ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Xalq mədəniyyəti qədim dövrlərdən möhkəm köklərə əsaslansa da, hal-hazırda çox mürəkkəb və geniş əhatəli təsir bağışlayır. O, müasir çoxtəbəqəli mədəniyyətin ən müxtəlif cərəyanlarının təsirinə məruz qalır və onun ənənəvi elementləri geniş surətdə assimilyasiya olunur. Buna görə də ümumqəbulolunmuş anlayışlara uyğun gəlmir.

       Xalq mədəniyyəti (xüsusilə «xalq») anlayışı ən müxtəlif assosiasiyalarla bağlıdır, əksər hallarda maddi-mənəvi dəyərləri əks etdirsə də, bəzən onun sırf populist yönlü şərhləri özünü göstərir. Ümumi şəkildə qeyd etmək olar ki, ictimai təfəkkürdə xalq mədəniyyəti adının qarşısında istifadə olunan «xalq» epiteti bir çox anlayışları və obyektləri ehtiva edir. Mədəniyyətimizdə və dilimizdə onlar çox geniş təmsil olunur: məsələn, xalq yaradıcılığı, xalq incəsənəti, xalq müdrikliyi, xalq ənənələri, xalq rəvayətləri, xalq sənətkarları, xalq təbibləri, xalq müğənniləri, xalq musiqisi, şifahi ənənəli xalq professional musiqi və s. Digər Avropa dillərində də analoji mənzərəni müşahidə etmək olar. Belə ki, burada latın dilindəki «populus» və ya alman dilindəki «folk» (xalq) sözləri ilə bağlı sözbirləşmələri geniş təmsil olunmuşdur. Müxtəlif kontekstlərdə götürülmüş bu sözlər iki məna daşıyır: birincisi, insanların çoxluğu, adamlar, əhali; ikincisi isə insanların ümumiliyi, qru pu, birliyi.

       Birinci mənada, şübhəsiz, populyarlıq, cəmiyyətdə geniş tanınmaq, müasir pop-mədəniyyət, müvafiq olaraq ölkədə yaşayan xalqın mədəniyyəti, xalq kütlələrinin mədəniyyət abidələrinə münasibəti nəzərdə tutulur. Təsadüfi deyil ki, «xalq» sözü yüksək keyfiyyət nişanəsinə, xüsusi münasibət göstəricisinə çevrilmiş, buna görə də fəxri adlarda da öz əksini tapmışdır: məsələn, xalq artisti, xalq rəssamı, xalq teatrı, xalq şairi, xalq özfəaliyyət kollektivi və s.

        «Xalq» anlayışının ikinci mənası Avropa dillərində etnik və ya ərazi üzrə ictimai təbəqə şəklində qruplaşmış, tarixin müəyyən həlledici anında, məsələn, milli azadlıq müharibələri dövründə cəmiyyətin mühüm hissəsinə çevrilmiş insanların birliyi deməkdir. Belə birliyin nümayəndələrinin mentalitetindəki ümumi cəhətlər onların subyekti və daşıyıcısı olduqları mədəniyyəti xüsusi ideyalarla, məna və simvolika ilə zənginləşdirir. Buradan da, hər şeydən əvvəl, dildə mədəniyyət və tarixlə bağlı müxtəlif «xalq gerçəkliyi» geniş surətdə öz əksini tapır.

       Fikrimizcə, bu halda biz müəyyən dərəcədə vahid mədəniyyətə malik fərdlərlə rastlaşırıq. O, öz dünyagörüşünü folklorun bu və digər formasında və ya folklora yaxın mədəni təcrübədə simvolik işarə vasitələrilə təcəssüm etdirir ki, bunun da kökləri qədim dövrlərlə bağlı olur və professional çərçivədən kənarda lokal cəhətlər kəsb edir. O, həmçinin müasir yaradıcılıq fəaliyyətinin müxtəlif istiqamətlərində öz ifadəsini tapır, həm gündəlik planda, həm ənənəvi etnomədəniyyətlərin yaşayan və həyata qaytarılan elementlərində, həm də keçmiş mədəni irsə bu günki müraciətlərdə əks olunur.

       Beləliklə, xalq mədəniyyəti kifayət qədər geniş anlama malik olub, tarixi dövrlərin retrospektiv müqayisələri ilə məhdudlaşmır. O, həmişə bu və ya digər dərəcədə ənənəvi sinkretik mədəniyyət olub, bilavasitə kommunikasiya vaxtı ünsiyyət vasitəsilə ötürülür. Keçmiş zamanda o, cəmiyyətin həyat fəaliyyətinin bütün aspektlərini müəyyən edir və normalaşdırırdı: həyat tərzi, təsərrüfat fəaliyyəti, adətlər, ayinlər, uşaqların tərbiyəsi, yaşayış yerinin xarakteri, əhatə edən aləmin dərk olunması, geyim tərzi, kulinariya, rəvayətlər, inanclar, müxtəlif səs təbiətinə malik mədəni mətnlərin toplusu olan folklor və s.

       Bu mədəniyyət bizim dövrümüzə qədər xalq yaradıcılığının müxtəlif janr və formalarında: musiqi, mahnı, rəqs, söz, teatr, yaradıcılığın vizual-plastik folrmalarında gəlib çatmışdır. Bədii xalq ənənəsinin mühüm hissəsini dekorativ tətbiqi sənətlər, xüsusilə xalq sənətkarlığı təşkil edir ki, bunlar da son dövrlərdə dünya birliyinin, o cümlədən, dünya xalqlarının mədəni irsinin qorunması siyasəti yürüdən fondların xüsusi diqqət obyektinə çevrilmişdir.

       Ənənəvi mədəniyyətlərin konkret formaları – ictimai mexanizmlər, onların transmissiyası keçici tarixi xarakter daşıyır. Xalqın normativ-dəyər baxımından həyat fəaliyyətini təmin edən bütöv sistem fraqmentlərə bölünür ki, bunlar da tədricən funksional məna tutumunu itirir. Bununla yanaşı, xalq mədəniyyətinin ümumi ideyaları və dəyərləri aktual olaraq qalır və müxtəlif yönümlü mütəxəssislərin professional fəaliyyət sahəsinə çevrilir. Lakin sonradan o, yenidən kütlə tərəfindən dərk olunaraq, dəyişilmiş şəkildə xalq mədəniyyətinin bir hissəsi kimi təzahür edə bilər. Belə bir proses hazırkı dövrdə Azərbaycanda, o cümlədən də digər ölkələrdə baş verir və ənənəvi mədəniyyətə (erkən formaları da daxil olmaqla) maraq çox artmışdır. Bu halda şifahi ənənəli mədəniyyət ayrı-ayrı ictimai təbəqələrdə və qurumlarda lokallaşaraq bütün cəmiyyəti əhatə etmir və onun ümumilikdə normativ – dəyər sisteminin təmsilçisi olur.

       Ictimai təbəqələrə bölünmüş cəmiyyətdə mədəniyyət çoxlaylı olub, submədəniyyətlərlə zənginləşir. Folklor isə özünün əvvəlki universal vəziyyətini itirərək, submədəniyyətlərlə fəal surətdə qarşılıqlı əlaqəyə girir. Bu zaman, o, bir tərəfdən, mədəniyyətin müasir formalarını yaradır, digər tərəfdən isə mədəni irs mahiyyəti kəsb edir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page