ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 




       2002-cü ilin may ayında Azərbaycan musiqi elmində diqqətəlayiq bir yenilik baş verdi. Milli Elmlər Akademiyasının müxbir üzvü, musiqişünas Rəna xanım Məmmədovanın «Musiqi türkologiyası» adlı elmi əsəri işıq uzu gördü. Əsərin təqdimatı iyun ayında Elmlər Akademiyasının Humanitar Bölmə iclasında keçirildi və alimlərin böyük marağına səbəb oldu.

       Ilk baxışda əsərin heç də böyük olmayan həcmi bəzi alimlərdə təəcüb doğura bilər. Ancaq onun daxilində verilmiş fundamental tədqiqat üslubu təəcüb yox, heyranlıq hissi yaradır. Elm xadimlərinə məlumdur ki, elmin metodoloji əsaslarını, üslub istiqamətini yaratmaq yeni əsərlər yazmaqdan qat-qat çətindir. Rəna xanım isə bu məsuliyyətli işi öz üzərinə götürərək, onu böyük uğurla və cəsarətlə yerinə yetirə bilmişdi.

       Qeyd edim ki, Azərbaycanda türkçülüyün problemləri ilə bir sıra şəxslər çox məhsuldar məşğul olmuşlar. Ancaq, onların heç biri bu problemə elmi istiqamət kimi baxmamış və «Türkologiya» adını verməmişlər. Təbiidir ki, belə bir əsaslı tarixi istiqaməti yaratmaq və bu məsuliyyəti öz üzərinə götürmək üçün Rəna xanımın formalaşdıran yüksək elmi muhit və dərin biliklə yanaşı, geniş dünyagörüşü, qlobal düşüncə sahibi olmaq və ən vacibi isə – Allaha böyük inam lazımdır.

       Ancaq Rəna xanım bu keyfiyyətləri heç də asan yolla qazanmamışdı. O, uzun illər öz mövqeyini axtarışlarda təsdiqləyərək, Azərbaycanda yeni, müasir təhlil üsulları tətbiq edirdi. Əslində alim hələ XX əsrin 80-ci illərindən başlayaraq elmi araşdırmalarında, aspirant və dissertantlarla iş prosesində öz təhlil üslubunu «yetişdirirdi».

       Kitabın əsas Prinsipi ilə tanışlıqdan öncə istərdim türkçülük tariximizin ən maraqlı məqamlarını xatirladım. Bildiyimiz kimi, orta əsrlərdə Şərq-Islam mədəniyyətinin aparıcı qolu olan Türk mədəniyyəti qədim və zəngin tarixi köklərinə əsaslanaraq, incəsənət sahəsində əsl möcüzələr yarada bilmişdi. Bu faktın dərin tarixi – coğrafi və sairə səbəbləri var.

       Bu gün Türk xalqlarının yerləşdiyi geopolitik ərazi, həyat tərzi, adət-ənənələri dünya xalqlarının böyük marağına səbəb olur. Gündən-günə dünya siyasətində artan nüfuzu isə bir çox halda qısqanclıq hissi oyadır. Çox maraqlıdır ki, biz türkləri sevmədikcə və bizə qarşı nifrət, xəyanət, paxıllıq hissi artdıqca bizdə əksinə olaraq, Allaha inam, paklıq, həyatsevərlik artır.

       Bəlkə biz nəhayət dərk edək ki, bizi Tanrı qoruyur, bizə qüvvət verir, ən qiymətlisi isə, bəşəriyyətin sonuncu dünyəvi dini olan Islamı bizlərə nəsib etmişdi. Bir mömin alimin fikrincə, «turk dilli xalqların sırasında məhz Islamı qəbul edəndlər dövlət və sərvət sahibi olmuşlar».

       Azərbaycanın 100 yaşlı alimi, XX əsr türk həqiqətlərinin bayraqları olan Lətif Hüseynzadə yazır ki, türklərin ən nüfuzlu mudrik insanı, böyük şamanı və ruh sahibi olan Dədə Qorqud Məhəmməd reyğəmbərlə (s.ə.ə.s.) görüşündən sonra, Peyğəmbər həzrətləri türkləri yüksək qiymətləndirərək, gələcəkdə onların Islam dəyərlərini ən çox yaşadan və yayan musəlmanlar olacaqlarını söyləmişdi. Bəlkə də, buna görə dünyanın ən uca yazılı elm məbədi olan Qurani-Kərimin ilk nüsxələrindən biri və peygəmbər əleyhissəlamın şəxsi əşyaları türklərin əlindədir.

       Artıq bir sıra elmi məqalələrdə, tədqiqatlarda Azərbaycan Nuh reyğəmbərin yurdu kimi təqdim edilir. Bu fakt qədim türk abidəsi olan Gəmiqaya tarixi panteonunun Naxçıvanın Ordubad bölgəsində yerləşməsi ilə təsdiqlənir.

       Təbiidir ki, Allah-taala insanların günahlarını Nuh peyqəmbərə bağışlayıb yer üzünə qaytararkən qeyri-adi torpağa bağlamalı idi. Ordubad isə Azərbaycanın ən zəngin maddi və mənəvi sərvətlərinə sahib olan bölgəsidir. Qeyd edim ki, Naxçıvanda müqəddəs Qurani-Kərimdə əks olunmuş Əshabi-Kəhf ziyarətgahının mövcudluğu bu bölgəyə xüsusi status verir.

       Bildiyimiz kimi, qədim türklərin yaranması tarixdə Huh reyğəmbərin oğlu Yafəsin törəmələri kimi məlumdur. Bir çox mənbələrdə xəbər verilir ki, Nuh peygəmbər bu dünyanı tərk edərkən oğlu Yafəs öz ölkəsini idarə etmək üçün ondan hikmət dilədi. Peyğəmbər isə belə cavab verdi: «Tanrı mənə buyurdu ki, ona oğul verəcəyəm, adını da Türk qoyuram. O gələcəkdə bütün dünyanı ədalətlə idarə edəcək».

       Bir çox insanlar hələ də rəvayətlərə, əfsanələrə, xalq deyimlərinə ciddi münasibət bəsləmirlər. Ancaq maraqlıdır, nə üçün bu gün nağıllarda verilən fantastik hadisələr, personajlar, əşyalar reallığa çevrilən bir dövrdə insanların bir qismi hələ də sovet elminin qondarma, saxta yazılarına inanaraq, xalqın əsrlər boyu inanc süzgəcindən keçmiş və yaddaşında əks olunmuş həqiqətlərə şübhə ilə yanaşırlar.

       Türksoylu xalqlar içərisində Tanrı musiqi qüdrətini azəri türklərinə vermişdir. Belə olmasaydı dahi Üzeyir Hacıbəyli Azərbaycana nəsib olmazdı.

       XVII əsrin 1685-ci ili. Almaniyada I.S.Bax və G.F.Hendel anadan oldular. Onlar Qərb aləminin klassik musiqisinin baniləri idilər.

       XVII əsr – hər iki bəstəkarın yaradıcılığı əsasında Vyana bəstəkarlıq məktəbi yaranır və tədricən Avropada Milli musiqi məktəblərinin formalaşmasına təkan verir.

       XIX əsrin 1885-ci ili. Azərbaycanda Üzeyir Hacıbəyli və Qafqazda Müslüm Maqomayev anadan oldular. Onlaq Şərq aləminin klassik notlu musiqisinin baniləri idilər.

       XX əsr. Hər iki bəstəkarın yaradıcılığı əsasında Asiyada və Qafqazda bəstəkarlıq məktəbləri yaranır və tədricən Türkiyə, Ərəb ölkələrində Milli musiqi məktəblərinin formalaşmasına təkan verir.

       XXI əsr. Onlardan «törənən» Qara Qarayev və Fikrət Əmirovun əsərləri əsasında dünyada analoqu olmayan janrlar, məqamlar, harmoniyalar əmələ gələrək, Qərb və Şərq musiqi ənənələrinin bir-birinə qovuşmasına imkan yaradır. Bu gün bu faktlar üzərində düşünmək lazımdır.

       Dahi Üzeyir bəyin elmi ixtiralarında yeddi səsin adlarının planetlərin ismi ilə müqayisəsi və onların muğamlara uyğun olması dünya musiqi elminə yeni rakursdan yanaşmağa imkan yaradır. Klassik musiqi aləmi bu həqiqətlə razılaşıb , Azəri türklərinin musiqi qüdrətini qəbul etməyə məcbur olmuşdu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page