ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
KONFRANS...
.
YARADICILIQ...
.
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
BIZƏ YAZIRLAR... Istambuldan
.

 


       Mən burada bəzi məsələləri qeyd etmək istəyirəm. Belə hesab edirəm ki, Mədəniyyət Nazirliyinin siyasəti kökündən dəyişməlidir. Bütün dünyada belə bir qayda var. Simfonik orkestr həftədə 1 və ya 2 konsert verir və hər həftə dirijor və solist dəyişilir. Əks halda, eyni cür təfəkkür tərzi insanları yorur. Dinləyicini cəlb etmək üçün alternativlik, variantlıq olmalıdır. Indi deyirlər ki, simfonik musiqiyə qulaq asan yoxdur. Mənə elə gəlir ki, simfonik musiqini şou-konsertlər kimi təbliğ etmək lazımdır. Təəssüf ki, indi simfonik konsertlər üçün sponsor tapmaq çətindir. Onlar pullarını itirməkdən qorxurlar. Deməli, dövlət özünün beynəlxalq mədəni imici haqqında düşünməlidir. Bu iş Gürcüstanda və Ermənistanda başqa səviyyədədir. Onlar beynəlxalq miqyasda öz mədəni imiclərini yarada biliblər. Onlar dirijorların dəvət olunması üzrə dünya sisteminə qoşulublar. Bununla onlar Avropada, Amerikada mədəni xalq kimi özlərini tanıdırlar. Bu vasitə ilə onlar dünya mədəniyyətinə daxil olmaq istəyirlər. Mən düşünürəm ki, Qarabağ münaqişəsi yalnız siyasət və silahla həll oluna bilməz. Bu məsələdə mədəniyyətin böyük rolu var. Məncə, bəzən biz ona görə uduzuruq ki, xaricdə mədəniyyət baxımından azərbaycanlıların imici erməni imicindən aşağıdır. Əslində isə bu, belə deyil. Yalnız biz mədəniyyətimizi layiqincə təqdim edə bilmirik. Məsələn, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilərkən, Mədəniyyət Nazirliyi ora rəqs ansamblını göndərir. Kamera orkestri isə belə tədbirlərdə iştirak edəndə ya rəqqasələri müşayiət edir, ya da xalq çalğı alətlərini. Belə olmaz. Bu iş kökündən dəyişilməlidir. Biz, ilk növbədə, simfonik musiqimizlə dünya səhnəsinə çıxmalıyıq. Buna bizim hər cür imkanımız var. Lakin bu çətin bir iş olduğuna görə heç kim ona baş qoşmaq istəmir.

       T.M.: - Bir qədər də sizin Türkiyədəki fəaliyyətiniz barədə məlumat vermənizi istərdik.

       R.M.:
- Türkiyədə əvvəlcə Ankara Opera və Balet Teatrında bir mövsüm çalışdım. Daha sonra isə məni Istambul konservatoriyasına dəvət etdilər. Burada konservatoriyanın rektorunun yaxından köməyi ilə mən tələbə və aspirantlardan ibarət simfonik orkestr təşkil edə bildim. Artıq bir neçə ildən sonra orkestr öz professionallığı ilə tanınmağa başladı. Məsələn, belə bir hadisəni qeyd edim. Çalışdığım konservatoriya Istambul universitetinin tərkibinə daxildir. Hər tədris ilinin başlanması burada böyük təntənə ilə qeyd edilir. Amerikanın, Fransanın, Italiyanın, Almaniyanın bir çox şəhərlərindən bura universitet rektorları dəvət olunur. Belə bir tədbirdə konservatoriyanın simfonik orkestri ciddi proqramla çıxış edərək, hamını heyran qoydu.

       T.M.: - Bethoven festivalında iştirakınız necə oldu?

       R.M.:
- Bu, beynəlxalq müsabiqədir. Yanvarın əvvəlində xəbər verdilər ki, ayın 20-də münsiflər heyəti 4-5 ölkədən sonra Türkiyəyə gələrək, simfonik orkestrlərə dinləyiş keçirəcək.

       Türkiyədə də 6 orkestrə qulaq asdıqdan sonra Bethoven festivalında iştirak etmək üçün qalibi müəyyən edəcək. Mən müsabiqənin şərtlərini öyrənib, orkestrlə işə başladım. 10 gün ərzində böyük bir proqram: Bethovenin Beşinci simfoniyasını, «Koriolan» uvertürasını, Bizenin «Arlezianka» əsərindən iki süitanı və bir türk bəstəkarının əsərini hazırladıq. Təyin olunan gün biz həmin proqramla münsiflər heyətinin qarşısında çıxış etdik. Ümumiyyətlə, zalda dinləyici də çox idi və böyük alqışlarla qarşılandıq. Bundan iki ay sonra biz Almaniyadan beynəlxalq müsabiqənin qalibi olduğumuz haqqında rəsmi məktub aldıq. Bethoven festivalının proqramı da göndərilmişdi.

       T.M.: - Festivalda daha hansı orkestrlər iştirak edirdi?

       R.M.:
- Nyu-York Filarmoniyasının orkestri, Israildən simfonik orkestr və s., Zubenmet, Xaytinq kimi görkəmli dirijorların adını çəkmək kifayətdir.

       T.M.: - Festivalın keçirilmə müddəti nə qədər idi?

       R.M.:
- Festival bir ay müddətində keçirilirdi. Biz orada 10 gün iştirak etdik, dörd konsert verdik. 1-ci konsert əsas konsert idi, mənim dirijorluğumla oldu. 2-ci konsertdə Benderetski özünün III simfoniyasına dirijorluq edirdi. Konsert zamanı orkestrin ifasını dayandıraraq, öz qeydlərini və şərhlərini zaldakı dinləyicilərə izah edirdi. 3-cü konsertdə məşhur bethovenşünas – dirijor Piter Qülike Bethovenin V simfoniyasına dirijorluq edirdi. O, Bethovenin eskizləri ilə dinləyiciləri tanış edərək, əsərin müəyyən hissələrini bir neçə variantda ifa edirdi: ilkin və son variantda. Bu, çox maraqlı idi. 4-cü konsertdə Baxın əsərlərinin ən məşhur ifaçılarından biri dirijor Helmut Riil orkestrə rəhbərlik edirdi. Onun idarəsi ilə Baxın orkestr üçün I süitası və Mendelsonun I simfoniyası səsləndirildi.

       Belə bir sınaqdan sonra orkestr indi çox asanlıqla müxtəlif proqramların öhdəsindən gəlir. Onu da deyim ki, mən bu orkestrlə Bakıda konsert vermək istəyirəm. Bu haqda danışıqlar gedir. Istambul universitetinin rektoru kollektivin yol xərcini ödəməyi öz üzərinə götürür, bu, 21 min dollara başa gəlir. Orkestrin Bakıda 5-6 gün qalması üçün isə 10 min dollar da lazımdır və bu vəsaiti Bakıda əldə etmək mümkün deyil. Keçən mövsümdə mən bu orkestrlə F.Əmirovun «Kürd-Ovşarı» simfonik muğamını ifa etmişəm. Inandırıram sizi, Bakıda hələ həç kim bu vaxta qədər «Kürd-Ovşarı»nı belə təfsirdə eşitməyib. Dinləmək istəyirsinizsə, orkestri dəvət edin.

       T.M.: - Bu festivaldan qayıtdıqdan sonra orkestr haqqında çıxışlar oldumu? Reklam kompaniyası necə təşkil edildi?

       R.M.:
- Əlbəttə ki, təbriklər, çıxışlar oldu. Ancaq Azərbaycanda bu haqda heç bir informasiya verilmədi. Mən Almaniyada olarkən festivalın təşkilatçıları ilə söhbət apardım. Onlar hər dəfə yeni regionları əhatə etmək məqsədilə müxtəlif ölkələrə gedir. Məsələn, 2004-cü ildə Gürcüstan simfonik orkestri dəvət olunacaq. Mən Azərbaycan simfonik orkestrini tövsiyə etdim. Onlar bu orkestri dinləməyi 2005-ci ilin planına daxil etdilər. Ancaq festivalın şərtinə görə orkestrin üzvləri 23 yaş həddində olmalıdır. Mən Fərhad Bədəlbəyli ilə danışdım və təəssüf ki, bizdə belə cavan orkestr yoxdur.

       T.M.: - Pedaqoji fəaliyyətiniz haqqında bir qədər danışardız.

       R.M.:
- Hal-hazırda Istambul konservatoriyasında dirijorluq üzrə bir neçə aspirantım var. Onlar əsasən gənc bəstəkarlardır. Onlar həm bəstəkarlıqla, həm də dirijorluqla məşğuldurlar.

       T.M.: - Azərbaycan dirijorlarından kimlər indi Türkiyədə fəaliyyət göstərirlər?

       R.M.:
- Istambul Oprea və Balet Teatrında Elşad Bağırov və Yalçın Adıgözəlov, Izmir konservatoriyasında Kazım Əliverdibəyov, Izmir Opera teatrında Fəxrəddin Kərimov, Əskişəhər konservatoriyasında Nazim Rzayev fəaliyyət göstərir, mən də Istambul konservatoriyasında çalışıram. Beləliklə, altı azərbaycanlı dirijor Türkiyədədir. Məncə, bu, o qədər də kiçik rəqəm deyil. Nəzərə alsaq ki, onların yaş həddi 45-80 arasındadır və yeni nəsil yetişmir, fikirləşməyə dəyər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page