IDMAN VƏ MUSIQI
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
Search


TƏTBIQI KULTUROLOGIYA
VƏ SOSIOLOJI TƏDQIQATLAR

Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI
GÖZƏLLIK HARMONIYASIDIR

Imruz ƏFƏNDIYEVA
MƏHƏBBƏT ƏFSANƏSI:
ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU

Lalə Hüseynova

 


Esli tı zanimaeşğsə muzıkoy i filosofiey, upracnəy telo qimnastikoy, esli tı atlet, to upracnəysə v filosofii.
Platon


Qədim və gözəl Azərbaycan diyarım Sənin necə də qüdrətli, dahi və zəngin mədəniyyətin, ənənələrin var. Bəli, bu torpaq xalqıma ən istedadlı və görkəmli musiqi korifeyləri bəxş etmişdir.

Azərbaycan xalq rəqsləri, mahnıları qədim zamanlardan bu günümüzə qədər gəlib çatmışdır. Hal-hazırda da xalqımız bu inciləri dərin məhəbbətlə qoruyub saxlayır. Məhz bu gözəl xalq nümunələrində bizim adət-ənənələrimiz yaşayır.

Bu gün xalq musiqimizdə və bəstəkarlarımızın yaradıcılığında musiqinin idman ilə bağlılığı, əlaqəsi bizi maraqlandırır. Bir neçə qədim mahnılarımızı xatırlatmaq istərdim: Piyada Koroğlu, Paroxod, Minəydim atın kəhərini və başqaları xalqımızın ənənələrini əks etdirir.

Tanınmış ifaçı Zakir Mirzəyev qeyd edir ki, Bakıda keçmiş yüzilliyin əvvəllərində zorxana var idi: Zorxananın oyunları musiqi sədaları altında keçirdi. Oyunun tempinə uyğun olaraq dumbulun sədası gah güclənir, gah da zəifləyirdi.1

Bildiyimiz kimi, Koroğlu dastanında öz əksini tapan cəng nəğmələri silsiləsi bədii-estetik üslub etibarı ilə aşıq melodiyaların ən qədim mənbələrinə əsaslanır.

Həmçinin qeyd etməliyik ki, əsrlər boyu yaşamış, unikal və dahi dastanımız Kitabi Dədə Qorqudda biz qeyri-adi musiqi nümunələrinə rast gəlirik. Belə ki, qopuzçalanlar döyüş zamanı ön cərgədə gedirdi və bu çalanlar ən mərd, cəsarətli insanlar idi

XX əsrin əvvəllərində Kəşkül adlı məcmuə buraxılmışdır (Sbornik tatarskix, persidskix i tureükix narodnıx pesen). Bu məcmuəyə janr etibarilə müxtəlif mövzular daxil edilmişdir, külli miqdarda mahnı-marşlar dərc olunmuşdur. Şerlərin bir qismi M.Ə.Sabir, H.Zərdabiyə məxsus idi, digərləri az tanınmış şairlərin idi. Maraqlıdır ki, həmin məcmuədə daha çox mahnı-marşlar təqdim olunmuşdur. Onların sözləri Ü.Hacıbəyovun operalarından populyar melodiyalara oxunurdu.

Sonrakı mərhələdə Ü.Hacıbəyovun yaratdığı Qızıl əsgər (sözləri M.S.Ordubadinindir) mahnısı xüsusi yer tutur. Bu mahnı 20-ci illərdə tez-tez səslənirdi. Fikrimizcə, bu mahnı nəinki Azərbaycanda qəhrəmani-patriotik janrın əsasını qoymuşdur, həmçinin sonrakı onilliklərdə yazılan , yaradılan idman haqqında mahnı-marşlar Üzeyir bəyin əsərlərindən bəhrələnmişdir. Çünki Ü.Hacıbəyovun mahnısında, ilk növbədə, gözəçarpan hərəkət vurğulu ritm, musiqinin dinamikliyi, marşvariliyi, fəallığı kimi xüsusiyyətlər yeni nəsil bəstəkarlarını valeh etmişdir.

T.Quliyevin sonralar yazdığı Müdafiə marşı (sözləri: H.Natiqindir) məhz Ü.Hacıbəyovun ənənələrinin davamıdır.

Müharibənin ilk günlərində yazılan M.Israfilzadənin Yəhərləyin atları (sözləri: Z.Xəlilindir) qəhrəmanın igidliyindən, atların bu döyüşlərdə insanlarla birgə şücaət göstərməsindən bəhs edir.

1950-60-cı illərdə respublikamızda müxtəlif festivallara həsr edilmiş gözəl mahnılar, kantatalar və digər əsərlər yaranır: M.Mirzəyevin Gənc idmançılar mahnısı (sözləri: X.Əfəndiyevindir), Q.Hüseynlinin Idmançılar mahnısı (sözləri: H.Abbaszadənindir), Yürüş mahnısı (sözləri: H.Abbaszadənindir), Gənc alpinistlər (sözləri: T.Əyyubovundur), Niyazi və Rauf Hacıyevin birgə yazdıqları Festival mahnısı (marş) (sözləri: A.Lyubyanitskinindir), Z.Bağırovun Festivala yürüş (sözləri: A.Lyubyanitskinindir), R.Hacıyevin Gənclik marşı (sözləri: E.Mehdiyevindir) və digərləri idmanla musiqinin qarşılıqlı əlaqəsindən, vəhdətindən, gəncliyimizin fədakarlığından bəhs edir.

C.Cahangirovun Yürüş mahnısı (sözləri: Ə.Əlibəylinindir), Düşərgə nəğməsi (sözləri: Q.Qasımzadənindir), A.Rzayevanın Düşərgə nəğməsi (sözləri: N.Rəfibəylinindir) məhz bu mövzuya həsr olunmuşdur.

1980-ci ildə Moskvada keçirilən Olimpiada üçün Qara Qarayev bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi Azər Dadaşov idmançılara həsr edilmiş gözəl kantata yaratdı:
Sçastğö, da! (sözləri: V.Kolmanovskinindir). Bu kantata solo, xor və simfonik orkestr üçün bəstələnmiş bir hissəli kompozisiyadır. Əsərin musiqisində idmana xas olan fəal marş ritmi, hərəkəti, gümrah və şən əhval-ruhiyyə öz parlaq təcəssümünü tapır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page