ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN TARIXI-ƏNƏNƏVI ƏSASLARI
Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV
|
|
Simmetriya anlayışı islam mədəniyyətinə də göydən düşməmişdir. Sənətkarlar simmetrik qanunu təbiətin özünün yaratdıqlarında tapmışlar. Onların estetik zövqünü oxşayan təbiət materialları – yarpaqların, güllərin düzülüşü, təbii kristalların zahiri görünüşü yaradıcılıq prosesində bədii ifadə vasitəsi kimi istifadə olunmuşdur. Sənətkar öz yaradıcılığında təbiətin yaratdıqlarını təqlid etmişdir. Lakin bu təqlid sadəcə yamsılamaq deyil, ümumi bədii təcəssüm-ləşdirmələrdən ibarətdir.
Incəsənətdə və təbiətdə simmetrikliyə məxsus olan qanunauyğunluqların həm keçmiş, həm də müasir mədəniyyətə aid olduğunu dərk etdikcə belə bir qənaətə gəlirik ki, bütövlükdə zərif sənətlər vahid bir sistem kimi bir-birinin estetik-idraki mahiyyətindən asılıdır. Sənətin estetik-idraki məzmunu təbiətdən bəhrələnsə də, onlar həm də məxsus olduqları millətlərin, adət və ənənələrin bədii, ictimai təbiətini yaradır. Buna görə də incəsənət növləri adət və ənənə daxilində toplum şəklində özünü büruzə verir. Məsələn, qədim dövrlərdə şamançılığın yayıldığı xalqlarda söz, musiqi, rəqs vəhdət şəklində öz mədəni funksiyalarını yerinə yetirmişdir. Azərbaycan alimi Mirəli Seyidov yazmışdır: «Söz sənətinin, musiqi və rəqsin vəhdət halında yaşaması türk xalqlarının şaman – qam – oyun və başqa ayinlərində son vaxtlara qədər qalırdı». Islama aid olan mövləvilər də qamlar, şamanlar kimi ayinləri musiqinin (ney, qaval, dəf), mahnının, rəqsin müşayiəti ilə icra etmişlər. Onlar hətta ölülər
i də musiqi ilə basdırmışlar.
Misallardan belə bir nəticə çıxır ki, adət və ənənələri idarə edən bədii üçlük həm simvolik xarakter daşımış, həm də simmetriyanın ahəngdarlığını, estetik zövqün əhatəli duyumunu təmin etmişdir. Üçlüklərin vəhdəti müasir xalq musiqi incəsənətində də geniş yer tutur. Müğənnini tar, qaval və kamança müşayiət edir. Daha qədimdə olduğu kimi, indi də ifaçılıqda söz, musiqi və rəqs vəhdəti xüsusi yer tutur. Azərbaycan mədəniyyətində üçlük millidir və həm də bəşəridir. Millidir ona görə ki, tarixi etnik ənənələrdən kənara düşmür. Bəşəridir ona görə ki, üçlüyün estetik dəyəri dünyanın hər yerində qiymətləndirilir. Bunu müğənni Alim Qasımovun üçlüyünün dünyanın müxtəlif auditoriyalarında qarşılanma səviyyəsi də sübut etdi. Bu üçlük hər bir ölkədə peşəkar ifaçılıq səviyyəsinə görə həmişə alqışlanır. Bir çox Qərb ölkələri tərəfindən də zövqlə qəbul olunur. Çünki bu üçlük Şərq mədəniyyətinin bütün xarakterik xüsusiyyətlərini, zahiri və mənəvi quruluşunu qoruyub saxlaya bilmişdir
. Belə mədəniyyət nümunəsi Qərb üçün az təsadüf edilən olduğundan həmişə yenilik kimi qarşılanır.
Lakin etik və estetik dəyər baxımından mədəniy-yətlərin bir-birini inkaretmə məkanı da vardır. Məsələn, bunları burjua mədəniyyətinin kommunist mədəniyyəti ilə əksiliyində, Şərq və Qərb mədəniyyəti fərqlərində, Islam, xristian, buddist və başqa dini mədəniyyət fərqində görmək olar. Onların hər biri cəmiyyətlər tərəfindən qəbul olunmaq üçün özünü daha sivil, humanist, əxlaqi hesab edir. Çox zaman bu fərqlər əsasında bir-birinin mənəvi dəyərlərini inkar etmək meylləri yaranır. Islamşünas alim Hacı Sabir Həsənli yazır ki: «…başqa mədəniyyətlər həmişə islam mədəniyyətinə qarşı səylərini birləşdirmiş, ona müqavimət göstərmiş, onunla həsəd və şər möv-qeyindən rəqabət aparmışdır». Sabir Həsənliyə görə Avropanın şimalında yaşayan və təşəkkül tapan mədəniyyət islam mədəniyyətinin maddi tərəfindən bəhrələnsə də, onun mənəvi tərəfinə qarşı biganəlik göstərir. Nəticədə isə Qərb ölkələrində maddi mədəniyyət mənəvi mədəniyyət üzərində hökmranlıq edir. Haqq, ədalət, qarşılıqlı yardı
m kimi insanı prinsiplər unudulur.
Lakin etiraf etmək lazımdır ki, Qərbin də bir çox alimləri Islam mədəniyyətində Allaha etiqadı ali mənəvi kamilliyə gedən yol kimi başa düşürlər. Məsələn, fransız alimi V.Şarl müsəlman anlamında əxlaq və hüququn özünə xas olan mənəvi prinsiplərinə üstünlük verir. Islam mədəniyyətinin əxlaq prinsipini mənəviyyatın ən kamil forması hesab edir. Bu prinsiplər müsəlman incəsənəti üçün də xarakterikdir. Islam əqlinə görə dünyanın zərifliyi, fikrin və hərəkətin böyüklüyü və ritm hissinin onunla vəhdəti ayrılmazdır, əbədidir. (ardı var)
|