiq olan fəaliyyət vasitələri seçilir. Yeni fəaliyyət vasitələri köhnəni sıxışdırıb tədricən aradan çıxarır, inkarı-inkar qanununa uyğun olaraq mədəni fəaliyyətin mahiyyətini yeniləşdirir. Daha doğrusu mədəni fəaliyyətin yeni forma və metodları meydana gəlir. Bu yenilik mədəni fəaliyyət prosesinin təşkilini şablonçuluqdan, durğunluqdan xilas edir. Təbii ki, inkişafın daxili ziddiyyətləri ilə bağlı olan bu proses dialektik qanknauyğunlunqlara cavab verən dinamik inkişaf mexanizmini yaradır.

       Yuxarıda qeyd edildiyi kimi, cəmiyyətdə müxtəlif sosial kateqoriyaya malik olan fərdlər və insan qrupları mövcuddur. Digər tərəfdən isə bu gün cəmiyyət üzvləri demokratik qruplara da bölünürlür.

       Bu fikrə bir qədər aydınlıq gətirmək üçün sosial kateqoriyalara və demokratik qruplara nəzər yetirmək lazımdır.

       Cəmiyyətdə insanlar öz peşələrinə, intellektual səviyyələrinə görə bir-birindən fərqlənirlər. Həmçinin, onların psixoloji durumları arasında da böyük fərq vardır. Həm peşə, həm də psixoloji-intellektual fərqlər insanların mənəvi davranışlarında, onların mənəvi tələbatlarında da özünü biruzə verir. Lakin insan ictimai varlıq olmaqla yanaşı o həm də fizoloji-psixoloji varlıqdır. Ictimai varlıq kimi hər bir fərdin həyatındakı fəaliyyətini müşahidə etmək mümkün olsa da insanın fizoloji-psixoloji aləmi qismən qapalıdır. Məhz bu qapalı aləmin qapılarını açmaq üçün tətbiqi sosiologiya elminin apardığı tədqiqatlara böyük ehtiyac vardır.

       Digər tərəfdən, insanların peşə fəaliyyətləri də onların bədii-estetik zövqlərinə, mənəvi aləmə münasibətlərinə bilavasitə təsir göstərir. Məsələn, neft-qaz sənayesində çalışanlarla incəsənət, mədəniyyət sahəsində çalışanların bədii-estetikmaraqlarını eyniləşdirmək olmaz. Lakin bəzən qeyri-mədəniyyət və incəsənət sahəsində çalışanlar arasında da yüksək bədii-estetik zövqə malik olan, eyni zamanda ədəbiyyat və incəsənətə maraq göstərən insanlar vardır. Təbii ki, bu, insanların bədii-mənəvi maraqları yalnız sosioloji tədqiqatlar vasitəsi ilə aşkarlana bilər. Tətbiqi kültürologiya sahəsinin təcrübəli mütəxəsisləri isə sosioloji tədqiqatların əldə etdiyi nəticələrdən bəhrələnərək bu insanların mənəvi tələblərinə differensial şəkildə yanaşır, eyni zamanda differensial maraqlar əsasında ümumiləşdirmələr aparır. Belə ki, təkcələr ümumiləşərək qruplar əmələ gətirir. Həmin qrupların maraqları isə mədəniyyət müəssisələrinin təşkilatçıları tərəfindən nəzərə alınır və əməli işlər görülür.

       Əslində, tətbiqi kulturologiya bütün sosial kateqoriyaların maraq və tələbatının ödənilməsini, əməli-mədəni fəaliyyətin əsası kimi qəbul edir. Buna görə də. Mədəniyyət müəssisələrində mədəni xidmət təşkil olunarkən əhalinin peşə maraqları da nəzərdə tutulur. Peşə bayramları ilə bağlı mədəni-kütləvi tədbirlər təşkil olunur. Peşəkarlığı artırmaq üçün müxtəlif peşələr üzrə dərnək və birliklər, kurslar yaradılır. Məsələn, Azərbaycan müstəqillik əldə etdikdən sonra kompyuter texnologiyası cəmiyyətimizin bütün sahələrinə tətbiq olunur. Elə peşə sahəsi yoxdur ki, orada kompyuter texnologiyasından istifadə olunmasın. Belə bir mərhələdə əhalinin böyük əksəriyyəti kompyuter texnologiyasından istifadə etmək vərdişlərinə yiyələnmək üçün bu sahəyə aid yaradılan ödənişli kurslara böyük maraq göstərirlər. Mədəniyyət müəssisəsi həmin marağın əhatə dairəsini sosioloji tədqiqat metodları ilə öyrənir, ona münasib olaraq öz fəaliyyətini qurur.

       Əhalinin müasir mərhələdə maraq dairəsi bazar iqtisadiyyatı ilə əlaqədar olaraq çox genişdir. Xüsusilə, beynəlxalq iqtisadi və mədəni əlaqələr ən adi peşə sahibini müxtəlif beynəlxalq dilləri bilməyə məcbur edir. Beynəlxalq dilləri öyrənmək bütün iş adamlarının fəaliyyət dairəsini genişləndirir. Bu səbəbdən də, aparılan sosioloji tədqiqatlar göstərir ki, insanlarda xarici dilləri öyrənməyə böyük maraq vardır. Bu maraqlar mədəniyyət müəssisələrinə müxtəlif dillər öyrənməyə istiqamətləndirilən ödənişli kurslar yaratmaq imkanı verir.

       Demoqrafik maraqlar dedikdə, müəyyən yaş qruplarına aid olan maraqların öyrənilməsi nəzərdə tutulur.
       Tətbiqi kulturologiya, psixologiya, pedaqogiya və s. humanitar elmlərin apardığı tədqiqatlara görə yaş qruplarının maraq və mənəvi tələbatları da müxtəlifdir. Xüsusilə, mədəni əyləncəyə, özfəaliyyət yaradıcılığına meyl müxtəlifiyi müxtəlif yaşlarda, müxtəlif formada təzahür edir. Altı yaşından 10 yaşınadək uşaqların marağı ilə, 14-18 yaşlı yeniyetmələrin maraqlarını eyniləşdirmək olmaz. Orta nəslin və ahıllıq yaşına çatanların isə öz maraqları, sosial tələbləri vardır.

       Bütün bu fərqləri təxmini təhlil edib mədəni xidmət sahələrini yaratmaq düzgün deyildir. Tətbiqi kulturologiya mənəvi ehtiyacların elmi əsaslarla öyrənilməsinə üstünlük verir. Bu məqsədlə də tətbiqi kulturologiya sosioloji tədqiqatların nəticələri əsasında yaradılan mədəni xidmət sahələrini daha keyfiyyətli iş hesab edir.

       Xüsusilə, indiki şəraitdə, yəni bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq təşkil olunan mədəni xidmət bu işdən bəhrə götürmək prinsipinə daha çox əsaslanır. Hal-hazırda mədəni fəaliyyət sovet dövründən fərqli olaraq daha azaddır. Azad fəaliyyət mədəniyyət təşkilatçılarının gündəlik fəaliyyətlərində özünü biruzə verir. Indi mədəniyyət işçiləri siyasət və ideologiyanın «əsiri» deyillər.

       Lakin, ideologiyadan tam uzaq düşmək, ümummilli marqları təbliğ edən mədəni fəaliyyəti inkar etmək, bu düzgün deyildir. Bazar iqtisadiyyatı şəraitində yaşasaq da dövlətçilik və milli maraqlara cavab verən, kütlələrdə vətənpərvərlik ruhunu aşılayan mədəni-kütləvi tədbirlərin keçirilməsinə də çox böyük ehtiyac vardır. Bu baxımdan tətbiqi kulturologiya elmi iqtisadi maraqlarla yanaşı, dövlət qupuculuğuna müsbət təsir göstərən, Azərbaycan xalqının ümummilli maraqlarını müdafiə edən. Düşmənə qarşı mübarizə təbliğatına çevirirlən mədəni-kütləvi tədbirlərin səviyyəsinin inkişaf etdilməsinə istiqamətləndirilən sosioloji tədqiqatların təşkil olunmasını da vacib hesab edir.

       Təbii ki, milli maraqları əhatə edən mədəni-kütləvi tədbirlərin də bədii ifadə vasitələri əhalinin sosial-mədəni, bədii-estetik tələbatına cavab verməlidir. Məhz həmin tələbatın səviyyəsini müəyyənləşdirmək, ifadə vasitələrinin keyfiyyətini artırmaq üçün tətbiqi sosiologiyanın tədqiqat formalarından, təhlil metodlarından geniş istifadə olunmalıdır.


ƏBƏBIYYAT

       1. Sosiologiya. Bakı, «Təbib», 1994, səh. 68.

        2. Kak provesti soüioloqiçeskoe issledovanie. Moskva, 1990. s. 12.
        3. Sosiologiya. Bakı, «Təbib», 1994, s. 104.
       
4. Kak provesti soüioloqiçeskoe issledovanie. M., 1990. s. 107.

       5. K. Marks, F. Gnqelğs. Soç. T. 2, s. 238.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page