ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI (problemin qoyuluşu)
Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
«SƏSIN RUHU» VƏ YA «PÜNHAN QƏLBLƏRIN XAQANI» – SƏXAVƏT MƏMMƏDOV –50
Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV
|
|
Vətənin dərdini basıb bağrına,
Vətənin qoynunda bir oğul yatır
Könül, yana-yana belə çağırma
Ayılda bilməzsən çox ağır yatır.
(X.Ismayılova)
və yaxud
Bulaq üstə gedən qana bələndi,
Düşmən qəddar oldu, ellər diləndi
Xarı gül üstünə odlar ələndi
Indi nə Şuşa var, nə də Səxavət.
(F.Israfilqızı)
Güman edirəm ki, bu kitab Mustafa Çəmənlinin Səxavət Məmmədov sənətinə olan hörmət və məhəbbətinin az bir hissəsidir.
Sənətkarın 50 illik yubileyi ərəfəsində ona ünvanlanan növbəti əsər Fuad Əzimlinin qələmə aldığı «Pünhan qəlblərin xaqanı» kitabıdır. «Avropa» nəşriyyatında işıq üzü görən bu kitabda da müəllif Səxavət Məmmədovun Cabbar, Seyid, Xan məktəbinin layiqli davamçısı kimi dəyərli sənətkar olduğunu, daim Vətən, torpaq qeydinə qalan əsl Vətən oğlu olduğunu, dostluqda sadiqliyini, insanlıqda səxavətliliyini və s. bu kimi əvəzsiz keyfiyyətlərini açıqlayır. Hətta xarici ölkələrdə qazandığı uğurlarından da söhbət açır.
Bu yubiley ərəfəsində respublikamızdan uaqlarda yaşayan həmvətənlərimiz də Səxavət sənətinə olan sevgilərini öz töhfələri ilə izhar etməyə çalışıblar. Onlardan Kiyev şəhərində yaşayan Burzu Əliyev adlı şəxs Səxavətsevərlərə onun kompakt diskini təqdim edir.
Əlbəttə, bütün bunlar sənətkara olan xalq məhəbbətinin bariz nümunəsidir. Deyirlər –«Igid ölər, adı qalar». Bu atalar sözü yalnız döyüş meydanlarındakı qəhrəmanlar üçün deyilməyib. Elə sənət də bir döyüş meydanıdır. Beləcə Səxavət Məmmədov hər dəfə bu meydandan alnıaçıq, üzüağ çıxıb. Ölümündən sonra isə yalnız onun adı qalmadı. Lent yaddaşlarındakı səsi, ürəyimizdəki işıqlı xatirəsi və bir də bu mənbələr Səxavətin əbədi ömrünün nişanəsidir.
|