ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANS...
.
YARADICILIQ...
.
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
BIZƏ YAZIRLAR... Istambuldan
.
|
|
ELMI KONFRANS
2003-cü il mayın 23-də Bakı Musiqi Akademiyasında keçirilmiş elmi konfrans görkəmli Azərbaycan musiqişünas-alimləri professor Məmməd Saleh Ismayılovun – 90, professor Bayram Hüseynlinin – 80 və Elmi-Tədqiqat Musiqi Kabinetinin – 70 illiyinə həsr olunmuşdu. Bu üç əlamətdar tarixin bir araya gətirilməsinin özünün səbəbləri vardı.
M.S.Ismayılov vaxtilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun ən istedadlı tələbələrindən biri olmuş, onun baxışlarını dərindən əxz edərək, Ü.Hacıbəyovun yaratdığı milli lad nəzəriyyəsini öz elmi yaradıcılığında davam və inkişaf etdirmişdir. M.S.Ismayılov uzun müddət konservatoriyanın Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasına rəhbərlik etmiş, musiqişunas kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Bayram Hüseynli Azərbaycan musiqişunaslarının sonrakı nəslinə mənsubdur. O, görkəmli rus musiqişünası V.Belyayevin yetirmələrindən biri olmuş, etnomusiqişünaslıqla bağlı maraqlı tədqiqatları ilə tanınmışdır.
Xüsusilə Azərbaycan musiqi elmində xalq instrumental rəqs musiqisinin araşdırılması B.Hüseynlinin adı ilə bağlıdır. B.Hüseynli də Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında çalışmışdır.
Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan Dövlət Konservatoriyasının nəzdində 1932-ci ildə böyük müğənni və xalq musiqisinin gözəl bilicisi Bülbülün rəhbərliyi ilə yaradılmışdı. Bu kabinetin fəaliyyəti xalq musiqisi xəzinəsinin gələcək nəsillərə çatdırılması məqsədini daşıyırdı. Kabinetdə görkəmli xalq sənətkarlarının ifası fonovaliklərə yazılır, həmçinin, Azərbaycanın rayonlarına musiqi folklorunun toplanması üçün ekspedisiyalar təşkil olunurdu. O dövrdə kabinetdə toplanılan materiallar əsasında çap olunmuş «Azərbaycan xalq mahnıları», «Azərbaycan xalq rəngləri», muğamlar, rəqslər, aşıq havaları və s. məcmuələr bu gün də qiymətli tədris vəsaiti kimi istifadə edilir. Kabinetin işi ilə Ü.Hacıbəyov yaxından maraqlanmış, onun ilk əməkdaşlarından biri A.Zeynallı olmuşdur. Bülbül konservatoriyanın tələbələrini – gənc bəstəkar və musiqişünasları kabinetin fəaliyyətinə cəlb etmişdi. Demək olar ki, Elmi-Tədqiqat Musiqi Kabineti 1930-40-cı illərdə sənətə qədəm basmış bütün bəstəkar və musiqişünaslar üçü
n xalq musiqisinin öyrənilməsi sahəsində bir laboratoriyaya çevrilmişdi. S.Rüstəmov, Niyazi, T.Quliyev, Q.Qarayev, C.Hacıyev, Z.Bağırov, F.Əmirov və başqaları ilə yanaşı M.S.Ismayılov da həmin illərdə kabinetin işində, folklor ekspediysiyasında fəal iştirak etmiş, bu da onun gələcək elmi tədqiqatları üçün zəngin material vermişdir.
Elmi-Tədqiqat Musiqi Kabineti 1943-cü ildə bağlanmışdır. 1971-ci ildə isə Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının nəzdində «Xalq musiqi kabineti» adı ilə yenidən fəaliyyət göstərməyə başlamış və Bülbülün yaratdığı kabinetin ənənələri davam etdirilmişdir. Xalq musiqi kabinetinə B.Hüseynli rəhbərlik etmişdir. Bu günə kimi fəaliyyət göstərən Xalq musiqisi kabineti yeni nəsil Azərbaycan bəstəkar və musiqişünasların yetişməsində, onların xalq musiqisindən bəhrələnməsində mühüm rol oynayır. Xalq musiqisinin elmi tədqiqinin genişlənməsində, etnomusiqişünaslığın inkişafında musiqişünasların kabinetlə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.
Göründüyü kimi, qeyd olunan elmi konfransın mövzusunun üç yubileyi əhatə etməsi təsadüfi deyil.
Azərbaycan Bəstəkarlar Ittifaqı və Bakı Musiqi Akademiyasının birgə təşkil etdikləri Elmi konfransda BMA-nın rektoru, xalq artisti, professor F.Bədəlbəyli, BMA-nın prorektorları professor O.Abbasquliyev və fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə, Azərbaycan Bəstəkarlar Ittifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor R.Zöhrabov, Azərbaycan Respublikası Təhsil problemləri Institutunun şöbə müdiri, pedaqoji elmlər doktoru, professor V.Xəlilov iştirak edirdilər. Tədbirdə BMA-nın professorları, dosent və müəllimləri olan musiqişünas-alimlərlə yanaşı, həmçinin Milli Konservatoriyanın və Bülbülün ev-muzeyinin əməkdaşlarının çıxışları böyük maraqla qarşılandı. Konfransın işinə BMA-nın musiqişünas-tələbələrinin də cəlb olunması təqdirəlayiq hal idi.
Konfransda həm M.S.Ismayılovun, həm B.Hüseynlinin elmi yaradığılığı, həm də Elmi-Tədqiqat Musiqi Kabinetinin fəaliyyəti ilə bağlı məruzələr dinlənildi. Mərüzəçilər mövzuya müxtəlif aspektdən yanaşaraq, musiqişünas alimlərin yaradıcılığının bütün sahələrini əhatə etməyə çalışmışlar. Burada onların həyat və yaradıcılığına, pedaqoji prinsiplərinə, M.S.Ismayılovun musiqişünaslığın inkişafındakı roluna, onun tədqiqatlarında öz əksini tapmış lad probleminə, B.Hüseynlinin folklorşünaslıq sahəsindəki xidmətlərinə dair mərüzələrə yer verilmişdi. Elmi-Tədqiqat Musiqi Kabinetinin fəaliyyəti, onun Azərbaycan bəstəkar və musiqişünaslarının formalaşmasında rolu, Azərbaycanın müxtəlif bölgələrinə bu gün də keçirilən folklor ekspedisiyalarının nəticələri, V.Belyayev kimi görkəmli musiqişünas-alimin kabinetlə əməkdaşlığı, kabinetin Ə.Cavid kimi diqqətdən kənarda qalmış əməkdaşlarının fəaliyyəti məruzələrdə işıqlandırıldı.
Cəmilə HƏSƏNOVA
|