ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 


       Təbiidir ki, Üzeyir bəyin böyük ideyaları Sovet dövründə tam açıqlana bilməzdi. Ancaq Stalin repressiyası dövrundə Üzeyir bəy Milli musiqi-mizin tənəzzülə üğramasına imkan vermədi, əksinə musiqimizin humanistliyini, dünyəviliyini dərk edərək onu dünya səviyyəsinə çıxara bildi.

       Üzeyir bəy türkçülüyə qarşı aparılan amansız soyqırımına dahiyanə cavab verə bilmişdi. O, bir sıra ziyalılardan fəqrli olaraq, daha yetkin və plastik siyasət aparırdı. Təsəvvür edin ki, 1937-ci ildə Azərbaycanda bolşeviklər tərəfindən türk soyqırımı başlayanda «Koroğlu» operası səhnəyə qoyulur. Bu dördə Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz kimi şəxslər məhv ediləndə Üzeyir bəy türk sənətinin emblemi olan Aşıqlar qurultayını keçirir, Şərur yallısını Moskvaya, Incəsənət dekadasına aparır. Bu dövrdə musiqi elmi və ifaçılığı yüksək nailiyyətlər qazanır. Ancaq, bu yüksəlişi görən türksoy düşmənləri Üzeyir bəyin vəfatından, yəni 1948-cü ildən sonra «Milli nəzəriyyə» ixtisasının və musiqi nəşriyyatının bağlanmasına nail olmuşdular.

       Üzeyir Hacıbəyovun 1938-ci ildə Naxçıvandan deputatlığa namizəd verilməsi onun türkçülük ideyalarının bir nümunəsidir. O, Ana Turkiyə ilə yeganə bağlı olan Naxçıvanın musiqi mədəniyyətinin inkişafını əvvəlcədən düşünərək, burada musiqi məktəbinin açılmasına və teatrın musiqili dram statuslu olmasına nail olmuşdu. Üzeyir bəy yazılarında qədim türklərin özünəməxsus yazı sisteminin mövcudluğunu istisna etmirdi. Ancaq bu sistemin itirilməsini vurğulayaraq, gələcəkdə müqayisəli tədqiqatlar vasitəsilə həmin sistemin bərpa edilməsini mümkün hesab edirdi.

       Burada müəllif öz fikirlərini bitirib, yenidən təqdim olunan əsərə üz tutur.

       Rəna xanım Məmmədovanın Üzeyir bəyin ideyalarını həyata keçirmək arzusu təqdim etdiyi əsərdə açıq-aşkar verilir. Belə ki, o, əsərdə müxtəlif təhlil üsullarını – (dialektologiya, tipologiya, genetik bərpa) təklif edir. Düzdür, bu üsullar artıq dünyanın bir sıra etnomusiqişünaslıq məktəblərində, ələlxüsus slavyanşünaslıqda təcrübədən keçmişdi. Ancaq Rəna xanımın təklif etdiyi qiymətli üsul, mənim fikrimcə, etnogenetik bərpa üsuludur.

       Bu üsulun əsas məqsədi müqayisəli tədqiqatlar nəticəsində alınan türksoy musiqisinin prototipini, yəni ümumi modelini yaratmaqdır. Qeyd edim ki, genetik bərpa üsulu - XXI əsri dəbdə olan üsulu kimi tibbdə, dilçilik və s. sahələrdə də xüsusi yer tutur. Təsəvvür etmək olar ki, bu prosesə musiqi sahəsi də qoşulsa, soy əsasımızın həqiqətlərini üzə çıxarmaq nə qədər məhsuldar və zəngin olar.

       Bərpa olunan həqiqətlər isə xalqın ideologiyasının düzgün formalaşmasına təkan verə bilər. Axı hər birimizə məlumdur ki, uzun illər boyu türk tərbiyəsinə, ideologiyasına, elminə, sənətinə, bir sözlə bütün həyat tərzinə böyük ziyanlar vurulmuş və təcavüz olunmuşdur.

       Təbiidir ki, Rəna xanım araşdırma və təhlil üsulunu verərək, onu açıq elan edərək inkişafda görür. Bu baxımdan hər bir alim öz fikrini söyləyə bilər. Bir sözlə, R. Məmmədovanın əsəri – musiqi türkologiyasının əsasları və ümumi metodologiyasının platforması funksiyasını daşıyır. Məsələn, belə təklif vermək olar ki, Azərbaycanda «Musiqi türkologiyası» adlı beynəlxalq qurum yaranmalıdır. Bu qurum Komissiya, Elmi Şura, Məclis, Mərkəz, Cəmiyyət, yaxud başqa bir ad altında fəaliyyət göstərə bilər.

       Artıq XX əsr ötüb keçib, zaman bu əsrin dünya muharibələrini, dəhşətli etnik münaqişələrini insanlara hökm edərək, onların acı nəticələrini XXI əsrdə dərk etməyə sövq etdi. Bu gün tanrının bütün qüvvələrdən uca olması faktı insanların həyatını bürüyür. Illərcə qəbul edilməyən həqiqətlər qəbul olunur. Belə həqiqətlərdən biri də, TÜRKÇÜLÜKDÜR.

       Bu həqiqətləri təsdiqləyənlərdən biri də böyük ürəkli ziyalı, həlim xasiyyətli, Azəri türk xanımı, əsli-nəcabəti və soy kökü təmiz pak olan Rəna Azər qızıdır.

       Qəlbi millət eşqi ilə, vətənpərvərlik hissi ilə dolu olan insanlar bu gün öz keçmişinə hörmət edib və gələcəyini düşünməlidirlər. Onlar öz tarixini, incəsənətini «haramzadələrdən» təmizləməlidirlər. Bu yolda Tanrı bizə yar olsun.

       Rəna Məmmədova. Musiqi türkologiyası. Bakı, Elm, 2002. 84 səh.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page