ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA
«PÜNHAN QƏLBLƏRIN XAQANI» –
SƏXAVƏT MƏMMƏDOV –50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 




       Sənətkar olmaq hər kəsə nəsi olan xoşbəxtlik deyil. Bu yalnız Tanrının sevib-seçdiyi insanların qismətinə düşən paydır. Və bununla da yəqin etmək olar ki, sənətkarlıq Tanrı vergisidir. Təbii ki, söhbət əsl sənətkardan gedir. O sənətkardan ki, elə yaranışdan ruhu, qanı, canı ilə sənətə bağlı olur. Və sənət yollarında öz kövrək addımları ilə irəliləyərək zirvələri fəth edir. Bir də deyirlər ki, sənətkarı mühit:, zaman yetişdirir. Əgər belə olmasaydı ustadların yolu sonrakı nəsillərin yaradıcılığında öz davamını tapmazdı. Hər bir sənətkar sanki özündən sonrakı nəslə br örnəkdir. Bəli, beləcə haqqında söhbət açacağımız sənətkar da sözün əsl mənasında SƏNƏTKARDIR. Çünki həm bu sənətkarlıq ona Tanrı vergisidir, həm də elə böyüyüb boya-başa çatdığı mühit onu sənətkar kimi formalaşdırıb. Bu hörmətli sənətkar Azərbaycan ifaçılıq məktəbinin görkəmli simalarından biri olan Səxavət Məmmədovdur.

       Bəli, o bu gün cismən bizimlə deyil. Amma işıqlı xatirəsi daim qəbimizdədir. Ona görə də onun barəsində keçmişdə danışmaq mümkün deyil. Çünki daim əksi gözümüzün önündə, səsi isə qulağımızdadır. Bu yerdə Seyid Əzimin -«Seyyida, ölmərəm, aləmdə səsim var mənim» -misrası düşür yadıma. Doğrudan da bu müdrik deyim sanki Səxavət Məmmədov kimi səsi əbədiyaşar bir sənətkarın ölməzliyini bir daha təsdiq edir.

       Səxavət Əmirxan oğlu Məmmədov 1953-jü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Beləcə Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi. Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də «Segah» üstə ağlayırlar. Elə Səxavətin də səsi «Segah»a yatımlı idi, ruhu «Segah»a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz «Segah» ladındadır. «Ay bəri bax», «Uca dağlar», «Yar bizə qonaq gələcək», «Ay çiçək», «Sarı bülbül» və s. Səxavətin səsi ilə «Segah» muğamı qovuşmuşdu desək, yanılmarıq. Çünki o səsi seçilən, heç bir analoqu olmayan bir səsdir. O səsi nə qədər dinləsək, ruhumuz doymaz. Çünki bu səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var. Elə bu yerdəcə hörmətl sənətkara ithaf olunan bir kitabdan söz a çmaq istəyirəm. Yazıçı-publisist Mustafa Çəmənlinin «Səsin ruhu» kitabında.

       Bu kitab Mustafa Çəmənlinin Səxavət Məmmədovun 50 illik yubileyi ərəfəsində sənətsevərlərə bəxş etdiyi ən layiqli töhfədir. «Gənclik» nəşriyyatında işıq üzü görən bu kitabda müəllif həm sənətkarın ömür yolunu vərəqləyir, həm də doğmaların, dostların, həmkarların sənətkar haqqında xatirələrini çözələyir və bütün bu deyilənləri əks etdirən foto şəkillər təqdim edir. Əlbəttə kitabın hər sözündə, hər sətrində qələmə alınan hər bir xatirədə müəllifin Səxavət sənətinə hədsiz dərəcədə bağlılığı və Səxavət səsinin, Səxavət sənətinin əsl peşəkarlıqla təqdimatı öz əksini tapır. Bir sözlə, Mustafa Çəmənli bu kitabı ilə Səxavətin əbədiyaşar ömrünü bir daha əbədiləşdirib. Və kitaba son dərəcə layiqli bir ad seçib: -«Səsin ruhu».

       Əlbəttə hər bir insanın ruu var. Və hər bir ruhun da öz səsi-sədası var. Bu səs ruhun düşündüyünü və düşünəcəklərini ifadə edir. Ruhu olan hər kəsin də səsi var. Amma çox nadir səslər var ki, onlar öz ruhlarını yaradırlar. Beləcə Tanrının yaratdığı ruhdan bir ilahi doğulur. Bu da səsin ruhudur. Səsinin ruhu olmaq da nadir haldır. Səxavət Məmmədov məhz səsinin ruhu olan sənətkardır. Ona görə də onun oxusu ürəklərə məlhəmdir. Çünki onun nəğmələri ruhun yaratdığı səsdən deyil, səsin yaratdığı ruhdan süzülüb gəlir.

       Kitaba «Səsin ruhu» adını verməklə Mustafa Çəmənli bir daha Səxavət sənətinin əlçatmaz olduğunu sübut edir. Bu ad yəqin ki, başqa bir sənətkarın səsi ilə, sənəti ilə uzlaşa bilməz. Kitabda toplanan xatirələrə də müəllif çox dəyərli başlıqlar verib: «Onu Allah vermişdi, Allah da aldı, Səxavət nisgili», «Səxavət ruhunun işığı», «Səxavət ürəkdə insan görməmişəm», «Səsin qələbəsi», «Muğamlardan Səxavət nəfəsi gəlirdi», «Bülbül boğazlı xanəndə», «Mənim atam bütün xalqın oğluydu», «Onu ürəyimizdə gəzdiririk». Daha neçə-neçə belə dolğun sözlərlə başlayan dərin mənalı xatirələrdə müəllif Səxavət Məmmədovun bir insan, bir sənətkar kimi bənzərsiz keyfiyyətlərindən söhbət açır. Kitabın son bölməsində isə unudulmaz sənətkara ithaf olunan şerlər təqdim olunur. Bu poeziya incilərində də əsl sənətkar siması, sənətkar əks olunur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page