ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Göründüyü kimi universallıq ənənəsinə sadiqlik Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə etmişdir. Müasir dövrümüzdə də Azərbaycan mədəniyyətinin inkişafında universallıq prinsiplərinə əsaslanaraq fəaliyyət göstərən alimlərimiz çox olmuşdur. Onlardan Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Nurəddin Rzayevin və başqalarıın adlarını xüsusi qeyd etmək olar. Xudu Məmmədov geologiya və mineralogiya üzrə tanınmış alim olsa da, incəsənət və mədəniyyət problemləri ilə bağlı olan əsərlərin də müəllifidir. Xudu Məmmədov milli ənənələrə istinad etmədən yeni bənzərsiz əsərlərin yaradılmasının mümkünsüzlüyünü bir çox yazıların-da qeyd etmişdir. O, yazmışdır; «Bizcə, bənzərsiz, həqiqətən milli naxışları qədim azəri ustalarının işlətdiyi həndəsi ornament yaradıcılığı prinsipi ilə almaq olar. Başqa sözlə, bu prinsip hərtərəfli öyrənilməli, azəri ornament yaradıcılığının qramatikası yaradılmalıdır. Musiqimiz üçün bu işi ölməz sənətkar Üzeyir bəy etmişdir. Şübhəsiz ki, oxşar prinsipi memarlıq sənətinə də aid etmək olar. Yəni elementar quruluş vahidləri səviyyəsində lakonizm burada da tətbiq olunsa və quruluş funksiyaya görə müəyyən edilsə, formaca yeni, məzmunca milli nəticəyə gəlib çıxa bilərik».

       Ən maraqlı cəhət odur ki, indiki dövrümüzün unversalı da milli-tarixi ənənələri müasir mədəniyyətin əlifbası kimi qəbul edir, incəsənətin bütün sahələrində milli məzmunun qorunub saxlanılmasına üstünlük verir. Xüsusilə, o, memarlığın məzmununa millilik gətirmək üçün ənənəvi ornament yaradıcılığının qramatikasının yaradılmasını vacib bilir. Lakin müasir unversal milli mədəniyyətə yeni formanın gətirilməsini də anlayır və onun lakonik şəkildə milli-ənənəvi quruluşa tətbiq olunmasını vacib bilir. Eyni zamanda yeni elementar quruluş vahidlərinin müasir mədəniyyətə tətbiq olunmasını tövsiyə etməklə incəsənətdə mövcud olan simmetrik anlayışların öyrənilməsini, onların müasir yaradıcılığa tətbiq edilməsini istəyir. Xudu Məmmədovun fikirincə «biçimi simmetrik olan quruluşlar daha yaxşı yadda qalır və daşıdığı bilginin bərpa olunmasını anlaşdırır». Universal alimin müşahidələrinə görə «simmetrik bir tikilinin fonunda simmetrik olmayan cisimlər, əşyalar çox vaxt mənfi emosiya d oğurar». Alim bu fikrə üstünlük verərkən incəsənət adamının biçim, tarazlıq, sabitlik kimi ali hisslərinin lakonik şəkildə tənzimləyici, uyğunlaşdırıcı, tarazlaş-dırıcı xarakterə malik olduğunu nəzərdə tutur. Məhz bu hisslər bədii yaradıcılıqda ahəngdarlığın və simmetrik quruluşun yaranmasına, qorunmasına kömək edir.

       Qeyd etmək lazımdır ki, islamın yayıldığı Şərq ölkələrində mədəniyyətin bütün bədii yaradıcılıq sahələrində simmetrik quruluş qanununa üstünlük verilmişdir. Əgər X – XV əsrlərin memarlıq abidələrinə diqqət yetirsək onlar üzərində çox mürəkkəb və düyün təsiri olan rəngarəng naxışlar görə bilərik. Onlar həndəsi ornamentlərdən ibarət olduğuna görə mürəkkəbdirlər və bu mürəkkəbliyi bədii simmetrik ornament vəziyyətinə gətirmək üçün rəssam və memarlara riyazi hesablamalar aparmaq lazım gəlmişdir.

       Islam mədəniyyətində üzərində simmetrik həndəsi ornament olan ən qədim memarlıq nümunəsi 1094-cü ildə Misirdə inşa edilmişdir. Quruluş vahidləri qismən sadə olan simmetrik həndəsi ornamentlərə XII əsr Azərbaycan və XIII əsr Türkiyə abidələrində də rast gəlmək olur. Memar Əcəmi tərəfindən 1186-cı ildə inşa edilmiş «Mömünə xatun» türbəsində, 1322-ci ildə memar Əhməd Əyyub oğlu tərəfindən tikilmiş Bərdə türbəsində, Ərdəbildəki Şeyx Səfi türbəsində və başqa abidələrdə işlənilən ornamentlərdə mahiyyət etibarı ilə bir oxşarlıq vardır. Belə ornamentlərə Səmərqənd, Buxara şəhərlərindəki bir sıra tarixi abidələrdə də təsadüf edirik. Ən maraqlısı odur ki, onlar zamanca bir-birindən fərqli dövrdə, məkanca müxtəlif yerlərdə inşa edilsələr də simmetrik həndəsi ornamentlərin formaca quruluşu onları bir-birinə yaxınlaşdırır.

       Memarlıqda və bədii yaradıcılığın başqa sahə-lərində simmetrik düzülüşlü bəzəklərə üstünlük verilməsi Islam mədəniyyətinin dini konsepsiyaları ilə bağlı olsa da, milli mədəniyyətlərin formalaşmasına da təsir etmişdir. Bu ornamentlər ənənəvi olaraq bədii toxuculuq, misgərlik, dulusçuluq sənətində də öz əksini tapmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page