ÈÐÑÈÌÈÇ
ÜZEYIR BƏY HACIBƏYOVUN IRSINDƏN YENI TAPINTILAR
Səadət QARABAĞLI
AZƏRBAYCAN MUSIQI ALƏTLƏRININ TƏSVIRI INCƏSƏNƏTDƏ TARIXI FAKTLARININ ŞƏRHINƏ DAIR
Alla BAYRAMOVA
AZƏRBAYCANDA XOR IFAÇILIĞININ FORMALAŞMASINDA ALEKSANDR YURLOVUN ROLU
Leyla MƏMMƏDOVA
|
|
Bu və ya digər incəsənət əsərlərinin bədii dəyərlərini təhlil etmək məsədi güdməyərək qeyd edim ki, bir çox müasir rəssamların musiqi alətlərini tam uyğun təsvir etməmələrinin səbəbi müasir incəsənətin reallıqdan uzaqlaşması demək deyil. Əgər rəssam bilirəkdən real çəkmirsə, bu onun ancaq hər hansı bir detalında deyil, əsərin butun komponentlərində əks olunur. Məsələn, əsərdə bir və ya bir neçə dəfə təsvir olunmuş musiqi alətlərindən biri və ya onun bir hssəsi qeyri-real çəkilmişsə, digər hissələri səliqəli köçürülmüşdür. Musiqi nöqteyi-nəzərindən yanlışlıqlar təsvir olunan əşyə haqqında məlumatın az olması, musiq biliyinin olmaması ilə, detallara diqqətsizlik və laqeydliklə izah olunur.
Bəzən musiqi aləti və ifa tərzi şəkildə düzgün təsvir olunmuşdur, ancaq buna baxmayaraq onu çalmaq mümtkün deyildir. Məsələn, Oqtay Sadıqzadənin «Fitnə» əsərində (Azərbaycan Dövlət Incəsənət muzeyi, DK ¹6982) Nizaminin «Xəmsə»sinin qəhramanları Bəhram və Fitnə yürüyən atlar üzərində təsvir olunmuşlar. Eyni zamanda Fitnə əslində cənq musiqi alətində ifa edir. Bu cür səhnələrə həmçinin məlum nəşrlərdə, Britaniya muzeyində saxlanılan Müzəffər Əlinin 16-cı əsr kitab illüstrasiyalarında (British Museum or 2256. fol 211) təsadüf etmək olar. Orada Bəhram Gur ov edir, Fitnə isə yenə də at üstündə cangdə ifa edir. Müzəffər Əlinin miniatüründə bu cür səhnələr mümkündür, amma O. Sadıqzadənin akvarellərində isə yox. Çünki orada bir detal, daha dəqiq desək, müasir müəllifin yaddan çıxardığı və ya ikinci dərəcəli hesab etdiyi bir şəxsin rəsmi yoxdur. Bu şəxs Fitnənin dayanmış atının cilovundan tutan mehtərdir. Müzəffər Əlinin işində mehtər bu vəziyyətdə verilmişdir, çünki əks təqdirdə Fitnə cəngdə ifa edə bilməzdi,
onun əlləri cilovda olardı. Ümumiyyətlə, at gedə-gedə musiqi alətində ifa etmək mümkün deyil. Fitnə hətta hər iki işi eyni zamanda görmək iqtidarında olsaydı belə, onlar bir-birlərinə mane olardı və Bəhram şah musiqidən həzz ala bilməzdi. Eyni zamanda bir adamın köməyi olmadan əlində cəng ata minmək və ondan düşmək çox çətin və ağlabatmayan işdir.
Çox güman ki, uşaq kitab nəşri üçün nəzərdə tutulmuş işində O. Sadıqzadə bilərəkdən çoxlu detallardan əl çəkmişdir. Məsələn, atın yəhərini üzəngisiz təsvir etmişdir. Detalların uşaqlar üçün vacib olmaması barədə düşünmək səhv olardı. Muzey təcrübəsi göstərir ki, əksinə olaraq AMMDM-də olan Qarayev portretində klaviaturanın reallığa uyğun gəlməməsini ilk dəfə olaraq musiqi məktəbinin 10 yaşlı şagirdi görmüşdür.
Muzey toplularından olan təsviri və tətbiqi sənət əsərlərinin Azərbaycan Musiqi Mədəniyyətində əks olunması haqqında deyilənləri yekunlaşdıraq. Əgər 20-ci əsrə qədər musiqiçilər və musiqi alətlərinin əsərlərdə əks olunması kübarlıq işarəsi və incəsənətdə real faktların sənədləşdirilməsi ənənəsinin nəticəsi idisə, 20-ci əsrin ikinci yarısından başlayaraq rəssamların musiqi mövzusuna müraciət etmələrinin səbəbi xarakterik etnik rəmzlər əsasında milli özünüdərketmə təzahürü kimi milli identifikasiyaya (eyniləşdirmə) nail olmaqdır. Belə şəraitdə, adətən, mahiyyət və hadisədən çox nişanə, rəmz, xarici cəhət əsas götürülür.
Bəzən milli mədəniyyət təhqir olunmasına və cəfəngiyat dərəcəsinə çatdırılır. Novruz bayramı münasibətilə buraxılmış poçt açıqcasında rəssam Sevil Süleymanova Içəri Şəhər fonunda üç saqqallı kişi şəkli çəkmişdir. Onlardan biri zurnada ifa edir, digəri əlində qaval olduğu üçün çox guman ki, xanəndədir. Onlarla birgə türksayağı palazda əyləşən üçüncünün vəzifəsi aydın deyildir. O, alətsiz təsvir olunmuşdur. Müəllif görünür, Azərbaycan xalq musiqiçilərini və Azərbaycan musiqisi üçün xarakterik olan üçlük təsvir etməyə cəhd etmişdir. Lakin üçlüyün tərkibi haqqında məlumat almağa çalışmamışdır. Onların saqqallı olmalarına gəlincə isə yada salmaq yerinə düşərdi ki, tarixə düşmüş XX əsrin əvvəli musiqiçilər – Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məmməd Fərzəlioğlu, Məşədi Cəmil Əmirov, Islam Abdullayev, Şirin Axundov və başqaları orta əsr miniatürlərində təsvir olunmuş musiqiçilər kimi saqqal saxlamamışdır. Təsviri sənətdə musiqi mövzusunun bu cür nümunələri doğma mədəniyyətimizə, onun tarixinə zəif maraqdan ir
əli gəlir. Təəssüflər olsun ki, milli musiqi ilə əlaqədar süjetlərə bu cür yanaşma müasir incəsənətdə, xüsusən də təsviri sənətdə üstünlük təşkil edir.
Tarix boyu musiqi alətləri tədricən inkişaf etmiş, müxtəlif dövrlərdə onlar dəyişilmiş, bir alət digərindən daha populyar olmuş, bir alət digərini sıxışdırıb aradan çıxarmışdır.
Bütün bunlar da öz əksini təsviri sənətdə tapmışdır. Milli Azərbaycan alətlərinin müasir vəziyyətinin əksi kimi Arif Ələsgərovun qrafik işlərini göstərmək olar (Az. Dövlət Incəsənət Muzeyinin toplusu. Q-3723). Orada musiqi dükanı və musiqi alətləri satıcısı təsvir olunmuşdur. Satılan mallar əsasən 4 simli kamança, tar, iki ölçülü sazlar (böyük ana saz və orta saz), ud, qaval, qoşanağara və nağaradan ibarətdir. Alətlərin bu tərkibi musiqi alətləri sahəsində aparılan işin müasir vəziyyətini dəqiqliklə əks etdirir (əlbəttə, şəkildə verilməyən nəfəs alətləri (tütək, zurna, balaban və s.), qanun və qarmonu çıxmaq şərti ilə).
Alətlərin hansının təsvir olunması və hansının təsvir olunmaması bu sahədəki müasir birincilyi və hazırkı dövrdə şəhər mühitində Azərbaycanın musiqi alətlərinin necə başa düşülməsinin göstəricisidir.
Abdullayeva S. Azərbaycan Xalq Çalğı Alətləri. «ADILOĞLU» nəşriyyatı. Bakı, 2002
Kərimov M. Azərbaycan Musiqi Alətləri. «Yeni nəsil» nəşriyyatı. Bakı, 2003
Muzıkalğnaə Gnüiklopediə. Tom 2, «Sovetskaə Gnüiklopediə», M.,1974, s.347
Azerbaydcanskaə instrumentalğnaə muzıka. Pod obhey redaküiey V.Petrova. M., «Muzıka», 1990
Abdullaeva S. Sovremennıe azerbaydcanskie narodnıe muzıkalğnıe instrumentı. «Işıq», Baku, 1984, s.15
B.Hüseynli. Azərbaycan xalq rəqs melodiyaları, 2-ci dəftər, Azərnəşr, Bakı,1996, s.6
Kərimov K. Azərbaycan miniatürləri. Bakı, Işıq,1980, səh.33
Felğdqun Q. Istoriə zarubecnoqo skripiçnoqo iskusstva. Novosibirsk, 1983, s.13
|