ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN TARIXI-ƏNƏNƏVI ƏSASLARI
Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV
|
|
Təbii ki, mədəniyyəti yaradan xalq olduğu kimi onu təkmilləşdirən və gələcək nəsillərə ötürən də xalqdır. Lakin mədəniyyətin inkişafında şəxsiyyətin rolu da danılmazdır və inkişaf etmiş cəmiyyətlərdə şəxsiyyət mənəvi mədəniyyətin əsas yaradıcısı kimi xüsusi rol oynayır. Şəxsiyyət ədəbiyyat, incəsənət, elm, iqtisadiyyat və s. sahələrdə yaratdığı yenilikləri ilə milli mədəniyyətin əzəmətli yaradıcısına, təkmilləşdiricisinə və aparıcısına çevrilir. Sözsüz ki, şəxsiyyətin fəaliyyəti müəyyən bir millət içərisində təşəkkül tapdığı üçün dünyanın hər yerində onun yaradıcı mədəniyyət nümunələri şəxsiyyətin mənsub olduğu milləti, xalqı təmsil edir.Məsələn, M.Abdullayevin yaratdığı əsərlərə görə Azərbaycanı da dünyada tanıyırlar və s.
Ancaq şəxsiyyət formaca müstəqil yaradıcılıq fəaliyyəti imkanına malik olsa da, onun milli adət və ənənələrlə tərbiyələnən daxili məni milli-mənəvi hissin, xüsusiyyətin qoruyucusuna çevrilir. Daima şəxsiyyətin formalaşmasına təsir edən adətlər, ənənələr, mərasimlər məkanı onun yaradıcı-lığındakı milli ruhu qoruyub saxlayır. Bu amil memarlığın, musiqinin, təsviri sənətin, teatr və kinonun, digər mədəniyyət sahələrinin məzmununa milli forma gətirir.
Rus alimi Vladimir Zots mənəvi mədəniyyəti daha ümumi anlayış kimi qəbul edir və onu mütləq bilik, tarixi təcrübə əsasında insan həyatına, fəaliyyətinə daxil olan bir sahə kimi qiymətləndirir. O, mənəvi mədəniyyətin mahiyyətini onun mövcud olduğu cəmiyyətin maddi bazisinin durumu ilə əlaqələndirir. Mənəvi mədəniyyəti bazisin əkset-diricisi hesab edir. V.Zotsın fikrincə, mənəvi mədəniyyət təkcə bilik mənbəyi deyil, həm də insanın əməli və intellektual tələbatının ödənilməsini təmin edən bir vasitədir.
Deməli, milli mədəniyyətlər həm də cəmiyyətin ictimai, iqtisadi, siyasi, mənəvi tələbləri əsasında formalaşır, fəaliyyətdə olan quruluşun əməli və intellektual tələbatını ödəyə biləcək səviyyəyə qədər təkmilləşdirilir. Məsələn, «Sosialist mədəniyyəti» anlayışını cəmiyyətin həyatına şamil etməyə çalışan V.I.Lenin XX əsrin əvvəllərində yenicə yaranan liberal burjuaziyasının «milli mədəniyyət» şüarını inkar edir, onu inkişaf etməyə qoymurdu. Lenin məqsədli şəkildə, yəni sovet imperiyası tərkibinə zor yolu ilə qatılan xalqları öz milli mənəvi köklərindən ayırmaq üçün «milli mədəniyyət» anlayışını «millətçilik» anlayışı ilə qarışıq salırdı. Bu məqsədlə də o yazırdı: «Biz hər bir milli mədəniyyətdən, onun yalnız demokratik və sosialist ünsürlərini götürürük, bunları yalnız və şübhəsiz hər bir millətin burjua mahiyyətinə qarşı, burjua millətçiliyinə qarşı götürürük».
Leninin milli mədəniyyətlərə olan bu münasibəti sinfi-ideoloji xarakter daşımış, proletkultçuluq fəaliyyətinin əsasını qoymuş, onun «qol-qanad» açmasına siyasi zəmin yaratmışdır. Məhz Leninin antimilli siyasətindən qidalanan «proletar mədəniy-yətçiləri» XX əsrin əvvəllərində milli mədəniyyətlərin inkişafına təzyiq göstərmişlər.
Zorla da olsa, hər halda «sosialist mədəniyyəti» anlayışı bir tarixi faktor kimi meydana gəlmişdir. «sosialist mədəniyyəti» daxilində yeni olan adət və ənənələr də formalaşdırılmışdır. Ənənəvi olaraq inqilabın qələbə günü, 1 may, 8 mart qadınlar günü və başqa tarixi – əlamətdar günlər bayram kimi təntənəli şəkildə qeyd edilmişdir. Mədəni-maarif müəssisələri, elmi metodiki mərkəzlər sosialist ənənələrinin geniş təbliği üçün yeni formalar axtarmış elmi və tövsiyə ədəbiyyatları hazırlamışdır. Hər halda müəyyən bir zaman daxilində «sosialist mədəniyyəti» anlayışı aktual olmuşdur. Bu mədəniyyət xalis ideoloji-siyasi məzmun kəsb etsə də, ona xəlqilik donu geydirilməyə cəhd edilmiş, sosialist mədəniyyətinin inkişaf etdirilməsi naminə bəzən xalq yaradıcılığı nümunələrindən də bir emosional vasitə kimi istifadə olunmuşdur. Bu emosional vasitələr kütləvi bayram və mərasim iştirakçılarının zahiri görkəminə həm millilik, həm də beynəlmiləlçilik gətirmişdir. Məsələn, bir kütləvi bayram və mərasimdə SSRI tərkibində
olan 15 respublikanın atributlarından, milli geyim və musiqi-sindən, xalq folkloru nümunələrindən sintetik şəkildə istifadə edilmişdir. «sosialist mədəniyyəti»nin məzmununu milli adət və ənənələrin daha humanist olan «kommunist əxlaqı» deyilən prinsiplərə xələl gətirməyən cəhətləri ilə zənginləş-dirmişdir. Əslində isə, kommunist əxlaqını və mədəniyyətini qismən dini amillərlə çulğalaşan milli adət və ənənələrə qarşı qoymuşlar. Bu da mahiyyət etibarilə dünyəvi olan mənəvi mədəniyyətdə antoqonist mövqelər yaratmış-dır. Proletar mədəniyyəti burjua mədəniyyətinə qarşı qoyulmuşdur. Məsələn, Sov.IKP MK-nın Oktyabr inqilabının 50 illiyi ilə bağlı olan tezislərində burjua ideologiyasına qarşı barışmazlıq təbliğ olunur, gənclər və əhalinin başqa sosial qrupları onlara qarşı mübarizəyə hazır olmağa çağırılırdı. Bu və ya digər sənədlər bir daha təsdiq edir ki, sovet ideologiyası dünya mədəniy-yətini iki yerə bölür, burjua sinfi ilə proletariatı üz-üzə qoyurdu. Beləliklə də, adı çəkilən ictimai quruluş məkanında mədəniyy
ət anlayışı birtərəfli şəkildə yeni sosialist elmi konsepsiyası baxımından təhlil edilir, daha çox beynəlmiləlləşdirilirdi. Bunun da nəticəsində SSRI məkanında, o cümlədən Azərbay-canda başqa konsepsiyaların yayılmasına imkan verilmirdi.
Mədəniyyətin müasir inkişaf mərhələsində də bir sıra kulturoloji konsepsiyalara meyllər artmış, yeni elmi ədəbiyyatlarda onlar haqqında kifayət qədər məlumatlar verilmişdir. Bunlar ən çox K.Levi-Strossun antropolo-giyası, neofredistlərin, eksiztensialistlərin, ingilis yazıçısı C.Snounun və başqalarının konsepsiyalarıdır. Onların çoxu vahid mədəniyyətin əskiliyini sübut etməyə çalışır, bəziləri mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirməyə cəhd edirlər.
Müasir mədəni konsepsiyada mədəniyyət millət-çilik və vətəndaşlıq mövqeyindən də təhlil edilir. Bir çox alimlərin fikrincə bunların hər ikisi millətçi ideyalara əsaslanır. Bu konsepsiyaların birinin mahiyyətini etnik millətçilik, digərinin mahiyyətini isə vətəndaşlıq millətçiliyi təşkil edir. Etnik mədəni millətçilik əsas vəzifəsini milli dilləri, ənənəvi həyat tərzini, adətləri və ənənələri qorumaqda, onların «yad» mədəni cərəyanlardan təmizlənməsində görür. Nəticədə isə siyasi millətçilik təzahürləri formalaşır. Çünki son həddə etnik millətçilər siyasi muxtariyyət və ya suverenlik haqqında düşünürlər. Onlar bəzən ifrat siyasi mübarizə variantına əl atır, zorla etnik təmizlənməyə meylli olurlar.
Vətəndaş millətçiliyi isə imperiya mədəniy-yətilə, dövlətçilik və insan hüquqları anlayışlarına, başqa millətləri hakim millətin mədəniyyətinə tabe olmağa cəhd edən konsepsiya ilə əlaqədardır. Əslində Sovet imperiyasının 70 il «beynəlmiləl mədəniyyət», «sosialist mədəniyyəti» adları altında təbliğ etdiyi mədəniyyət vətəndaş millətçiliyi konsepsiyasından bəhrələnmişdir. Ermənilər isə bütün tarixi fəaliyyətləri zamanı etnik millətçilik konsepsiyasına əsaslanmışlar. Onlar nəinki Ermənistanda, hətta başqa xalqlara məxsus olan torpaqlarda da etnik millətçilik mədəniyyəti mövqeyində olmuşlar. Elə buna görə də indinin özündə də ermənilər milli mentalitetlərinə uyğun olaraq etnomilətçilik xüsusiyyətlərini qoruyub saxlayır, yaşadıqları ərazilərdə etnik təmizləmələr aparmağa can atır, monoetnomədəniyyətin inkişafı-na çalışırlar. Onların etnomədəniyyətə meylliyi siyasi millətçilik fəaliyyəti ilə tamamlanır. Erməni-standa əsrlər boyu yaşayıb yaradan azəri türklərinin deportasiyası, onlara məxsus olan tarix və mədə
niyyət abidələrinin dağıdılması erməni etnomillətçiliyini təsdiq edən faktorlardan biridir. Etnomillətçilik bu xalqın mədəni həyatında pataloji bir həddə çatmış, xüsusilə, türk dünyasına qarşı erməni düşmənçiliyi formalaşdırmışdır. Erməni mentalitetində etnik millətçi meyllər şövinist maraqları artırmış, başqa millətlərin mədəniyyətinə təcavüz etmək, onu özününküləşdirmək ənənəsi yaratmışdır. Xüsusilə, Azəri türklərinə məxsus bir çox tarix və mədəniyyət abidələrinin, musiqi və bədii toxuculuq nümunələrinin mənimsənilməsi erməni etnik milli mədəniy-yətinin antropoloji xüsusiyyətlərindən irəli gəlir.
|