ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 


«Məhəbbət o qədər güclüdür ki, bizi yenidən yaradır».
F. Dostoyevski.



        Görkəmli rus yazıçısının sözlərini «…..yenidən yaradır və yaratmağa sövq edir» kimi fikirlərlə davam etdirmək olar. Yaradıcılıq prosesinə təkan verən, ürəkləri çırpındıran, ülvi hissləri dilə gətirən və əsrlərlə tərənnüm olunan sevgi və məhəbbət duyğuları yazıçı-şairlərin, rəssam-heykəltaraşların, bəstəkarların fikir mənbəyinin əsasını təşkil edən böyük amil və tükənməz qida mənbəyidir.

       Haqqında danışacağımız tədbir isə sənətə, musiqiyə olan sonsuz məhəbbətlə, vurğunluqla təşkil olunmuş və keçirilmişdir. 1999-cu ildən Bakı Musiqi Akademiyasında 14 fevralda sevgililər gününə həsr olunmuş konsertlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu musiqi gecələrini təşkil edən Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycanın Əməkdar artisti Rəna xanım Ismayılovadır. Keçirilən hər bir konsert özünə məxsus gözəlliyi, qeyri-adi abu-havası ilə seçilir. Əsasən tələbələrdən ibarət olan konsertlər öz ətrafına yaşından, sənətindən aslı olmayaraq bütün musiqiçiləri toplayır və yüksək sənət nümayiş etdirir.

       Lakin mən məhz bu il 2003-cü ilin 14 fevralında Bakı Musiqi Akademiyasının böyük zalında sevgililər günü münasibəti ilə müqəddəs Valentinə ithaf olunan konsetdən söhbət açmaq istərdim. Nəcib zövqlə bəzədilmiş səhnə, şamdamlardan süzülən zərif işartı, bədii və romantik aləm təəssuratı yaradır. Məhz təəssüratdan doğur ülvi hisslər, bədii aləmin palitrası.

       Təəssürat dedikdə isə Fransada XIX əsrin sonu XX əsrin əvvəllərində sənətdə yeni, stilistik bədii hadisə, yəni «Impressionizm» cərəyanının meydana gəlməsi nəzərdə tutulur.

       Təsadüfi deyil ki, konsertin repertuarı yalnız Fransız musiqisindən ibarət idi. Bir-birini həzin axarla əvəz edən əsərlər dərin musiqi məzmunu baxımından seçilmiş və böyük ifaçılıq professionallığı ilə təqdim olunmuşdur.

       Konsert görkəmli Frasız bəstəkarı K.Debüssinin «Ay işığında» əsəri ilə açıldı. Fleytanın zərif çalarları (Müzəffər Ağamalızadə) fortepiano müşayəti ilə (Gülşən Ənnağıyeva) həmahəng səslənərək sanki qeyri-adi saf və romantik səfərdən xəbər verir. Bəstəkarın solo fortepiano üçün «Minstrels (Elnarə Kəbirlinskaya) və «Su pərisi» (Gülşən Ənnağıyeva) əsərlərində konsertin musiqisi, mövzunun təfsiri lakonik davam edir.

       Tamaşaçıların diqqətini cəlb edən özünə məxsus yüksək sənət nümunələri olan M.Ravelin «Sonatina», «Xabanera» və «Çağlayan sular» pyesləridir. Fransa və ümumavropa incəsənəti xəzinəsində onların böyük əhəmiyyətli yeri var. Məhz bu konsert proqramında da həmin əsərlərin səslənməsi bilavasitə ifaçıların geniş imkan-larından xəbər verir.

       Bədii – obraz virtuozluğu ilə seçilən «Çağlayan sular» (fortepianoda Məmməd Quliyev) və orijinallığı, rəngarəngliyi, qanunauyğun tembr dramaturqiyası ilə diqqəti cəlb edən «Xabanera» (fortepianoda Elnarə Kəbirlinskaya, violencel Eldar Iskəndərov) bir qədər şən əhval ruhiyyə oyadır.

       Bəstəkarın «Sonatina»sından I hissəni Azərbaycan fortepiano məktəbinin ən layiqli nümayəndəsi; ifaçılıq dəsti-xətti ilə artıq musiqi sənətində öz sözünü demiş Fəfhad Bədəlbəyli ifa etdi. Əsər bəstəkarın subyektiv və obyektiv yaradıcılıq istedadının tarazlaşmış təzahürüdür. Burada poetik - obraz məzmunu və səs palitrası musiqi anlamı baxımından üzvü surətlə cəmləşib. Ravel «Sonatina»nı «…interpretasiya etmək yox, çalmaq lazımdır» tələbini irəli sürürdü. Demək olar ki, əsərin musiqi, obraz hissiyatı dərindən duyularaq Fərhad Bədəlbəylinin yüksək professional ifası ilə Ravelin tələblərinə cavab verdi.

       Digər bəstəkarların əsərlərin də tamaşaçılar tərəfindən maraqla qarşılandı. L.Delibin «Lakme» (duet) və I.Offenbaxin «Hofmanın nağılları» (barkarolla) operalarından parçaları Səbinə Əsədova, Gülnaz Ismayılova və Fəridə Məmmədova gözəl vokal məharətiylə nümayiş etdirmişdilər.

       N.Marten «Məhəbbət həzzi» (Soprano Fəridə Məmmədova, violoncel-Eldar Isgəndərov, fotepiano Gülşən Ənnağıyeva) K.Sen- Sans «Qu quşu» (skripka Töhfə Babayeva, fortepiano Məmməd Quliyev), K.Frank «Panis Angelicus» (soprano Gülnaz Ismayılova, fortepiano Məmməd Quliyev), J.Bize – F.Born "Karmen-Fantaziya" (fleyta Müzəffər Ağamalızadə, fortepiano Gülşən Ənnağıyeva) bu kimi əsərlər konsertin konsepsiyasının harmonik bütövlüyünü təşkil edir.

       Ərğənunun səslənməsi hər zaman lirik, dərin, ötənlərdən xəbər verən hisslər oyadır. Bu gün Azərbaycanda Ərğənunun məlahətli və istedadlı ifaçısı, alət üçün «Azərbaycan bəstəkarlarının orqan musiqisi» 2 cilddən ibarət əsərlərin işlənmələrinin müəllifi Rəna xanım Ismayılova professional ifaçılıq sənətini bir daha nümayiş etdirdi. Onun ifasında solo A.Qılmanın «Hendel mövzusunda marş» və fransız mahnılarından ibarət popurri səsləndi.

       Konsert M.Monnonun «Məhəbbət himni»ylə bitdi.Təntənəli Final məhəbbət mövzusunun ən dolğun ifadəsini tərənnüm etdi.

       Tamaşaçılara bayram əhval –ruhiyyəsini bəxş edən, əsl səbəbkar Total Fransız firmasıdır ki, məhz onların maliyə köməkliyi nəticəsində bu kimi yaradıcılıq görüşü keçirildi. Böyük sənətə maraq və sənətkar əməyinə qiymət vermək bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox xarici şirkətlərin iş prinsiplərinin bir istiqamətidir.

       Konsertdən məmnunluq duyan Total Neft şirkəti həmin konsert proqramından ibarət nəfis disk buraxdırmaqla əsas köməkdaşlıq rolunu yerinə yetirdi. Beləliklə, yüksək hisslərlə çağlayan musiqi hər kəs tərəfindən dinlənə bilər. Bu addım bizim sənətkarlara, incəsənət yaradıcılarına verilən böyük qiymətdir.

       Bəli, məhəbbət ilahi bir qüvvəyə malikdir və onun bu ülviliyini əyaniləşdirmək, təcəssüm etdirmək üçün onu yaşamaq və yaşatmaq gərəkdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page