ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
YETMIŞ YAŞLI BIR MƏKTƏB VAR ŞUŞADA
Mir Kamil AĞAMIROV
MUSIQI IFAÇILIĞI TƏLIMINDƏ ƏSƏR ÜZƏRINDƏ IŞ METODLARI
Minarə DADAŞOVA
|
|
Həmin günlər Bakıda gənc ifaçıların baxış – müsabiqəsi keçirilirdi. Məktəbimizin direktoru Əlipaşa Daşdəmirov və səs müəllimimiz Abış Həsənovun rəhbərliyi ilə biz Bakıya gəldik. Əvvəlcə görkəmli müğənnimiz Bülbül bizim səsimizi yoxladı və öz tövsiyyələrini verdi. Məhz onun qayğısı və obyektivliyi sayəsində müsabiqənin qalibi olduq. Filarmoniyada konsert verdik. Konsertdən sonra Bülbül bizimlə şəkil çəkdirdi və səsimizi yaxşı qorumağı tapşırdı. Xüsusilə mənim səsimin zil olduğunu görüb tapşırdı ki, xanəndəlik sənəti ilə daha yaxşı məşğul olum. Biz onun tövsiyyəsi ilə Dövlət Konservatoriyasında və başqa yerlərdə daha bir neçə konsertlər verdik. Mən indi də həmin günləri xoş bir xatirə kimi unutmuram…".
Sonrakı illərdə də məktəb öz fəaliyyətini yüksək səviyyədə davam etdirmiş, məktəbi yüzlərlə gənc bitirmiş və onlar respublikanın musiqi həyatında mühüm rol oynamışlar.
Ayrı-ayrı illərdə məktəbin direktorları olmuş Həmzə Əliyev, Isi Abbasov, Əlipaşa Daşdəmirov, Məmməd Nəbiyev, Qaraş Hacıyev, Əlikram Hüseynov, Xuduş Ismayılov, Səid Hacıyev və Zöhrab Bayramovun məktəbin inkişafında müstəsna xidmətləri olmuşdur.
1958-1963-cü illərdə məktəbin direktoru olmuş, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Musiqi Təhsili Üzrə Tədris Metodika Kabinetinin direktoru vəzifəsində çalışan, Respublikanın Əməkdar Mədəniyyət işçisi Səid Hacıyev o illəri belə xatırlayır:
"Məktəbə direktor təyin olunanda mənim cəmi 20 yaşım var idi. Lakin buna baxmayaraq, işə çox böyük həvəslə başladım. Axı mən özüm də bu məktəbin yetirməsi olmuşam. Mən ilk öncə məktəbi istedadlı və bacarıqlı kadrlarla komplektləşdirməyə, musiqi alətləri ilə təmin etməyə çalışdım. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün Bakıdan görkəmli mütəxəssisləri köməklik göstərmək üçün məktəbə dəvət etdim. Onlardan Kövkəb xanım Səfərəliyeva, Adil Gəray, Orxan Orxanbəyli, Ulduz Hacıyev və başqaları dəfələrlə məktəbdə olaraq pedaqoji kollektivə böyük köməklik göstərmişlər. Görkəmli xanəndə Qulu Əsgərov da məktəbin bir-neçə dəfə qonağı olmuş və maraqlı konsert proqramları ilə çıxış etmişdir…".
Təəssüf ki, məlum Qarabağ hadisələri məktəbimizi də yerindən-yurdundan elədi. 1992-ci ildən biz öz fəaliyyətimizi Bakıda davam etdiririk. Mədəniyyət naziri P. Bülbüloğlunun sərəncamı ilə 16 saylı musiqi məktəbinin binasında məskunlaşmışıq. Mən yeri gəlmişkən, bizə göstərdikləri köməkliyə və qayğıya görə həmin məktəbin direktoru Rəna xanım Aslanovaya və məktəbin pedaqoji kollektivinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Məktəbə 40 ilə yaxındır ki, gözəl insan, bacarıqlı mütəxəssis Oktay Allahverdiyev rəhbərlik edir. Bu illər ərzində o, öz bilik və bacarığını məktəbin daha böyük nailiyyətlər qazanmasına sərf etmişdir.
Oktay Allahverdiyevin dedikləri:
- 1965-ci ildən bu məktəbdə direktor işləyirəm. Ötən illər ərzində məktəbi yüzlərlə şagird bitirmişdir. Onlar təhsillərini davam etdirərək respublikanın ayrı-ayrı musiqi məktəblərində çalışırlar. Hal-hazırda məktəbimizdə 300-ə yaxın şagird təhsil alır. Burada şagirdlərin şagirdlərin musiqi – estetik tərbiyəsi ilə 60 nəfərlik pedaqoji kollektivimiz məşğul olur. Onların demək olar ki, hamısı öz məktəbimizin yetirmələridir. Biz bu gün məktəbimizə göstərdikləri qayğıya görə Mədəniyyət Naziri, cənab P. Bülbüloğluna, mədəniyyət nazirliyinin bütün əməkdaşlarına, Şuşa rayon Icra Hakimiyyətinin başçısı, cənab N. Bəhmənova, onun müavini E. Ələkbərova və mədəniyyət şöbəsinin müdiri Z. Abbasova kollektivimiz adından öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz məhz onların köməkliyi sayəsində çətinliklə də olsa fəaliyyətimizi davam etdirə bilirik. Lakin yerimizin darısqal olması və məktəbin şuşalıların əsasən məskunlaşdıqları Yeni Yasamal massivindən uzaqda yerləşməsi işimizi günün tələbləri səviyyəs
ində qurmağa imkan vermir. Müəllimlərimiz şagirdlərlə, əsasən məskunlaşdıqları yerdə və evlərdə məşğul olurlar. Bu isə tədrisin keyfəyyətinə mənfi təsir göstərir. Mən əlaqədar təşkilatlardan xahiş edərdim ki, imkan daxilində Yeni Yasamalda məktəbimiz üçün yer ayrılmasına köməklik göstərsinlər...
Bəli, çətin şəraitdə işləsək də şagirdlərimiz bu gün də məktəbə böyük arzu, istək və həvəslə gəlirlər. Günlər, aylar ötdükcə şagirdlərin musiqi duyumu da öz axarına, məcrasına düşür. 7 səsin düzümü, 7 səsin ahəngi musiqiyə çevrilib ürəklərə axır. Hər birinin də öz sevimli musiqi aləti var: piano, tar, kamança, qarmon və s. Onlar hələ öyrənirlər. Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, S. Ələsgərov, Ə. Abbasov, T. Quliyev, V. Adıgözəlov, eləcə də Bax, Bethoven, Qlinka, Motsart, Şopen, Çaykovski, Şostakoviç, və onlarla digər klassik, müasir dahi bəstəkarların fikirlərini, hisslərini, düşüncələrini dərk etməyə çallışırlar. Əksəriyyəti də «əla» və «yaxşı» qiymətlərlə oxuyur.
Məktəbimizdə tez-tez maraqlı tədbirlər keçirilir. Burada bayram şənlikləri, musiqi məktəbləri kollektivləri ilə görüşlər, həmçinin şagirdlərin valideynlər qarşısında çıxışları təşkil edilir. Mədəniyyət Nazirliyinin keçirdiyi Respublika müsabiqələrində və festivallarında məktəbimizin şagirdləri müvəffəqiyyətlə iştirak edirlər.
Şagirdlərin musiqi duyumunu cilalamaq, fantaziyasını təkmilləşdirmək üçün pedaqoji kollektivimiz əlindən gələni əsirgəmir. Bu işdə müəllimlərdən M. Hüseynova, T. Əliyeva, V. Həsənov, N. Abbasov, I. Rəhimov, S. Yusifova, I. Abbasov, H. Ələsgərova, S. Əhmədova və başqalarının əməyi xüsusilə böyükdür.
Mədəniyyət Nazirinin razılığı ilə bu ilin noyabr ayında məktəbimizin 70 illik yubleyi təntənə ilə qeyd olunacaq. Buna görə biz hörmətli nazirimiz Polad müəllimə dərin hörmət və böyük ehtiramla təşəkkürümüzü bildirir və kollektivimizin bir neçə təklifinin nəzərə alınmasını xahiş edirik.
Yeri gəlmişkən, Şuşa Musiqi Məktəbinin yaranma tarixi ilə bağlı arxiv sənədlərinin əldə olunmasında bizə yaxından köməklik göstərdiyinə görə Azərbaycan Dövlət Arxivinin rəhbərliyinə, əməkdaşlarına və xüsusilə şöbə müdiri Sima xanıma öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bəli, 70 yaşlı Şuşa Musiqi Məktəbinin gözəl ənənələri vardır. Məktəbin müəllim və şagird kollektivi bu ənənələri ləyaqətlə davam etdirirlər. Illər bir – birini əvəz etdikcə onlar qədim Şuşanın musiqi şöhrətini daha da artıracaqlar. Gün o gün olsun ki, məktəbimizin gələcək yubileylərini öz doğma Şuşamızda qeyd edək.
|