ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
MÜASIR MƏDƏNIYYƏTIN
TARIXI-ƏNƏNƏVI ƏSASLARI

Ilqar HÜSEYNOV
BƏDII TƏMAYÜLLÜ ALI MƏKTƏB TƏLƏBƏLƏRINDƏ YARADICI TƏXƏYYÜLÜN FƏALLAŞDIRILMASI YOLLARI
Vasif MURADZADƏ
XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI
Fərqanə HÜSEYNOVA
«XALQ MƏDƏNIYYƏTI» ANLAYIŞINA MÜASIR BAXIŞLAR
Tariyel MƏMMƏDOV
«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
ADƏT VƏ ƏNƏNƏLƏRIMIZIN KULTUROLOJI ISTIQAMƏTLƏRI
Gülçin KAZIMOVA
SOSIAL MƏDƏNI SAHƏLƏRIN IQTISADIYYATI
Nazim SƏMƏDOV

 


Füzuli rayon sakini Miniş Ismayılovanın məlumatından aydın olur ki, «Xıdır Ilyas» bayramında xəşil bişirilir, buğda qovurulur, qovut çəkilirdi. Bununla yanaşı, niyyət tutub bir sıra ayinlər də icra edirdilər. Qızlar başlarını qara yaylıqla bürüyüb güzgüyə baxırdılar. Bu zaman güzgüdə gələcəkdə ailə quracaqları oğlanların sifətlərini görürdülər. Qulaqlarının ikisini də barmaqları ilə qapayıb qapı pusmağa gedirdilər. Nəzərdə tutduqları qapıya çatanda qulaqlarını açıb evdən gələn danışığa qulaq asar, bununla da sanki gələcək talelərini müəyyən edərdilər.

        Qovurğanı sacda qovuranda ürəklərində niyyət edirdilər: Məsələn, əgər buğdadan 7 ədədi kənara sıçrasa, belə hesab edərdilər ki, niyyət yerinə yetəcək.

        Laçın rayonunda da «Xıdır Ilyas» bayramı xüsusi təmtəraqla keçirilirdi. Quba Həsənova öz məlumatında bildirdi ki, uşaqlar qarğı çubuğunu at minirmiş kimi ayaqlarının arasına qoyaraq çapırdılar. Ağac atları ilə çapıb hər qapını döyərək nəğmə oxuyar və «Xıdır payı» yığardılar. Dəstədən bir nəfər irəli çıxıb avazla oxuyardı:

                Xanım, ayağa dursana,
                Dağarın ağzın açsana,
                Torbanı doldursana,
                Xıdırı yola salsana.

        O biri uşaqlar isə xorla oxuyardılar:

                Mən Xıdırın quluyam
                Boz atının çuluyam.

        Qeyd etmək lazımdır ki, bölgə ərazisində «Xıdır Nəbi» bayramı paylarını uşaqlar torba götürüb yığırdılar. Un, buğda və digər məhsulları o dövrdə əsasən dəridən hazırlanmış dağara yığıb ağzını bağlayardılar. Buradakı «dağarın ağzın açsana» müraciəti-yəni dağarın ağzını açıb bizə un və ya buğda və s. ver demək idi. Bu rayonda da «Xıdır Ilyas» bayramında evlərdə xəşil çalınar, qovurğa qovurular, qovut düzəldilər və heç kəsi paysız yola salmırdılar. Belə inam var idi ki, elə Xıdır Ilyasın özü də uşaqların içindədir. Pay verilməsə Xıdır Ilyas küsər, atını çapıb gedər, ruzi-bərəkəti də özüylə aparar. Pay verildikdə isə Xıdır Ilyas – Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə belə hesab edirdilər ki, Xıdır Ilyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır Ilyasın əl basmasına inam güclü idi.

        Beləliklə, məlum olur ki, «Xıdır Ilyas» mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın – Xıdır Ilyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda möhkəmləndirir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page