ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Qeyd olunan misaldan belə qənaətə gəlmək olar ki, antropoloji xüsusiyyət mədəniyyətlərin təkamülünü bir-birindən fərqləndirən əsas amillərdən biri kimi qəbul olunmalıdır. Belə ki, hər bir xalqın və millətin mənəvi xüsusiyyətlərində antropoloji amillər çox böyük təsiredici, formalaşdırıcı, yaradıcı, dağıdıcı və s. keyfiyyətlərə malikdirlər. Milli antropoloji keyfiy-yətlərə əsaslanaraq hər bir xalqın mədəniyyəti, estetik zövqü haqqında fikir söyləmək mümkündür.

       Çox maraqlıdır ki, türk sosioloqu Ziya Göyalpnın milli kültür anlayışı haqqında nəzəriyyəsini dərindən təhlil edərkən belə bir nəticəyə gəlmək olur ki, etnik mədəniyyət elə milli kültür deməkdir. Çünki, Ziya Göyalp yazır ki, «Milli kültürü güclü, ancaq mədəniyyəti zəif bir millətlə milli kültürü pozulmuş, ancaq mədəniyyəti yüksək olan başqa bir xalq siyasi savaşa girəndə kültürü güclü olan millət daim qalib gəlmişdir». Onun fikrincə bu səbəbə görə də miladdan əvvəl 250-ci ildən bizim eranın 224-cü ilinə qədər Parfiyada hökmdarlıq etmiş əşnanilər sülaləsi Sasanilər tərəfindən devrilmişdir. «…Qərbdə isə romalıların milli kültürü pozulmağa başlayan makedoniyalılara qələbəsi eyni şəkildə izah oluna bilər. Nəhayət, mədəniyyətdən heç bir payı olmayan, ancaq milli kültürləri son dərəcə güclü olan ərəblər meydana çıxaraq həm sasanilər, həm də romalılara qalib gəldilər. Ancaq çox keçmədən ərəb milləti də mədəniləşməyə başladığından milli kültürünü itirərək siyasi hakimiyyəti Türkistandan yeni gəlmiş olan törəli Səlcuq türklərinə verdilər…».

       Qeyd olunan tarixi təcrübəyə istinad etdikdə kültürün əsas tərkib hissəsi olan adət və ənənənin və başqa milli dəyərlərin daha çox inkişaf etməsi baş verən mədəni təkamülün sırf milli şüur müstəvisində daha güclü göründüyünü anlamaq çətin deyildir. Bəlli olur ki, millət öz mənəvi kökündən, mədəniyyətindən uzaqlaşdıqca milli etnoloji xarakterini də zəiflədir, cəsarətli mübarizə aparmaq və yenisini yaratmaq əzmini də itirir. Tarixi ənənələrini qoruyub saxlaya bilmədikdə mədəni varislik hüququndan da məhrum olur. Çünki, o, öz varisini qiymətləndirmək, onun mənəvi dəyərini, gücünü anlamaq qabiliyyətini də itirir. Bu vəziyyət beynəlmiləl mədəniyyətin zahiri təzahürünə aldandıqda millət üçün, onun tarixən yaratdığı mənəvi sərvətlərin qorunması üçün təhlükə yaradır. Beynəlmiləl davranış milləti manqurtlaşdırır, onun özünün yaratdığı milli dəyərlərə qarşı biganələşdirir.

       Sovet imperiyası dövründə Azərbaycan mədə-niyyətinin beynəlmiləşməməsi onun tarixi milli kültürünü, yəni xalqın adət və ənənəsinin, dinə, doğma dilinə olan münasibətini nəzərə çarpacaq dərəcədə zəiflətmişdir. Bu baxımdan, xalq qədim tarixi köklərindən aralı düşmüşdü. Kültürün zəiflədilməsi mənəvi mədəniyyətin beynəl-miləlləşdirilməsi siyasəti ilə idarə olunurdu. Beləliklə də, beynəlmiləl mədəniyyətlə milli mədəniyyət arasındakı tarazlıq pozulmuşdu. Belə bir vəziyyətdə öz kültürlərinə daha çox sadiq qalan ermənilər Azərbaycana qarşı həyasızlıqla torpaq iddiası qaldırdılar. Azərbaycan xalqının yüksəlmiş, inkişaf etmiş beynəlmiləl mədəniyyəti erməni etnik millətçi mədəniyyəti qarşısında kifayət qədər aciz göründü. Ifrat beynəlmiləlçilik bu xalqın öz düşməninə qarşı olan mübarizəsinin təsirini kifayət qədər azaltdı. Beləliklə də, «sosialist mədəniyyəti»nin qəfil tənəzzülü və dağılması nəticəsində Azərbaycan xalqı qısa bir zaman kəsiyində milli-tarixi kültürünə yenidən qayıtmaq, itirdiklərini tapmaq və bərp a etmək məcburiyyəti qarşısında qaldı.

       Beynəlmiləl mədəniyyətə meylli olan siyasi quruluş Azərbaycan alimlərini də kültürə bağlı etnik millətçi mədəniyyətin öyrənilməsini və ictimai həyata tətbiqini qadağan etmişdi. Milli etnik kültürümüzü demək olar ki, yox etmişdir. Tanınmış Azərbaycan etnoqraflarından biri olan Qəmərşah Cavadov etiraf edir ki, el harayı, el köməyi ilə bağlı olan adət və ənənələrimizin də itməsinin əsl səbəbi unutqanlığı-mızdır. O yazır: «Etiraf edək ki, Azərbaycanlıların məişəti və mədəniyyətində, təsərrüfat həyatında ta qədim dövrdən məlum olan el köməklikləri, onların müxtəlif forma və variantları, başlıcası isə bu təsisatları doğuran ictimai-iqtisadi amillər son dövrlərə kimi Azərbaycan etnoqraf-larının, tarixçilərinin, habelə iqtisadçılarının tədqiqatlarından kənarda qalmışdır».

       Son illərdə aparılan tədqiqatlar zamanı milli kültürümüzlə bağlı olan, xalqımızın etnik mədəniy-yətinin bir çox adət və ənənələrini əks etdirən folklor nümunələrimizə maraq yetirmək meyli artmışdır. Bəlli olmuşdur ki, hoylar – yəni hoya (köməyə) çağıran nəğmələrimiz, atalar sözlərimiz, bayatılarımız Azərbaycan xalqının həmrəyliyinə təminat yaradan ənənələrin emosional çağırış vasitələri olmuşdur. Məsələn, dəyirmanın arxını sel dağı-danda:        Haray, ellilər haray!

       Şana tellilər haray!

       Dəhnədən arxım uçub,

       Əli bellilər haray! -



deyərək el-obanı köməyə çağırmışlar. Qədim dastanımız «Kitabi Dədə Qorqud»da da milli kültürü-müzün «Hoy»a çağıran nümunələri vardır. El-oba yağı düşmənin hücumuna məruz qalanda uca dağlar başında, qaya zirvəsində, qalaçalarda tonqal qalanar, hamı «hoy»a – köməyə çağırılardı. Əli qılınc tutan oğula qeyrət arzulanırdı. Dastanda öz əksini tapan «…Baba oğul qazanır ad üçün. Oğul da qılınca qurşanır, baba qeyrəti üçün» ifadələri türk etnik millətçi kültürünün əsas meyarlarından biridir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page