ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 


       Azərbaycan musiqişünaslığı yeni, maraqlı bir nəşrlə zənginləşmişdir. Sənətşünaslıq namizədi, dosent Fərəh Əliyevanın «Musiqi tariximizin səhifələri» adlı məqalələr toplusu çapdan çıxmışdır. Kitabın dahi Üzeyir bəyin ad günü ərəfəsində işıq üzü görməsi və musiqi içtimaiyyətinə təqdim edilməsinin özü, zənnimcə, rəmzi məna daşıyır, belə ki, bunun müəllifi çoxdan bəri Hacıbəyov yaradıcılığının tədqiqatçılarından biri kimi tanınmışdır. Musiqi tariximizin keçmiş səhifələrini və bu günki mədəni həyatımızın müxtəlif cəhətlərini işıqlandıran bu kitabdakı ilk məqalə də dahi klassikimizin yaradıcılığına həsr olunmuş portretdir.

       Kitabda F.Əliyevanın müxtəlif illərdə yazdığı elmi, tənqidi, publisistik məqalələri, konfranslarda etdiyi məruzə və çıxışları toplanmışdır. Ü.Hacıbəyov, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, C. Gəngirov, S.Ələsgərov kimi korifeylərimizin portretləri, bu gün Azərbaycan incəsənətini bütün dünyada tanıtdıran, musiqiçilərimizin müxtəlif nəsillərini təmsil edən A.Məlikov, A.Əlizadə, V.Mustafazadə, F.Əlizadə kimi sənətkarların, eləcə də E.Dadaşova, F.Qarayev, R.Həsənova, F.Hüseynov kimi bəstəkarların portretləri kitabın xüsusi bölməsini təşkil edir. Həmin fəsildə musiqi ifaçılığımızın bu günki simasını özündə parlaq əks etdirən aparıcı musiqiçilərin portretləri də verilib. Müəllifin «Tənqid. Publisistika. Asılmamış səhifələr» adlandırdığı fəsildə musiqi həyatımızın mühüm hadisələri işıqlandırılır; burada opera və balet tamaşalarına, festival və ayrı-ayrı konsertlərə rəylər, musiqi xadimlərilə müsahibələr, elmi məqalələrinin bir qismi toplanmışdır. F.Əliyevanın musiqişünas kimi maraq dairəsi genişliyi, əhatəli olm ası ilə diqqəti cəlb edir; o, musiqi tənqidinin müxtəlif janrlarında öz gələmini uğurla sınamış bir musiqişünas kimi çıxış edir. Mövzu və janrların müxtəlifliyinə baxmayaraq, F.Əliyevanın bu kitabda təqdim etdiyi bütün yazılar vahid dəst-xəttilə seçilir ki, bu da müəllifin peşəkarlığını göstərir.

       Kitabdakı məqalələr böyük bir zaman və məkan hüdudlarını əhatə edir. Burada Azərbaycan musiqisinin tarixi keçmişindən tutmuş, XXI əsrdəki nailiyyətlərinədək bir çox məsələləri araşdıran müxtəlif janrlı işlər vardır; Azərbaycanın xarici ölkə musiqiçiləri ilə mədəni əlaqələrindən bəhs edən məqalələr də az deyil.

       Kitabda musiqimizin tarixi keçmişi ilə, Hacıbəyovşünaslıqla bağlı naməlum səhifələri açan, bəzi mühüm faktları ilk dəfə təqdim edən məqalələr xüsusi maraq doğurur.

       Və bunların hamısını müəllif müasirlik baxımından, günün tələbləri, elmin, incəsənətin, mədəniyyətin bu günki nailiyyətləri kontekstində şərh edir ki, bu da kitabın məziyyətlərindən biridir. Nəhayət, məqalələr toplusunun daha bir qiymətli cəhətini qeyd etmək istərdim: müəllif nədən yazırsa yazsın – istər qədim çalğı alətlərimiz və ya bəstəkar yaradıcılığı olsun, istər dünya şöhrətli M.Rostropoviçin Azərbaycana gəlişi və ya Moskvalı balet üstalarının Bakıdakı qatsrolundan söhbət getsin – bu yazıların hamısından ana xətti kimi keçən bir mövzu var ki, bu da müəllifin doğma xalqa, vətənə məhəbbətidir. F.Əliyevanı xalqımızın mədəni irsini damla-damla toplayıb araşdırmağa, bəstəkar yaradıcılığını, ifaçılığımızı səciyyələndirib qiymətləndirməyə, milli musiqimizi təbliğ etməyə ilhamlandıran da onun vətənpərvərliyi olmuş və müəllif bu işi yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmişdir. Gəlin, bu maraqlı kitabı yaratmış F.Əliyevaya yeni yaradıcılıq uğurları arzulayaq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page