ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 


       Mayın 2-də Xəzər Universitəsinin «Dünya» konsert salonunda «Üz-üzə» silsiləsindən Azərbaycan Respublikasının xalq artisti, bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Hey’ətinin Birinci Katibi Vasif Adıgözəlovla görüş keçirildi.

       Tədbirin aparıcısı – Xəzər Universitəsi mədəniyyət departamentinin əməkdaşı, Bakı Musiqi Akademiyasının dosenti Yeganə Axundova idi. O bildirdi ki, artıq indiki mərasimdən başlayaraq «Space» müstəqil teleradio şirkəti Xəzər Universitəsinin bu layihəsinin gerçəkləşdirilməsinə qoşulmuşdur ki, bu da nəzərdə tutulan tədbirlərin miqyasının xeyli genişlənəcəyinə və daha çox tamaşaçı auditoriyasına ünvanlanacağına şərait yaradır.

       Azərbaycan Bəstəkarlar Ittifaqının məs’ul katibi, musiqişünas Lalə Hüseynova ömrünü milli musiqi sənətimizin inkişafına həsr etmiş, neçə-neçə ölməz əsərlər yaratmış bəstəkar Vasif Adıgözəlovun yaradıcılıq taleyinə ayna tutdu. Azərbaycanın rəngarəng musiqi kəhkəşanında özlərinə əzəmətli yer tutmuş parlaq bəstəkarlar arasında Vasif müəllimin yaradıcılığının özünəməxsusluğunu aydın müəyyənləşdirən natiqin çıxışı rəğbətlə qarşılandı.

       Bəstəkarın dostları səmimi ürək sözlərini söylədilər. Xəzər Universitəsinin rektoru, professor Hamlet Isaxanlı Azərbaycan incəsənətinə böyük sənətkarlar bəxş etmiş Adıgözəlovların musiqi tariximizə öz imzalarını əbədi yazdıqlarından; Azərbaycan MEA Nizami adına Ədəbiyyat Institutunun direktoru, akademik Bəkir Nəbiyev bəstəkarın gənclik illərini göz önündə canlandıran xatirələrdən; tibb elmləri doktoru, professor Ağabəy Sultanov onun yaratdığı əlvan musiqi əsərlərinin dinləyicilərin təfəkkürünə tə’sirindən səmimiyyətlə söhbət açdılar.

       Sonra Vasif Adıgözəlovun könülləri oxşayan bəstələri səsləndi. Ifaçılar arasında Bakı Musiqi Akademiyasının professorları, xalq artistləri, görkəmli vokal ustaları Fidan və Xuraman Qasımovalar kimi böyük sənətkarlar, habelə Beynəlxalq müsabiqələr laureatı, pianoçular Murad Adıgözəlzadə, Elnarə Kəbirlinskaya, Yeganə Axundova, xalq artisti, məşhur tarzən Ramiz Quliyev, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva, Ilqar Muradov, Respublikanın əməkdar artisti Aygün Bəylər, «Qaya» vokal-instrumental ansamblının davamçısı olan «Bəri bax» vokal qrupu var idi.

       Bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmdən göstərilən fraqmentlər isə əslində elə tədbirin qayəsinə uyğun idi və həm dostların ürək sözlərini, həm də sənətçilərin musiqi nömrələrini tamamlayırdı.

       Beləcə, musiqisevərlərimiz bir neçə saat ərzində bir az sevincli, bir az şən, bir az kövrək ovqata düşdülər. Ən başlıcası bu oldu ki, bulaq suyu kimi təmiz Azərbaycan musiqisi səsləndi… Həm də Vasif Adıgözəlovun sənət dünyasına daha yaxından bələd ola bildik.

       Bu görüş başqa bir sevindirici məqamla üs-üstə düşdü. V.Adıgözəlovun «Qərənfil» adlı, təəccüblü də olsa, ilk diski tamaşaçılara təqdim olundu. Diskdə, bəstəkarın yaradıcılıq tərcümeyi-halında xüsusi yer tutmuş mahnılar toplanmışdır. Onlar Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev, Rauf Adıgözəlov, Elmira Rəhimova, Akif Islamzadə, Flora Kərimova, Anatollu Qəniyev, Ilqar Muradov və Aygün Bəylərin ifasında verilmişdir.

       Bəstəkar məclisin sonunda belə gözəl tədbir təşkil etdiyinə görə Xəzər Universitəsi rəhbərliyinə səmimi təşəkkürünü bildirdi, ən böyük arzusunun işğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı olduğunu vurğuladı… Bir də çoxunun özünə rəva bilmədiyi əsl təvazökarlıqla ən yaxşı musiqi əsərlərini gələcəkdə bəstələyəcəyini söylədi, özündən çox gənc musiqiçilərin sənət uğurlarından danışdı…

       Bunu məhz o deyə bilərdi: Bəstəkar Vasif Adıgözəlov!



Materialı hazırladı:
Leyla Məmmədova


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page