ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
TƏTBIQI KULTUROLOGIYA VƏ SOSIOLOJI TƏDQIQATLAR
Ilqar HÜSEYNOV
IDMAN VƏ MUSIQI – GÖZƏLLIK HARMONIYASIDIR
Imruz ƏFƏNDIYEVA
«MƏHƏBBƏT ƏFSANƏSI»: ƏDƏBI MƏNBƏDƏN BALETƏ DOĞRU
Lalə Hüseynova
|
|
Bəstəkar Əziz Əzizlinin də yaradıcılığında idman mövzusu xüsusi yer tutur. Ə.Əzizlinin yazdığı «Idmançılar marşı» 1980-ci illərdə idmançıların himni kimi qəbul olunmuşdur. Həmin əsər vaxtilə bütün rəsmi konsertlərdə, həmçinin nümayişlərdə idmançıların göstərdiyi xüsusi proqramlarını, hərəkətlərini əks edirdi. Daha sonra Ə.Əzizlinin idmançılara həsr edilmiş «Serebristıe palatki» (sözləri: L.Amstislavskinindir) mahnısı da maraqlıdır. Bu əsərin yaranması da diqqəti çəkir. Quba rayonunda istirahət zamanı, idmanla məşğul olan bir neçə pioner, bəstəkardan xahiş edirlər ki, o, onlar üçün mahnı yazsın. Və həmin mahnı sonra pioner düşərgəsində istirahət edənlərin ən sevimli əsərinə çevrilir.
Ə.Əzizlinin gənclərə, idman ustalarına olan məhəbbəti, xoş münasibəti, inamı bəstəkarı yeni bir mahnı yaratmağa sövq etmişdi: «Veter» (sözləri: A.Xaldeyevindir) mahnısının ifaçısı da məhz Əziz olmuşdur. Bu mahnı turizm haqqında ən gözəl mahnılardan biri kimi Ümumittifaq radiosunda səslənirdi.
Görkəmli bəstəkar V.Adıgözəlov məşhur «Novruz» kantatasında xalq ənənələrinə sadiq qalaraq, qədim idman oyununu «Kos-kosa»nı canlandırmışdır. Kantatanın III hissəsi – Allegretto – «Kos-kosa» adlanır. Həqiqətən də bu maraqlı oyun öz təcəssümünü musiqidə tam dolğunluğu ilə tapmışdır.
R.Zöhrabov xalq çalğı alətləri orkestri üçün yazdığı «Norvuz bayramı» süitasında xalq ənənələrini canlandırır. Əsər üç hissədən ibarətdir: 1) «Kos-kosa»; 2) «Qavalla rəqs»: 3) «Kəndirbazlar». Məhz bu əsərdə müəllif musiqidə idmanla əlaqədar, müxtəlif ritmli hərəkətlər, dinamik obrazlar yaratmışdır.
Xüsusi olaraq, Azərbaycan bəstəkarları uşaqlar üçün idman haqqında gözəl və yadda qalan nəğmələr bəstələmişdilər. O.Zülfüqarovun Səttar Zərdablının sözlərinə yazdığı «Idman» mahnısı balacalarımızın ən sevimli əsəridir və tez-tez səslənir:
«Kim sevirsə idmanı,
Bir, iki, üç, dörd
Poladdan olar canı
Bir, iki, üç, dörd».
Bu sözlərin musiqidə sanki «sinxron» təcəssümünü görürük.
Həmçinin S.Rüstəmovun «Kosmonavtlar» (sözləri: V.Tatarinovundur), M.Əhmədovun «Balacalar marşı» (sözləri: C.Məmmədovundur), F.Qarayevin «Səfərdə» mahnısı (sözləri: R.Zəkanındır) kimi əsərləri də uşaqlar üçün çox səmimi yazılmışdır.
N.Nəbiyevin «Gənclik marşı» (sözləri: D.Gədəbəylinindir) da qeyd olunmalıdır.
Bu yaxınlarda BMA-da keçirilən F.Əmirov adına nəfəsli alətlər üzrə müsabiqənin yekun konsertində F.Bədəlbəylinin «Azərbaycan Olimpiyaçılarının marşı» səsləndi. Əsər olduqca şən, gümrah və təntənəli səpkidə yazılıb. Konsertdə bu əsər istedadlı dirijor Yusif Axundzadənin təfsirində səsləndirildi. O, böyük sənətkarlıqla, zövqlə və səmimiyyətlə F.Bədəlbəylinin bu əsərini dinləyicilərə çatdırmışdır.
Bəstəkar S.Fərəcov da bu yaxınlarda «Idmançılar himni»ni (sözləri: E.Dilqəmoğlunundur) yaratmışdır. Onu da deyə bilərəm ki, idman və musiqi bütün dövrlərdə bir-birilə yaxın əlaqədə olmuş, bu günümüzlə daha çox əlaqədədir.
Heç də təsadüfi deyil ki, idmana Dövlətimiz və şəxsən hörmətli Prezidentimiz cənab IlhamƏliyev xüsusi diqqət göstərir. Biz daima dövlətimiz tərəfindən idmana qayğının şahidi oluruq. Azərbaycan Milli Olimpiya Komitəsinə başçılıq edən möhtərəm Ilham Əliyev respublikada idman sahəsinin inkişafına böyük diqqətlə yanaşır. Məhz bu diqqətin nəticəsində respublikada idman sahəsi gündən-günə inkişaf edir, yeni-yeni qaliblər meydana çıxır.
Mən inanıram ki, bizim bəstəkarlarımız bundan sonra da idmana həsr olunmuş yeni-yeni gözəl və ifadəli musiqi əsərləri yaradacaqlar.
ƏDƏBIYYAT
1 Mirzəyev Z. Zorxana haqqında. Milli Aviasiya Akademiyasının 10 illiyinə həsr olunmuş Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Ekstremal vəziyyət. Harmoniya və Şərq döyüş sənətləri» (17-19 aprel 2002-ci il). Bakı, s. 65.
|